108
Bionika canlılarda enerji və informasiyanın əmələgəlmə
prosesini öyrənməklə əldə etdiyi bilikləri, yeni maşın və sistemlər
yaratmaq məqsədi ilə mühəndislik məsələlərinin həllinə tətbiq edir.
Bionika, əvvəllər bir – birindən təcrid olunmuş halda inkişaf edən
biologiya və texnika
elmlərini birləşdirir, onların qarşılıqlı əlaqəsini
daha da dərinləşdirir. Bionika sistemlərin quruluş və funksiyalarını
öyrənərək mövcud maşın, cihaz, apparat, qurğu və texnoloji prosesləri
təkmilləşdirir və prinsip etibarı ilə bioloji sistemləri səciyyələndirən
yeni texniki qurğular yaradır.
Hazırda bionikanın üç əsas metodoloji istiqamətdə – bioloji,
texniki və nəzəri istiqamətlərdə inkişaf edir.
Biooji bionika biologiya və təbabətin nailiyyətlərinə əsaslanaraq
canlı təbiətin müəyyən prinsiplərini aydınlaşdırır və bundan sırf
mühəndislik problemlərinin həllərində istifadə edir.
Texniki bionika canlıların fəaliyyətinin bu və ya digər tərəflərini
əks etdirən riyazi
modellərin həyata keçirilməsi, mövcud cihaz,
apparat, qurğu və texnoloji proseslərin daha da təkmilləşdirilməsi,
prinsipcə yeni texniki vasitə və sistemlərin yaradılması ilə məşğul
olur.
Nəzəri bionikanın məzmununu canlı orqanizimlərdə baş verən
hadisə və proseslrin riyazi modelləri təşkil edir.
Bionika canlı təbiəti kortəbii şəkildə təqlid edir, bioloji
obyektləri öyrənməklə aldığı bilikləri yaradıcılıq və ixtiraçılıq
süzgəcindən keçirir, texnika qurğuya canlıda olmayan,
lakin onu daha
da təkmilləşdirən əlavələr edir. Bionikanın əhatə ediyi fövqəladə geniş
sahəyə
təyyarəqayırma, gəmiqayırma, kosmonavtika,
radioelektronika, maşınqayırma, metrologiya, kimyəvi məhsul
istehsalı texnologiası,
arxitektura, inşaat və s. məsələlər daxildir.
Hazırda bionikaya aid tədqiqat işləri aşağıdakı istiqamətlərdə
aparılır:
109
1. Neyronların, sinir mərkəzlərinin, beynin quruluş və iş
prinsiplərinin öyrənilməsi və bundan texniki qurğularda
istifadə
olunması.
2. Canlı orqanizmlərin mühitə uyğunlaşmaq (adaptasiya)
qabiliyyətinin tədqiqi.
3. Bioloji reseptor və analizator sistemlərinin xüsusilə görmə,
eşitmə və iybilmə orqanlarının və onların
texniki modellərinin
yaradılması.
4. Canlıların naviqasiya, lokasiya və oriyentasiyaya aid
mexanizmlərini öyrənmək və buna əsaslanan prinsipcə yeni texniki
qurğular yaratmaq.
5. Müxtəlif inkişaf səviyyəsində olan canlıların informasiyasını
qəbul retmək, göndərmək, təhlil etmək və çevirmək üsullarının
öyrənilməsinə əsaslanan yəni texniki rabitə növləri
və vasitələri
yaratmaq.
6. Insan – maşın probleminin bionik istiqamətini, insanın psixo –
fizioloji qabiliyyət və imkanlarını aşkar etmək.
7. Quş və həşəratın aerodinamik, balıqların və xüsusilə də
balinalar fəsiləsindən olan heyvanların hidrodinamik xassələrini
tədqiq etmək və bundan təyyarəqayırma və gəmiqayırmada istifadə
etmək.
8. Bioloji sistemlərlə analogiyaya əsaslanan və enerji almaq üçün
işlədilən texniki sistemlər yratmaq.
9. Faydalı qazıntıların çıxarılmasında, mürəkkəb üzvi maddələrin
sintezində bioloji üsullardan istifadə etmək.
10. Inşaat texnikasında və arxitekturada canlı təbiətin
konstruksiya və formalarından istifadə etmək məqsədi ilə tədqiqat
aparmaq.
Bionikaya aid bütün problemlərin həllində canlı təbiət insanın
müttəfiqi, məsləhətçisi və müəllimidir. Bionika canlıların idarəetmə
orqanlarını,
habelə əzələlərin, iş prinsipini, kimyəvi enerjinin birbaşa