2.2. Mesopotomiya mədəniyyəti
Tarixi mənbələrdə hər iki mədəniyyət İkiçayarası mədəniyyəti kimi qəbul
edilmişdir ki, bu da ilk növbədə həmin dövlətlərin Dəclə və Fərat çaylarının
arasında yerləşməsi ilə izah edilir. “Mesopotomiya” sözü yunan dilindən
tərcümədə “İkiçayarası” mənasını verir. Mədəniyyət tarixində bunu çox vaxt
Ş
umer-Akkad mədəniyyəti kimi tanımaq da qəbul edilmişdir. Şumer-Akkad
mədəniyyətinin, həm də belə adlandırılması digər vacib bir məqamla da izah edilir:
ş
umerlər və Akkad şahlığı sakinləri müxtəlif dillərdə danışaraq, həm də ayrı-ayrı
yazıya malik idilər.
Akkad dilini alimlər afroasiya dillərinin semit qrupuna aid edirlər. Akkad
yazısı üzrə ən qədim mənbələr gil lövhələr üzərində olub, b.e.ə. XXV əsrə təsadüf
edir.
Bu yazıdan xeyli əvvəl mövcud olan şumer yazısı daha qədimdir. Şumer
haqqında məlumatlar bir də onu deməyə imkan verir ki, qədim sakinlər öz
fikirlərini sim və ağac kəsikləri üzərində müxtəlif təsvirlərin verilməsi ilə
bildirmişlər.
Yazı Şumer-Akkad mədəniyyətinin ən böyük nailiyyəti idi. Babillər
tərəfindən o, bütün Ön Asiyada – Suriya və İranda geniş yayılmağa başlamışdır.
Yazı əsasında şumerlər bəşər tarixində ilk poema sayılan “Qızıl əsr”i, ilk
elegiyanı (mərsiyə tipli şeir) yaratmışlar, dünyada ilk dəfə biblioqrafik kataloq
tərtib etmişlər. Şumerlər, həmçinin tibbə aid reseptləri toplayaraq xüsusi toplu
hazırlayan ilk xalq olmuşlar.
Ş
umerlərin dini görüşləri allahlara sitayiş üzərində qurulmuşdu. Belə ki, bu
xalqın ən güclü allahları An, Enlil və Enki idi. An – Səma allahı olub, digər
allahların atası hesab edilirdi, bütün insanlar hər bir işdə ona müraciət edirdilər. An
allahı Uruk şəhərinin hamısı hesab edilirdi.
|