7
2. İbtidai icma dövrü mədəniyyəti
Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai
dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə müəyyənləşdirirlər.
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi
mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon
ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta
və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz
olunur ki, sonuncu b.e.ə.III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə.I minilliyin
ə
vvəli) dəmir dövrü başlanır.
İ
btidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o,
minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin
etmişdir.
İ
btidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın “Qədim cəmiyyət”
adlı tədqiqatında öz əksini tapmışdır. Aparılan tədqiqatlar bir daha sübut edir ki,
insan təkcə təbiətin tərkib hissəsi olmamış, o həm də incəsənət vasitəsilə özünü
formalaşdırmış və kamilləşdirmişdir. Bunu sübut edən bir çox dəlillər mövcuddur.
Xüsusilə, dünya arxeologiya elminin mütəxəssisləri bu haqda yetərincə misallar
göstərmək iqtidarındadırlar. 1836-cı ildə Şaffoda (Vyana departamenti) məşhur
arxeoloq Eduard Larte tərəfindən xüsusi rəsimlərlə cizgilənmiş lövhəciklərin
tapıntısı bu sahədə ən dəyərli nümunələrindəndir. O həm də La Madlendə (Fransa)
mamont təsvirini də tapmışdır.
Son paleolitdə əldə edilən musiqi alətləri xüsusi maraq doğurur. Çernovitsk
vilayətində Dnestrin sağ sahilində Moldova düşərgələrindəki qazıntılar zamanı
arxeoloq A.P.Çernış son paleolitin ortasına aid olan mədəni təbəqədə şimal
maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır.
İ
btidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox
geniş tətbiq olunmuşdur. Hələ XIX əsrdə Mezin paleolit düşərgəsində (Ukrayna)
daş və sümük alətləri üzərində həndəsi ornamentlər aşkar etmişdir. Həndəsi
8
naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır. Bu
cür ornamentlər əyri xətt və cizgilərdən ibarətdir.
Abstarkt naxışlarla ibtidai rəssamlar təbiəti əks etdirmiş, onun surətini
yaratmışlar.
Bir çox tədqiqatçılar belə güman edirlər ki, yuxarı paleolit incəsənəti təkcə
sənətdən ibarət deyil, o həm də ibtidai insaların dini-magik görüşlərini əks etdirir.
Neolit və tunc dövründə ornament daha da çiçəklənməyə başlayır. Buradakı
təsvirlər mürəkkəb anlayışları ifadə edir. Dekorativ-tətbiqi sənətin və bir çox
növləri – keramika və metalın yenidən işlənməsi formalaşmağa başlayır.
Tunc dövründən başlayaraq yırtıcı heyvan tədricən aradan çıxmağa başlayır.
Hər yerdə quru həndəsi sxemlər vüsət tapır. Məsələn, Azərbaycan, Dağıstan, Orta
və Mərkəzi Asiya dağlarında keçi profilləri üstünlük təşkil edir. İnsanlar
petroqliflərin (petroqlif – yunan sözü olub, petros – daş, glirhe – kəsmə, qaya
təsvirləri) yaradılmasına daha az səy göstərirlər.
B.e.ə. III minilliyə, tunc dövrünün erkən çağına aid olan Şimali Qafqaz
mədəniyyəti Maykop adını almışdır. Bu ad məşhur Maykop kurqanı abidəsinə
uyğun adlandırılmışdır. Maykop mədəniyyəti Taman yarımadısının şimal-
qərbindən Dağıstanın cənub şərqinə qədər yayılmışdır.
İ
btidai cəmiyyətin sonlarına doğru bədii peşələr və sənətlər geniş vüsət
tapmağa başlayır: bürüncdən, qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanır.
İ
btidai dövrün sonlarına yaxın memarlığın yeni-yeni növləri – qalalar
yaranmağa başlayır. Bu cür tikililər kobud surətdə cilalanmış nəhəng daşlardan
hazırlanır. Belələrinə Avropanın bir çox yerlərində və Qafqazda rast gəlmək olur.
İ
btidai mədəniyyətə aid əsas məqamlardan biri də dini təsəvvür və
dünyagörüşdür. Bunlar əsasən animizm magiya, fetişizm, totemizm, erotik ayinlər,
dəfn ayinləridir.
Müasir dinlərdə də fetişizm geniş yayılmışdır: məsələn, xristianlarda
ikonalara etiqad belələrindəndir.
Etiqadın digər bir növü isə canlı və ağaclara olan sitayişdir ki, buna totemizm
deyilir (Totem – şimali hindularda “əcdad, soy” deməkdir).
9
Totemizmin irsi, fratrial (yunanca – qardaşlıq), qrup, cinsi və fərdi növləri
vardır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, fratrilər daha qədim hesab edilir.
Fratrilər (icmanın bir neçə qruplara bölünməsi) daha kiçik nəslin qruplara
bölünməsini nəzərdə tutur.
İ
btidai dövr incəsənəti dünya mədəniyyətinin gələcək inkişafı üçün baza
olmaqla Qədim Misir, Şumer, İran, Hindistan, Çin incəsənətinin təşəkkülündə
ə
həmiyyətli dərəcədə rol oynamışdır.
Dostları ilə paylaş: