97
30. ƏMƏYIN ELMI TƏŞKILI, ISTEHSAL
MƏDƏNIYYƏTI
VƏ ESTETIKA
Əməyin elmi təşkili (ƏET) Amerika mühəndisi F.Teylora
məxsusdur. O, XIX əsrdə ilk dəfə olaraq elmi metodla insanin
bədəninin iş səraitinə uyğunlaşmasının analizini verməyə çalışmışdır.
Əməyin elmi təşkili texniki, ekonomiki, sosial,
fizioloji, estetik və b.
tərəfləri birləşmələrini nəzərə alaraq formalaşır.
Ə.E.T. - texniki və estetik ölçülərin elmi təşkil olunması ilə az əmək
və xammal məsrət etməklə istiqamətlənmiş və istehsalın artırılmasına
nail olmaqdan ibarətdir.
İstehsal mədəniyyəti - onun elmi, texxniki və sosial
münasibətlərinin
təkmilləşmə
dərəcəsindən asılıdır istehsal
mədəniyyəti texnikanın, texnologiyanın istehsalın və əməyin təşkilini,
əmək şəraitini, estetikanı, kollektivdə əmək
münasibətini özündə
cəmləşdirir.
Texniki estetika - dizayn nəzəriyyəsini prinsip və metodlarından
istifadə edərək sənayenin, istehsalinin,
konstruksiya etmənin, istehsal
mühitinin optimal şərtlər daxilində olmasıdır.
Göstərilən anlayışlar – Ə.E.T, istehsal mədəniyyəti və texniki
estetika – istehsalın düzgen inkişafının
və mükəmməlliyinin kompleks
əsasını təşkil edir. Bu amillər istehsalın artmasına, fəhlə və
qulluqcuların sağlamlığının qeydinə qalır.
Əməyin məqsədə uyğun şəraiti (sanitar – gigienik, fizioloji,
estetik) əməyin təhlükəsizliyini və komfortunun dərəcəsindən asılıdır
(Şəkil 61).