Vərəmin residiv vermə riski. Bir sıra hallarda, bakteriya ifrazının
dayanmasına baxmayaraq, polirezistent vərəmli xəstələrdə iri
tuberkuloma və qalın divarlı kavernalar şəklində qalıq dəyişikliklər
formalaşa bilər və bunlar gələcəkdə vərəmin residivinə səbəb ola
bilər. Belə hallarda residivin qarşısının alınması məqsədi ilə cərrahi
müdaxiləyə ehtiyac əmələ gələ bilər.
Vərəmin fəsadları. Bu qrup xəstələrdə cərrahi müalicəyə göstəriş
vərəmin fəsadlarının əmələ gəlməsi zamanı ortaya çıxa bilər.
ÇDD və ya GDD vərəm və cərrahiyyə
1-ci sıra vərəm əleyhinə dərmanlarla müalicənin nəticələri
qənaətbəxş olmadığı hallarda 2-ci sıra vərəm əleyhinə dərmanlardan
maksimum geniş şəkildə istifadə olunur. Lakin son illərdə onların
effektivliyinin azalması meyilləri müşahidə olunur. Bu səbəbdən belə
xəstələrin müalicəsində cərrahi müdaxilənin rolu kəskin şəkildə artır.
Fəsadların yüksək riskinə baxmayaraq bəzi xəstələr üçün cərrahi
müdaxilə seçim üsulu kimi qalmaqdadır. Ümumiyyətlə, ÇDD/GDD
olan xəstələrə cərrahi müdaxilə müalicənin effektinin artmasına və
onların sağ qalmaq ehtimalının artmasına imkan verir.
ÇDD olan xəstələrin müalicəsi zamanı cərrahi müdaxilə üçün
göstərişlər digər DD formalarda olduğu kimi müəyyənləşdirilir:
Müalicənin uğursuzluğu riski
Vərəmin residiv vermə riski
Vərəmin fəsadlaşması
ÇDD və GDD olan hər bir xəstənin müalicə proqramının tərtib
edilməsində proqnozlaşdırmanın rolu çox böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |