Urogenital orqanların vərəmi
ACKV-lər arasında urogenital orqanların vərəmi 20-30% təşkil
edərək, vərəm plevriti və vərəm limfadenitindən sonra 3-cü yer
tutur
15
. ACKV-lər arasında böyrək vərəmi də tez-tez təsadüf edilən
formalardandır. Kişilərdə vərəm prosesinə prostat vəzi, toxum
kisələri, xaya artımları və xayalar da qoşula bilər.
Uroloji vərəm və kişilərdə cinsi orqanların vərəmi
Adətən, vərəm zamanı böyrəklərin zədələnməsi bu orqana
bilavasitə infeksiyanın təsiri nəticəsində, bəzi hallarda isə xronik
ağciyər vərəminin fəsadı olaraq ikincili amiloidoz nəticəsində baş
verir. Bu zaman adi üsullar ilə aparılan müalicəyə tabe olmayan
dizurik pozuntular (tez-tez və ağrılı sidik ifrazı) müşahidə edilir.
Ağrılar hematuriya, poliuriya, nikturiya ilə müşayiət olunur
21
.
Xəstələrin 10%-dən az hissəsi böyrək sancılarından şikayət edir, 90%
hallarda hematuriya ilə müşaiyət edilən steril piuriya (əkmə üsulu ilə
bakterial floraya müayinə nəticəsinin mənfi olması) müşahidə edilir.
Bu, urogenital orqanların vərəmi üçün patoqnomonik simptom
sayılır.
Səhər sidiyin 3 porsiyasının əkmə üsulu ilə müayinəsi VMB-ni
aşkar etməyə və böyrəklərin fəal vərəmi diaqnozunu 90% hallarda
təsdiqləməyə imkan verir.
Venadaxili pieloqrafiya belə xəstələrdə
böyrək ləyənciklərinin papilyar nekroz tipində zədələnməsini aşkar
etməyə imkan verir. Gecikmiş formalarda sidikçıxarıcı yolların
obstruksiyası əlamətləri (böyrək ləyənciklərinin və sidik axarlarının
genişlənməsi) müşahidə edilir
17
. Böyrəklərin ikitərəfli xronik
zədələnməsi, xüsusilə proses obstruktiv dəyişikliklə müşayiət
olunduqda, yumaqcıqların filtrasiya qabiliyyətinin pozulması
nəticəsində böyrək çatışmazlığı əlamətlərinin inkişafı ilə nəticələnir.
Bu dəyişikliklərin proqressivləşməsi nəticəsində xronik böyrək
çatışmazlığı formalaşır. Qarın boşluğu orqanlarının USM-də çox
vaxt böyrəklərdə kalsinatlar, daşlar, çapıqlaşma hidronefroz və ya
sidik axarlarının strikturası, büzüşmüş sidik kisəsi, toxumaparıcı
axarlarda, toxum qabarcıqlarında və prostat vəzində kalsinatlar kimi
digər zədələnmələr aşkarlana bilər. Kişilərdə cinsi orqanların vərəm
mənşəli zədələnmələri, adətən, böyrəklərdə olan ilkin ocaqdan
infeksiyanın enən yolla kontakt və ya limfogen yayılması nəticəsində
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
32
formalaşır. Bu zaman xayaların ölçüsünün böyüməsi də müşahidə
edilə bilər. Digər simptomlardan spermatozoidlərin sayının azalması
(oliqospermiya) aşkarlana bilər.
Müalicə aparılmadıqda böyrək vərəmi pionefrozla və sidikçıxarıcı
funksiyaların bir və ya hər iki böyrək tərəfindən itirilməsi ilə
nəticələnə bilər. Eyni nəticə sidik kisəsinin büzüşməsi və sidik
axarlarının çapıqlaşması zamanı müşahidə oluna bilər. Buna görə də
ACKV-nin bu formasının vaxtında başlanmış və düzgün müalicəsi
xəstəliyin proqnozunu təyin edir.
Dostları ilə paylaş: |