7
3. Estetik görünüşü daha gözəl etmək.
Mühəndis layihələndirilməsində əsas
konstruktiv və texnoloji
tələblər nəzərə alınır. Texniki-ekonomiki göstəricilərin optimal
variantı axtarılır. Diqqət
mərkəzində hər an məhsul, obyekt və ya
texnoloji proses olur. İnsan faktoru isə mühəndis axtarışında
nəzərə
alınmır və nəticədə rahatlıq, gözəllik və s. layihəçinin diqqət
mərkəzindən uzaq olur.
Bədii layihələndirmə zamanı bədii layihəçinin
diqqət mərkəzində
layihələndirmə boyu insan faktoru durur. Texniki estetikanı hərdən
insanın qayğısına qalan elm adlandırırlar və bu bədii
layihələndirmənin əsasını təşgil edir. Hər hansı yeni obyekt
layihə
edilən zaman dizayner insan faktorunu nəzərə almalıdır. Bu halda
dizayner istismarçının nümayəndəsi kimi olur. İstismarçının marağını
və istehsalçının imkanını nəzərə almaq
dizaynerin mütəxəssis
borcudur.
Bədii layihələndirmə bütün layihələndirmə prosesinin ayrılmaz
hissəsidir. Bədii layihələndirmə və mühəndis layihələndirməsi bütün
layihələndirmə prosesini tamamlayır.
Bütün failiyyətlər eteplarla həyata keçirilir (Şəkil 1). Giriş etapı
təlabatın öyrənilməsi ilə başlayır. Proqnozlaşdırma təlabatı həyata
keçirməklə əmələ gəlir.
Proqramlaşdırma proqnozlaşdırmanın əsasında həyata keçirilir.
Planlaşdırmanın əsasını isə proqramlaşdırma
təşgil edir, sonrakı etap
isə layihələndirmədir yəni – layihələndirmə planlaşdırmadan material
halına keçir. Layihənin əsasında istehsal başlayır, yəni –
nümunə
hazırlanır və texnologiya işlənir. Əgər ekspertizadan sonra nəticə
müsbət olarsa nümunənin çoxalması başlayır.
Bundan sonra paylanma
və istismar prosesi başlayır. İstehsal olunan məhsul işlədikcə yeni
tələbatlar meydana çıxır və bu tələbatlara görə proses təkrarlanır.