Microsoft Word 86 Agciyerden kenar verem 4


Sümük-oynaq sisteminin vərəmi



Yüklə 0,51 Mb.
səhifə21/40
tarix28.12.2021
ölçüsü0,51 Mb.
#9458
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
Sümük-oynaq sisteminin vərəmi 

ACKV-nin klinik formaları arasında sümük-oynaq sisteminin 

vərəminə 35% hallarda təsadüf edilir. Ən çox onurğanın, sonra isə iri 

oynaqların (bud-çanaq və diz) birtərəfli zədələnməsi və digər 

sümüklərin osteomieliti müşahidə edilir

26



 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




22 

Spinal zədələnmələr arasında onurğanın döş hissəsinin vərəm ilə 

zədələnməsinə daha çox təsadüf edilir. Bir qayda olaraq infeksiya 

fəqərələrin ön-daxili hissələrindən başlayaraq yaxında yerləşən 

fəqərələrarası disklərə və qonşu fəqərələrin cisimlərinə yayılır. Bu da 

öz növbəsində onların bir-birinə  pərçim olmasına və onurğanın 

əyilməsinə  (gibbus) səbəb olur. Müalicə aparılmazsa və ya 

diaqnostika gecikmiş olarsa, infeksiya ətraf toxumalara yayılır, 

paravertebral və ya bel əzələləri nahiyəsində absesin əmələ gəlməsi 

ilə  nəticələnir. Xəstələrdə  zədələnmiş nahiyədə  ağrılar, ümumi 

intoksikasiya  əlamətləri müşahidə edilir. Çox vaxt onurğa beyninin 

sıxılması nəticəsində paraplegiya inkişaf edir.  

İri oynaqların vərəmi sümük-oynaq sisteminin vərəmləri arasında 

təsadüfedilmə tezliyinə görə 2-ci yeri tutur. Ən çox bud-çanaq və diz 

oynaqları  zədələnir. Xəstəlik oynaqlarda şişkinlik, ağrılar, hərəki 

pozuntularla səciyyələnir və yarımkəskin gedişata malikdir. Sümük 

toxumasının osteomieliti bilək-tunel sindromu, tendovaginit, üz 

sinirinin iflici kimi ağırlaşmalarla müşayiət olunur. Xronik hallarda 

abseslərin və xarici irinli fistulların formalaşması mümkündür. 

Ümumi simptomlar, adətən, müşahidə edilmir. Rentgenoqramlarda 

ətraf toxumaların ödemləşməsi, osteoporoz və osteopeniya (sümük 

toxumasının sıxlığının azalması), oynaqarası sahələrin daralması, 

qığırdaq səthlərinin eroziyası  təyin edilir. MRT müayinəsi sümük 

toxuması  və  ətraf toxumaların vəziyyəti haqqında daha ətraflı 

məlumat verdiyi üçün seçim metodu olmalıdır. Belə  xəstələrin 

əksəriyyətində ağciyərlərdə vərəmin qalıq əlamətləri müşahidə edilir. 

Sümük-oynaq sisteminin vərəminin erkən diaqnostikası üçün 

ümumi tibb şəbəkəsi həkimlərinin yüksək sayıqlığının olması 

zəruridir. Onurğanın döş hissəsinin ləng gedişatlı osteomieliti 

əlamətləri və ya iri oynaqların septik mono-artritləri zamanı qeyri-

spesifik bakterial infeksiyanı  aşkarlamaq məqsədi ilə aparılan  əkmə 

müayinələri mənfi nəticə verdikdə ilk növbədə  vərəmə  şübhə 

yaranmalıdır. Oynaqların punksiyası zamanı alınan sinovial mayenin 

VMB-ni aşkarlamaq üçün əkmə üsulu ilə müayinəsi və biopsiya 

materialının histoloji müayinəsi 80% hallarda müsbət nəticə verir

46




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin