3
Мцндяриъат
1. KURSUN PREDMETI VƏ MAHIYYƏTI 5
2. TEXNIKI LAYIHƏLƏNDIRMƏ 6
3. KONSTRUKSIYAETMƏ VƏ PLANLAŞDIRMA 8
4. PLANLAŞDIRMA 10
5.
ESTETIKA
16
6. TEXNIKANIN INKIŞAF QANUNAUYĞUNLUQLARI.
İNSAN VƏ MAŞININ QARŞILIQLI MÜNASIBƏTLƏRI
19
7. TEXNIKADA MƏZMUN VƏ XARICI FORMA
21
8. KOMPOZISIYANIN ƏSASLARI 24
9. HARMONIKA
31
10. TƏNASÜB VƏ MÜTƏNASIBLIK 32
11. MIQYAS
44
12. SIMMETRIYA VƏ ASIMMETRIYA
47
13.
STATIKLIK VƏ DINAMIKLIK
51
14. METRIK VƏ RITMIK TƏKRARLANAN SIRALAR
53
15. KONTRAST VƏ NÜANS
57
16. STANDART VƏ ESTETIKA
60
17. RƏNG VƏ IŞIQ 64
18 RƏNG 64
19. RƏNGLƏRIN QARIŞDIRILMASI 71
20. İŞIQ 74
21. MAŞINQAYIRMADA RƏNG VƏ FUNKSIONAL
BOYAMA
78
22. İSTEHSAL BINALARININ INTERYERLƏRININ
IŞIQLANDIRILMASI VƏ BOYANILMASI
79
4
23.
ERQONOMIKA
80
24. ANTROPOMETRIK TƏLABAT 81
25. FIZIOLOJI VƏ ESTETIK TƏLƏBLƏR 88
26. GÖRMƏ 92
27. EŞITMƏ 95
28. QOXU
96
29. SƏS 96
30. ƏMƏYIN ELMI TƏŞKILI, ISTEHSAL
MƏDƏNIYYƏTI VƏ ESTETIKA
98
31. IŞ YERLƏRININ TƏŞKILI
101
32.
MÜHƏNDIS PSIXOLOGIYASI
106
33. BIONIKA
107
ƏDƏBİYYAT 112
5
1. KURSUN PREDMETI VƏ MAHIYYƏTI
Hal-hazırda dizayn elminin tətbiqinə və varlığına müxtəlif fikirli
baxışlar vardır. Rəssamların fikrincə dizayn incəsənət növüdür.
Arxitektorlara görə bədii arxitektura növüdür. Mühəndislərin fikrincə
dizayn texnika elminə aid edilir. Bütün hallarda məqsəd birdir: insanı
əhatə edən elmi-texniki, bədii-estetik
elmin sintezini edərək, material,
əşya aləminin mədəniyyətini artırmaq üçündür. Min illərdən bəri
arxitektura və texnikada əldə olunmuş inkişafı, təbiətin inkişafına
uyğun tətbiq etmək lazım gəlmişdir. Texniki dizayn XX əsrin 50-ci
illərində Çex Petra Turni tərəfindən irəli sürülmüş və cəmiyyət
tərəfindən qəbul olunmuşdur.
Texniki estetika – dizaynın nəzəriyyəsidir. Dizayn və texniki
estetika istahsalatın effektivliyini artırmaqla harmonik olaraq,
estetikanın əmək qabiliyyəti ilə sıx əlaqədə olmalıdır.
Bədii
konstruksiyaetmə - sənaye istehsalının layihələndirilməsinin yeni
yaradıcılıq metodu ilə yanaşılmasıdır. Məqsəd, yüksək keyfiyyətli
məhsul əldə etməkdir. Bunun spesifik (özünəməxsus) əsasını utilitar
və estetik prinsiplər təşkil edir. Utilitar dedikdə – lazımlı, rahat
istifadəli, texnoloji və ekonomik məhsul başa düşülür. Estetik dedikdə
isə – gözəllik, cazibədarlıq, seçilən obrazlılıq başa düşülür.
Bu iki
anlayış çox sıx şəkildə qarşılıqlı asılıdır.
6
Əvvəllər bədii mədəniyyət dedikdə teatr, kino, rəsm əsərləri,
ədəbiyyat və başqa incəsənət növləri başa düşülürdü. Xalqın inkişafı
üçün insanın əmək qabiliyyəti ilə əmələ gətirdiyi qiymətli bədii və
materiallar birləşməsinin nəticəsi lazımdır. Hal-hazırda dünyada
dizayn sözü qəbul olunmuşdur. Dizaynla məşğul olan insanlara
dizayner və ya rəssam-konstruktor deyilir. Dizayn
termini avropada
XV əsrdən istifadə olunur. İngilis dilində dizayn sözünün çox geniş
mənası vardır. Bura layihələndirmə, konstruksiya etmə, fikirləşmək,
tədbir tökmək, məqsəd güdmək, layihə, cizgi, rəsm, şəkil və s.
daxildir. Texniki ədəbiyyatda dizayner dedikdə layihəçi-mühəndis və
rəssam – konstruktor nəzərdə tutulur.
2.
TEXNIKI LAYIHƏLƏNDIRMƏ
Əvvəllər sənayenin inkişafını texnikanın mənimsənilməsi dövrü
kimi qəbul edirdilər. Maşınların texniki və estetik xarakteristikası
yüksək deyildi. Buna görə layihəçilərdən texniki məsələlərin dizayn
həlli üçün yüksək tələbkarlıq tələb olunurdu. İnsanların imkanları
nəzərə alınmırdı və nəticədə insan maşınlara uyğunlaşmalı olurdu.
Zaman keçdikcə istehsalat məhsulları yüksək texniki dizaynla,
keyfiyyətlə hazırlanmağa başlandı və maşınlar insana uyğun
hazırlandı. Hal-hazırda mühəndis, maşın və ya başqa qurğunu
layihələndirdikdə yalnız texniki
məsələləri yox anotomiyani,
psixologiyani, dekorativ incəsənəti, sosial bazanı, mühiti, işıqlanma
texnikasını və s. nəzərə almalıdır.
Deməli, texniki estetikanın əsasını bunlar təşkil edir. Texniki
estetika və dizayn sosioloji, ekonomiki və elmi texnikanın inkişafının
nəticəsindən qaynaqlanır. Hal-hazırda bir məhsulu layihələndirmək
üçün aşağıdakı üç əsas prinsipi gözləmək lazımdır.
Dostları ilə paylaş: