4. Orta əsrlər mədəniyyəti
4.1. Qərbi Avropa mədəniyyəti
Təxminən 10 əsrlik bir dövrü əhatə Orta əsrlər Qərbi Avropa mədəniyyəti
siyasi, iqtisadi və mədəni həyatdakı dəyişikliklər, incəsənətdə yeni cərəyan və
üslubların yaranması ilə xarakterizə olunur.
“Orta əsrlər” anlayışını ilk dəfə XV əsrdə İtalyan humanistləri öz yaşadıqları
dövrü antik klassikadan ayırmaq üçün işlətmişlər. Sonralar bu termin Roma
imperiyasının süqutundan İntibah dövrünədək olan bir mərhələni bildirməyə
başladı. Məhz bundan sonra dünya tarixi Antik dövrə, Orta əsrlərə və Yeni dövrə
bölündü. Maarifçilik dövründə bu mərhələyə maraq daha da artdı. Romantiklərin
bu məsələyə münasibəti isə birmənalı olmadı. Yalnız XIX-XX əsrlər qərb
sivilizasiyalarının böhranı dövründə alim-kulturoloqlar orta əsrlərin zəngin
mədəniyyətini hərətərəfli öyrənməyə başladılar.
V-XIV (bəzən XVI) əsrləri əhatə edən orta əsrlər dövrü feodal cəmiyyətinin
yaranması, inkişafı və süqutu ilə əlaqədar olubadətən erkən orta əsrlərə (V-X
ə
srlər), klassik orta əsrlərə (XI-XIII əsrlər), bəzən isə feodalizmin daha uzun sürən
regionlarında son orta əsrlərə (XIV-XVI əsrlər) bölünür.
I dövr üçün Avropa xalqlarının formalaşması prosesi, Qərbi Avropa xristian
mədəniyyəti tipinin yaranması, xristianlığın daha da möhkəmlənməsi və geniş
yayılması xas idi.
II dövr mədəniyyətinin mühüm hadisəsi – xristian dininin yayılması ilə
ə
laqədar bu dinin əsas atributu olan kilsələrin kütləvi tikintisi və nəticədə
memarlıqda roman və qotika üslublarının bərqəarar olması idi.
III dövr dahi Dantenin, Akvianlı Fomanın adları ilə bağlıdır. Bu dövrə
həmçinin elm və təhsilin inkişafı, fəlsəfədə sxolastikanın əsas istiqamətə
çevrilməsi xas idi.
Dostları ilə paylaş: |