maarifləndirici, tərbiyəedici, inkişafetdirici, ictimai-siyasi
funksiyaları vardır.
Sinif rəhbərinin əsas fəaliyyət sahələri aşağıdakılardır:
1. Ayrı-ayrı şagirdləri və sinif kollektivini davamlı öyrənmək;
2. Şagird kollektivini təşkil etmək, vəzifə bölgüsü aparmaq;
3. Müəllimlərin tərbiyəvi fəaliyyətini tənzim etmək;
4. Sinifdənxaric tərbiyə işlərini təşkil etmək;
5. Şagirdlərin biliklərə dərindən yiyələnməsinə nəzarət etmək;
6. Şagirdlərin əxlaq tərbiyəsi ilə bağlı təcrübə qazanmasına və
davranışlarına nəzarət etmək;
7. Şagirdlərdə davranış mədəniyyətinin tərbiyə edilməsi;
8. Valideynlərlə iş aparmaq.
Məktəblərdə sinif rəhbərləri tərəfindən tərbiyə işinin əsas
forması hesab edilən, bütün təlim-tərbiyə prosesini və onun təhlilini
əhatə edən “sinif saatı” geniş tətbiq olunur. Sinif saatını keçirməkdə
sinif rəhbərinin vəzifəsi şagirdlərdə məqsədyönlü, işgüzar ünsiyyəti
təmin etmək, sinifdə sağlam əxlaqi mühit yaratmaqdır. Sinif saatı
əvvəlcədən dərs cədvəlinə daxil edilir, həftədə bir dəfə müəyyən
olunmuş gündə keçirilir. Məktəb təcrübəsindən məlumdur ki, sinif
saatının, əsasən, üç funksiyası var: maarifləndirici, istiqamətverici və
Dostları ilə paylaş: |