33
Urogenital orqanların vərəminin diaqnostikası
VMB-nin və onların dərmanlara həssaslığının təyin edilməsi
məqsədilə aparılan bakterioloji müayinələr (sidiyin, uşaqlıq
daxilindən götürülmüş nümunələrin):
səhər sidiyin 3 porsiyasının mikroskopiyası və əkilməsi
sidiyin, sidik və cinsi yollardan götürülmüş möhtəviyyatların
qeyri-spesifik bakterial infeksiyalara görə əkilməsi
bakterioloji müayinələr informativ olmadıqda VMB-ni
aşkarlamaq məqsədi ilə PZR müayinəsi aparılmalıdır
leykositlərin (piuriya) və eritrositlərin (hematuriya) təyini ilə
sidiyin ümumi müayinəsi
urogenital sistemin rentgenoloji müayinəsi (KT, ekskretor,
retroqrad uroqrafiya, histerosalpinqoqrafiya daxil olmaqla), MRT
urogenital sistemin USM-i
böyrəklərin ekskretor funksiyasının müayinəsi (biokimyəvi,
rentgenoloji, USM-funksional testlər)
yuxarıda göstərilən müayinələr informativ olmadıqda və
diaqnostikada şübhələr yaranan hallarda böyrəklərin, sidik
kisəsinin və cinsi orqanların biopsiyası və alınan materialın
sonrakı sitoloji, histoloji və bakterioloji müayinəsini aparmaq
tövsiyə olunur
Dostları ilə paylaş: