5. Yeni dövr mədəniyyəti
5.1. İntibah mədəniyyəti. İtaliya
“İntibah” – adlandırılan dövrü “Renessans” kimi də qeyd etmək məntiqə
müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya
olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan
humanus – “insani” deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül
taparaq XV-XVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı.
Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına
malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə
parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və
yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.
İ
talyan İntibahı aşağıdakı mərhələlər üzrə dövrləşir. Protorenessans (XIII-XIV
ə
srin II yarısı), Erkən İntibah (XV əsr), Yüksək İntibah (XV əsrin axırı – XVI əsrin
ə
vvəlləri), Son İntibah (XVI əsrin sonları).
XIII-XIV əsr İtaliya mədəniyyətində güclü Bizans və qotik ənənələr fonunda
yeni sənət xüsusiyyətləri təzahür etməyə başladı ki, bu da gələcək İntibahın
başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü məhz Protorenessans (daha
doğrusu, Renessansa giriş kimi də başa düşmək olar, Protorenessans yunanca
“ilkin deməkdir”) adlandırırlar.
Protorenessans dövrünün ədəbiyyatı da bəşəri əhəmiyyət kəsb edərək Dante,
Petrarka, Bokkaçço kimi dahilər yetişdirmişdi. Aligyeri Dante (1265-1321)
yaradıcılığı “yeni şirin üslub” adlanan məşhur məktəb kimi tanınmağa başladı.
Burada qadına münasibət ideallaşdırılaraq ona müdriklik, xeyirxahlıq rəmzi kimi
yanışıldı. Onun ilk şeirləri məhəbbət məzmunludur, əsərlərinin başlıca qəhrəmanı
Beatriçe adlı qadındır.
Dante dünya mədəniyyəti tarixində Dante “İlahi komediya”nın müəllifi kimi
silinməz iz buraxmışdır. Əsərin “komediya” adlandırılması o dövrdə əsərlərin pis
başlanğıc və yaxşı sonluqla qurtarması ilə izah olunursa, “İlahi” epitet, bədii
24
ə
həmiyyət və poetik kamilliyin vəhdəti kimi başa düşülməlidir. “İlahi” epitet bədii
ə
həmiyyət və poetik kamilliyin vəhdəti kimi başa düşülməlidir. “İlahi komediya”
üç əsas hissədən – “cəhənnəm”, “Məşhər” və “cənnət”dən ibarətdir. Hər hissə 33
nəğməni əhatə edir. Bu əsərdə insanın ölümündən sonrakı həyatı tərənnüm olunur.
Hər hissədə müəllif bədii təhlil verir, dünyanın, təbiət və insanın yarnması
mövcudluğunun unikal mənzərəsini yaradır. Dante öz əsərində fərdi təxəyyülündən
o dərəcədə yerli-yerində istifadə etmişdir ki, əsəri oxuyan hər bir kəs, doğrudan da
axirəti səyahət etmiş olur.
Dövrün ən məşhur sənətkarları Leonardo da Vinçi (1452-1519) hesab edilir.
O, görkəmli rəssam olmaqla yanaşı, həm də dövrünün alimi idi. Onun erkən
yaradıcılığına aid olan “Madonna çiçəklə” (1472) əsərində rəssam əvvəlki
sənətkarlarından fərqli olaraq gənc Məryəmin analıq sevincini əks etdirən sadə
səhnəni verir. Leonardo da Vinçi memarlıq sənətində də öz sözünü demiş
sənətkardır. Rəssamın görkəmli əsərləri “Gizli gecə” (freska), “cokonda”,
“Madonna körpə ilə”, “İsa peyğəmbərin xaç suyuna salınması” və b.dır. Lakin
zəngin Florensiyalı Françesko del cokondonun arvadı Mona Lizanın portreti
(1503) dünya incəsənəti tarixində əvəzi olmayan bir əsər kimi hələ neçə-neçə
nəsilləri heyran edəcəkdir. Əsərin sənət möcüzələri ilə yanaşı onun haqqındakı
ə
fsanə, elmi fərziyyə və tədqiqatlar bu portreti daha da dəyərləndirən
səbəblərdəndir.
Yüksək İntibah dövrünün digər məşhur rəssamı Rafael Santidir (1483-
1520). Rafael təsviri sənətdə novator kimi tanınmışdır.
1504-cü ildə Florensiyaya gələn Rafaeilin yaradıcılığı yetkinlik əldə edir.
Onun bu dövrdə yaratdığı madonnalar körpə İsa ilə daha çox təsviri olunur. O
dövrdə yaratdığı madonnalar körpə İsa ilə daha çox təsvir olunur. O dövrdə peyzaj
fonunda istifadə daha başlıca yer tutur. 1505-ci ildə “Madonna yaşıllıqda” əsərində
Leonardonun piramida kompozisiyasından istifadə edilərək incə rəng
harmoniyalarına diqqətlə yanaşılmışdı.
Rafaelin müvəffəyyətləri, onun 1508-ci il Romadakı papa sarayına dəvəti ilə
nəticələndi.
25
Rafael mahir rəsm ustadı idi. Bu rəsmlərdə cizgi və xətlərin rahat, azad,
səhvsiz məqamlarını duymaq mümkündür.
Yüksək ntibahı Mikelancelo Buonarrottisiz (1475-1564) təsəvvür etmək
qeyri-mümkündür. Onun yaradıcılığı İntibaha yetkinlik, bütövlük, kamillik bəxş
etmişdir. 1496-cı ildə Romaya gələn gənc Mikelancelo burada sonralar
məşhurlaşacaq “Pyeta” (“İsa peyğəmbəri oxşama”) (1498-1501) əsərini müqəddəs
Pyotr kilsə kapellasında yaptı. Bu heykəltəraşlıq nümunəsi öz möhtəşəmliyi ilə
kapellaya xüsusi müqəddəslik görkəmi bəxş edirdi.
1501-ci ildə Florensiyaya dönən Mikelancelo Davidin mərmərdən möhtəşəm
heykəlini yaratmağa başladı (1501-1504). Heykəl 5,5 m ölçüyə malik olaraq
insanın nəhəngliyinin hüdudsuzluğunu üzə çıxarır. Düşmənə daşla zərbə
endirməyə hazırlaşan gəncin özünə həm fiziki, həm də mənəvi arxayınçılığı onun
qalib olacağından xəbər verir. Bu duyğunu heykəltəraş böyük həssaslıqla, ustalıqla
təcəssüm etdirə bilmişdir.
Mikelancelo özünü heykəltəraş kimi qələmə versə də, onu gözəl rəssam və
memar kimi də dəyərləndirmək olar. Belə ki, Vatikanda Sikstin kapellasının
Tavanının müəllifi, məhz bu görkəmli sənətkar olmuşdu ki, bunu da 1508-1512-ci
illərdə yaratmışdı.
Dostları ilə paylaş: |