b.e.ə. VI-IV əsrləri əhatə edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika
(b.e.ə.VI-V əsrin I yarısı), orta klassika (b.e.ə. V əsrin ortaları) və son klassika
(b.e.ə. V-IV əsrin sonları) çağlarına bölünür.
16
Erkən klassika çağında incəsənətdə ciddi üslub başlıca yer tutur.
Bu ilk növbədə, həmin tarixi dövrdə ictimai-siyasi şəraitdəki vəziyyətlə bağlı idi.
Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər-dövlətlərində (polislərdə)
demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq
artıq keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer
tutdu. Bu isə incəsənətdə mübarizə və döyüşlərlə bağlı hadisələrə üstünlük
verilməsinə səbəb oldu.
B.e.ə. V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi
ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.
Erkən klassikanın məşhur əsərlərindən biri də “Disk atan oğlan”
heykəlidir. Heykəl dövrümüzə qədər olduğu kimi gəlib çatmasa da, roma surəti
ə
sasında o yenidən işlənib hazırlanmışdır. Onun yaradıcısı b.e.ə. yaşamış məşhur
Miron idi. O, tuncdan hazırlanaraq ciddi üsluba malik olmaqla dövrünün ruhuna
tam uyğun şəkildə yaradılmışdır.
Yunan incəsənəti orta klassika (təsviri sənət tarixində b.e.ə.V əsr –
Perikl dövrü – orta deyil, yetkin klassika dövrü adlanır, fəlsəfə tarixində isə yetkin
dövr – b.e.ə. IV əsrin I yarısı – məhz Platon və Aristotelin adı ilə bağlıdır) çağında
çiçəklənir. Farsların dağıntılarından sonra şəhərlərin dirçəldilməsi, məbədlərin
bərpası və yenilərinin tikintisi, ictimai bina və digə müqəddəs tikililərin inşası
başlıca yer tutur. Afinada b.e.ə. 449-cü ildən başlayaraq Perikl adlı yüksək təhsili
bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı insanlarını – filosof
Anaksaqoru, rəssam Polikleti, heykəltəraş Fidini və d.cəlb edir. Afina
Akropolunun yenidən, daha möhtəşəm və füsunkar formada tikilişi Fidinin üzərinə
düşür və bunun öhdəsindən o çox peşəkarcasına gəlir.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə.470-399) idi. Onun
fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik dəyərlər mövcuddur ki, bu da allah
tərəfindən idarə olunur. Bu filosof özündən əvvəlki müdriklərin ənənəvi
problemlərinə nəzər yetirmədən əsas diqqəti insana – onun təbiəti, imkan və
tərbiyəsinə yönəldir.
17
Bu çağın digər müdrik filosofu Demokrit (b.e.ə.460 – uzun ömür
sürərək vəfat etmişdir) idi. O, fəlsəfəyə atomist nəzəriyyənin müddəalarını
gətirmişdi. Demokritə görə, təbiət, materiya bölünməyən atom zərrəciklərindən
ibarətdir. Müxtəlif cisimlərin atomları forma və ölçülərinə görə müxtəlifdir, eyni
atomların görüşməsi, birləşməsi cismin formasını yaradır.
Orta klassika dövründə elm naturfəlsəfə ilə vəhdət təşkil edirdi, lakin
biliklərin həcmcə artması, ayrı-ayrı fənlərin yaranmasına təkan verdi. Məsələn,
b.e.ə. V əsrdə Hippokratın adı ilə bağlı (b.e.ə.460-370) təbabətin tərəqqisi
müşahidə olunur.
Orta klassika dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid,
Aristofan kimi yazarların adı ilə bağlıdır. Esxil (b.e.ə.525-456) klassik yunan
faciəsinin banisi hesab edilir. O, dramı inkişaf etdirərək teatr səhnələrini daha
dinamik və canlı etdi. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə
bağlıdır. Onun yaradıclığının aparıcı motivində vətəndaş xeyirxahlığı,
vətənpərvərliyin tərənnümü başlıca yer tutur. Onun “Zəncirlənmiş Prometey” əsəri
belələrindəndir.
Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi.
Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun
ayrı-ayrı çağlarınnı çox böyük rolu vardır.
Dostları ilə paylaş: