3. Antik dövr mədəniyyəti
3.1. Qədim Yunanıstan mədəniyyəti. Krit-Miken dövrü
Mədəniyyət tarixində hər bir dövr özünə görə qiymətli və təkrarolunmazdır.
Tədqiqatçlar bu faktı təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət
verirlər. Antik yunan mədəniyyətinə müasir ədəbiyyat janrları və fəlsəfə sistemi,
sütunlu arxitektura və heykəltəraşlıq, astronomiyanın əsasları, riyaziyyat və
təbiətşünaslıq daxildir. Qədim yunan mədəniyyətinin ən başlıca nailiyyəti isə
insanın kəşfidir. Allahıın yaratdığı insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır.
Avropa tarixinə və mədəniyyətinə güclü təsir göstərən antik mədəniyyət, müasir
dövrün tarixçilərinə “Yunan möcüzəsi”ndən danışmağa imkan yaradır.
B.e.ə. I minillikdə qədim şərq sivilizasiyası sönməyə başlayır və öz yerini
Aralıq dənizində yerləşən regionların mədəniyyət ocağına verir. B.e.ə.VI əsrdən
başlayaraq bu bölgənin mədəniyyət mərkəzi Yunanıstan olur. Yunan
mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.
Yunanları kosmosdan gələn ağıllı, ilhamlı, məqsədyönlü və hər bir qarışıqlığa
qarşı duran kimi qiymətləndirirdilər. Artıq dünyaya, təbiətə və kainata baxış estetik
kateqoriyaların yaranmasına səbəb olur. Bu ,Qədim Yunan mədəniyyətinin
tərkibinə daxil olub incəsənətdə xüsusi inkişaf – gözəllik, ölçü və harmoniyanı
yaradır.
Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır.
1. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu
özünü zəngin arxitekturaya malik olan Krit, Miken və Tirinf iqamətgahlarında
göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi.
2. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan
kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi.
3. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Doru tayfalarının incəsənəti və
özləri ilə gətirdikləri həndəsi üslub da Yunan mədəniyyətinə təsir göstərir.
Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib.
Bunlardan birincisi Krit-Miken mədəniyyətidir.
15
Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken
mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki
Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül mərhələlərini yaşayan
bu mədəniyyət təxminən b.e.ə.2000-ci ildən 1200-cü ilə qədər yaşamışdır.
Dostları ilə paylaş: |