Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   2   3   4   5   6   7   8   9   ...   27
Avropa-med -metodiki-vesait

2.1. Misir mədəniyyəti 

 

Qədim  Misir  mədəniyyəti  təşəkkül  tapmış  ən  ilkin  mədəniyyət 

mərkəzlərindəndir.  O,  təxminən  b.e.ə.  IV  minilliyin  sonundan  b.e.ə.332-cı  ilədək 

yaşamışdır.  Misirin  dövlət  kimi  formalaşması  b.e.ə.IV  minillikdə  başlamışdır. 

Artıq  yeni  minilliyin  əvvəllərində  Nil  çayının  şimal  və  cənubunda  40-dan  artıq 

şə

hər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto 



olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.  

Bir  çox  əsrlər  ərzində  Misir  dövlətində  insanlar  müxtəlif  allahlara  sitayiş 

etmiş  və  dini  ayinlər  icra  etmişdir.  Müxtəlif  sayda  allahlar  təbiət  qüvvələri  və 

ictimai  hadisələri  tərənnüm  edirdi.  Ay  –  qadın,  torpaq  və  hava  isə  kişi  allahları 

kimi təcəssüm tapmşdır. Baş Allah – Günəş allahı Hepri və Heprer adlandırılırdı.  

Məşhur  piramidalar  Qədim  Misir  mədəniyyətinin  möhtəşəm  abidələri  hesab 

edilir.  B.e.ə.III-II  minillikdə  piramida  və  allahlar  üçün  ehramlar  daşdan  tikilirdi. 

Piramidalar  firon  və  tanınmış  adamlar  tikilir,  kasıblar  üçün  bu  ayin  yerinə 

yetirilmirdi.  Firon və  ya  digər  varlı  insanın  bədəni  Misirin  isti  və  quru  iqlimində 

mumiyalaşdırılaraq  bir  neçə  yüzillik  ərzində  qorunurdu.  Belə  faktlar  Misir 

cəmiyyətində insanların qeyri-bərabərliyini sübuta yetirirdi.  

Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı 

dövrümüzədək  gəlib  çatmamışdır.  Piramidaların  bir  qismi  hələ  qədim  dövrdə 

dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adı ilə bağlı 




 

10

olub. 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni 



xatırladır. Onu İmxotep adlı memar düşünüb hazırlamışdır.  

Öz  ölçüsünə  və  şöhrətinə  görə  tanınmış  piramidalardan  biri  Gizədəki  firon 

Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi 

nəticəsində  ərsəyə  çatmışdır.  Piramidanın  daxili  ölçüsü  hər  hansı  bir  Avropa 

kilsəsinin  yerləşə  biləcəyi  həcmdə  olub,  hüdürlüyü  146,6  m,  sahəsi  55  min.kv.m 

ə

hatə  edir.  Xeops  ehramı  hər  birinin  çəkisi  təxminən  2-3  ton  olan  iri  əhəng 



daşlarından  ibarətdir.  Alimlər  belə  bir  tikintiyə  təxminən  23000000  daşın  sərf 

olunmasını  hesablamışlar.  Gizədəki  Xeops  ehramı  ilə  yanaşı  Xefren  və  Migerin 

piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir.  

E.ə.II  minillikdə  ehramlar  artıq  daşdan  deyil,  kərpicdən  tikilməyə  başladı. 

E.ə.I  minilliyin  əvvəllərinə  yaxın  fironların  sərdabələri  yad insanlardan  gizlədilsə 

də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki, sərdabələrin oğurlanması 

Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi.  

Misirin  musiqi  mədəniyyətinin  tarixi  dünyada  daha  qədimdir.  Musiqi  qədim 

misirlilərin  bütün  həyat  və  məişətini  –  dini  mərasimlərini,  kütləvi  bayramlarını 

müşayiət  edirdi.  Buraya  rəqs,  pantomima,  dramatik  səhnə  və  ədəbi  nümunələr 

daxil idi.  

Misirlilər  həm  də  ilk  dəfə  ulduz  kataloqu,  ulduzlu  ayın  xəritəsini  tərtib 

etmişlər.  Su  saatının  icdadı  da  qədim  misirlilərə  məxsus  idi.  Başlıca  və  mühüm 

nailiyyətlər  təbabətdə  də  əldə  edilmişdi.  Meyitlərin  mumiyalaşdırılması 

sahəsindəki  uğurlar  insan  anatomiyası,  daxili  orqanların  hərtərəfli  öyrənilməsi 

üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı 

və  ürək  haqqında  nəzəri  biliklərin  yayılmasındadır.  Diş,  göz  həkimləri  kimi  dar 

ixtisaslar formalaşmağa başladı.  

Coğrafi  xəritələrin  tərtibi  sahəsində  də  qədim  misirlilərin  xüsusi  xidməti 

olmuşdur.  

Beləliklə,  Qədim  Misir  tarixində  və  mədəniyyətdə  əldə  olunan  nailiyyətlər 

ümumbəşəri  xarakter  daşıyaraq  dünya  sivilizasiyasının  inkişafına  xidmət  etmiş 

oldu.  



 

11


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin