Microsoft Word 86 Agciyerden kenar verem 4


Mədə-bağırsaq sistemi vərəmi



Yüklə 0,51 Mb.
səhifə33/40
tarix28.12.2021
ölçüsü0,51 Mb.
#9458
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
Mədə-bağırsaq sistemi vərəmi 

Mədə-bağırsaq vərəminə bağırsaqların, müsariqənin və 

mezenterial limfa düyünlərinin vərəmi aiddir. Digər qarın boşluğu 

orqanlarının vərəmi (qaraciyər, dalaq, böyrəküstü vəzilər) bir qayda 

olaraq miliar vərəmin təzahürü kimi qiymətləndirilir. Mədə-bağırsaq 

traktının vərəmi VMB ilə yoluxmuş bəlğəmin udulması nəticəsində, 

eləcə  də hematogen yayılma və qonşu orqanlardan kontakt vasitəsi 

ilə yarana bilər

50

. Bu zaman çox hallarda bağırsaqların divarında 



xoralar, bəzi hallarda isə selikli qişada induratlar (xorasız düyünlər) 

əmələ gəlir.  

Mədə-bağırsaq sisteminin vərəmi  ən çox ileosekal bucaqda və 

nazik bağırsağın acı  (



jejunum

) hissəsinin qalca (



ileum

) hissəsinə 

keçən nahiyəsində lokalizə olunur. Xəstələr qarında ağrıdan, 

diareyadan, arıqlamadan, hərarətin qalxmasından  şikayət edirlər. 

Qarının palpasiyası  ağrının artması, melena və rektal qanaxmalara 

gətirə bilər. Palpasiya zamanı 25-50% hallarda qarının sağ  aşağı 

kvadrantında bərk kütlələr aşkar olunur. Mədə-bağırsaq sistemi 

vərəminin inkişafı stenoz, bağırsağın perforasiyası, daxili və xarici 

fistulların  əmələ  gəlməsi kimi ağırlaşmalar ilə nəticələnə bilər. Düz 

bağırsağın spesifik prosesə  cəlb olunması  nəticəsində anal çatlar, 

pararektal abseslər, fistullar formalaşır. Barium ilə aparılan kontrast 

rentgenoqrafik müayinələrdə  və ya kolonoskopiya zamanı 

bağırsaqların divarlarında xoralar, strikturalar olması, kor bağırsağın 

deformasiyası, ileosekal klapan çatışmazlığı, eləcə  də fistullar 

aşkarlana bilər. Qarın boşluğunun KT müayinəsi isə bağırsaqdan 

xaricdə müsariqədə  və mezenterial limfa vəzilərində olan 

zədələnmələri aşkarlamağa imkan verir. 

Bağırsaq vərəmi ilə Kron xəstəliyinin diferensasiyasını edərkən 

çox diqqətli olmaq lazımdır, belə ki, diaqnostikada olan səhvlər 

nəticəsində immunosupressiv terapiyanın aparılması  vərəm 

prosesinin kəskin proqressivləşməsinə  və disseminə olunması ilə 

nəticələnir. Dəqiq diaqnostika kolono- və ya laporoskopik 

müayinələr zamanı əldə edilmiş bioptatların histoloji və bakterioloji 

(bakterioskopik və  əkmə) müayinələrinə  əsaslanır. Diferensial 

diaqnostika, eləcə  də amöbiaz, bədxassəli törəmələr, iersinioz və 

aktinomikozlarla aparılmalıdır.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




35 

Bəzi hallarda müsaqirənin izolə edilmiş  vərəminə – vərəm 

peritonitinə  təsadüf edilir. Bunun üçün tədricən inkişaf edən assit, 

qarında ağrılar və  hərarətin qalxması kimi əlamətlər səciyyəvidir. 

Peritoneal maye ekssudat xarakterli olub, tərkibindəki zülalın qanın 

plazmasının zülalına olan nisbəti 1,1q/dl-dən az, leykositlərin 

miqdarı limfositlər üstünlük təşkil etməklə 150-4000/mm

3

-dir. 



Peritoneal ekssudatda bakterioskopik müayinə ilə çox nadir hallarda 

VMB-ni aşkarlamaq mümkün olur, kultural müayinələr isə yalnız               

30% hallarda müsbət nəticə verir. ADA-nın 33 U/L-dən yuxarı 

olması  vərəm peritoniti üçün xarakterik əlamət sayılır. Müsaqirənin 

laparoskopik üsulla alınmış nümunəsinin histoloji müayinəsi           

95% hallarda müsbət nəticə verdiyi üçün bu müayinə üsulu diaqnozu 

təsdiqləmək üçün vacibdir

50




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin