105
Işçi geyim
. əməyin əlverişli vəziyyətinin yaranmasında və
istehsalatın interyerinin esetik görünüşdə işçi paltarın əhəmiyyəti
böyükdür. Işçi geyim aşağıda əsas tələəblərə uyğun olmalıdır:
- rahat olmalı
- xarici görünüşü gözəl olmalı
- istehsalatın xarakterinə və interyerin rənginə uyğun olmalıdır
Rahat və gözəl olmayan işçi
geyim işləməyə mane olur və
enerji məsrəfini artırır, istehsalı azaldır, hərdən işçinin xəsarət
almasına səbəb olur. Işçi geyimin görünüşü, forması və rəngi işin
xarakterinə uyğun olaraq təyin
edilir və xüsusi kataloqlardan,
jurnallardan seçilir.
32. MÜHƏNDIS PSIXOLOGIYASI
Psixologiyanın texniki tərəqqi dövründə meydana gəlmiş
problemlərindən birini insan – maşın sistemini tədqiq edən yeni sahəsi
XX əsrin ortalarından inkişafa başlamışdır. “ İnsan – maşın “
sisteminin yüksək effektivliyinə nail olmaq üçün insanın iş
xüsusiyyətləri və psixaloji imkanları ilə maşının və cihazların
quruluş
və texnoloji xüsusiyyətləri arasında müəyyən uyğunluq yaratmaq
probleminin səmərəli həlli yollarını tapmaq mühəndis
psixologiyasının əsas vəzifəsidir.
Əvvəllər maşınları ixtira edərkən insanın ancaq anatomik –
fizioloji xüsusiyyətləri nəzərə alınırdısa, son zamanlar onun psixoloji
xüsusiyyətlərinə daha çox diqqət yetirilir. Mühəndis psixologiyasının
inkişafının müasir mərhələsi “ insan – maşın “ sisteminin fəaliyyətinin
ümumi qanunauyğunluqlarını öyrənməyə imkan
verən tədqiqat
metodlarının, həmçinin insan fəaliyyətinin layihələndirilməsini ön
plana çəkməklə xarakterizə olunur.
106
33. BIONIKA
Bionika (yunan sözüdür, bion – həyat elementi,
hərfi mənada
yaşayan və s. mənalarını verir) – orqanizmlərin quruluşunun və həyat
fəaliyyətinin təhlili əsasında mühəndisliyə dair məsələləri həll edən
bioloji – texniki elm. Bionikanın yaranma tarixi,
formal olaraq, 1960 –
cı il sentyabrın 13 – dən (ABŞ – ın Dayton şəhərində Bionika üzrə
keçirilmiş 1 – ci Beynəlxalq simpozium) hesab edilir. Lakin, Bionika
elmi əslində çox qədim tarixə malikdir.
Sokrata görə biz parça toxumaqda hörümçəyin, üzməkdə balığın
şagirdləriyik. Demokritin fikrincə insanlar ixtiraçılıq fəaliyyətində
canlı təbiəti təqlid edirlər. Alim
və mühəndislərin yaratmaq
istədiklərini Allah çoxdan yaratmışdır. Leoardo Da Vinçi quşların
uçmasını tədqiq edərək uçuş apparatları yaratmağa çalışmış, sovet
alimi E.İ.Jukovski quşların uçuşunu təhlil edərək aerodinamikanın
əsas qanunlarını kəşf etmiş və yeni qurğular yaratmışdır.
Bionikanın modeli dinamik strukturalardır. Bunların
dəqiqləşdirilməsi üçün canlı materialda dəqiqləşdirilmə
araşdırmalarını aparmaq tələb olunur. Akademik V.V.Parin bu elmi,
texniki avadanlıq yaradan zaman canlı təbiətdə bunun nümunələrini
tapmaq kimi xarakterizə etmişdirə təbiətin öyrənilməsi (bitki,
heyvan
və insanın özü) lazım olan formnın mükəmməlləşməsinə gətirir.
Akademik P.L.Kapitsa problemlərin strukturlarının misalında,
“insandan fərqli olaraq, təbiət əla mühəndis-konstruktordur” bizim
ondan öyrənəcəyimiz hələ çox şeylər vardır söyləmişdir.
Şəkil 66-dan görünür ki, zoğun yuxarı hissəsi
küləyin təsirindən
əyildiyindən zoğun aşağı hissəsi polad məftil kimi monolitdir.
Beləliklə, bu anlogiyanı müqayisə etdikdə, zoğun daha mürəkkəb və
mükəmməl konstruktiv sistem olduğunu aydın görürük. Müasir
texnikanın mükəmməlliyi, möhkəmliyi nə qədər olsa da orqanlarının
işi ilə müqayisə edilə bilməz.