2.3. Çin mədəniyyəti
Çinin sivilizasiyası tarixi minillikləri əhatə edəm qədim mədəniyyətlərdən bi-
ridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə.III minilliyin son-
larına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır.
Çin sivilaziyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti
tarixində mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind
mədəniyyətlərindən fərqli olaraq Çin sivilizasiyası daha rasional və praqmatik
səciyyə kəsb etmiş və edir. Hər bir çinli üçün ilk növbədə sosial etika və inzibati
praktika müstəsnalıq kəsb edirdi.
Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə bir əlaqədardır.
Məsələn, çay və çayiçmənin təşəkkülü haqqındakı əfsanə buna aiddir. Bu əfsanəyə
görə buddaçılar etiqada zamanı gümrah olmalı, bir çox saat ərzində hərəkətsiz
qalmalıdır. Bu zaman mürgüləmək və ya yuxuya getmək – böyük günah, eyib
hesab edilirdi. Lakin bir dəfə görkəmli patriarx Bodxidxarma etiqada prosesində
özü də bilmədən yatır. Oyandıqdan sonra hiddətlənən patriarx öz kipriyini kəsir.
Bu zaman yerə düşən qan damlalarından çay kolunun yarpaqları yaranır. Ondan
hazırlanan içki isə insana gümrahlıq verir. Bu bir əfsanə olsa da onun mahiyyətində
böyük bir hikmət vardır.
Qədim çin mədəniyyətinin ən geniş yayılmış sənət növlərindən biri də
dekorativ-tətbiqi incəsənət idi. Bu sənət aşağıdakı sahələr üzrə inkişaf edirdi: matal
üzrə iş, toxuculuq, kağız, rəngli fanar, süni çiçəklərin, lak-şirəli məhsulların, kağız
ilanların hazırlanması.
Nefrit, fil sümüyü üzərində oyma, nəqş işləməli dünya miqyasında tanınmış
sənət növləridir.
Çini və keramika Çinin ən qədim kəşflərindən biridir.
Beləliklə, qədim sivilizasiyanın mühüm tərkib hissəsini təşkil edən çin
mədəniyyətinin çox möhtəşəm yeri vardır. Öz unikallığı və humanizmi ilə
fərqlənən qədim çin mədəniyyəti sonrakı tarixi dövr və mərhələlər üçün zəngin irs
qoymuşdur.
|