Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respubli- kası Qanununun müddəalarına uyğun olaraq hüquqi və fiziki şəxs- lərin dövlət arxivlərinin sənədlərindən istifadə qaydalarını müəyyən edir.
Dövlət arxiv fondunun sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qa- nuni mənafelərini təmin etmək üçün istifadə edilir.
Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən, onlara aid elmi məlumat bankın- dan istifadə etmək hüququna malikdirlər.
Hüquqi və fiziki şəxslərin dövlət arxiv fondunda saxlanılan sənədlər əsasında arxiv arayışları, arxiv sənədlərinin təsdiq olun- muş surətlərini və ya arxiv sənədlərindən çıxarışlar almaq hüquqları vardır. Vətəndaşlar dövlət arxivlərinin oxu zalında arxiv sənədlərin- dən sərbəst surətdə çıxarışlar edə və qeydlər götürə bilərlər.
Xarici vətəndaşlar Azərbaycan Respublikası dövlət arxiv fondunun sənədlərindən dövlətlərarası müqavilələr və ya Azərbay- can Respublikasının digər dövlətlərlə bağladığı ikitərəfli müqavilələr əsasında istifadə edə bilərlər.
Tədqiqatçıların dövlət arxiv fondu sənədlərindən istifadəsi Azərbaycan Respublikası dövlət arxivlərinin özü zallarında tədqiqat- çıların işləməsi qaydaları ilə müəyyən olunur.
Azərbaycan Respublikasının vətəndaşları dövlət arxiv fon- dunda saxlanılan sənədlərdən səlahiyyətli təşkilatların məktubları əsasında istifadə edə bilərlər. İdarə, təşkilat və müəssisənin blanklarında tərtib olunmuş, onun rəhbəri, yaxud elmi katib tərəfin- dən imzalanmış məktubda arxivə göndərilən tədqiqatçının soyadı,
adı və atasının adı, vəzifəsi, elmi dərəcəsi, tədqiqat mövzusunun adı, əhatə etdiyi dövr və tədqiqatın məqsədi göstərilir.
Müstəsna hallarda ayrı-ayrı vətəndaşlar (pensiyaçılar, işlə- məyənlər və s.) şəxsi ərizə əsasında sənədlərdən istifadə edə bilərlər.
Xarici ölkələrin vətəndaşları dövlət arxiv fondu sənədlərin- dən həmin ölkələrin səfirliklərinin və ya xarici ölkə idarələrinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Baş Arxiv İdarəsinin ünvanına göndərdikləri məktublar əsasında istifadə edə bilərlər.
Tədqiqatçılara oxu zallarında dövlət arxivlərinin direktorları tərəfindən bir ildən çox olmayan müddətə icazə verilir. Əgər tədqiqatçı bir ildən yuxarı oxu zalında arxiv sənədlərindən istifadə edərsə, yeni məktub təqdim etməlidir.
Dövlət arxivlərinin oxu zallarında işləməyə buraxılmış təd- qiqatçılar müəyyən olunmuş qaydada anket doldurur və dövlət ar- xivlərinin iş qaydaları ilə tanış edilirlər.
Oxu zalında hər tədqiqatçı üçün “şəxsi iş” açılır. Buraya tədqiqatçını göndərən idarənin məktubu, tədqiqatçı haqqında qısa məlumat, onun istifadə edəcəyi əsərlərin siyahıları, işlər və sənəd- lərin surətlərini çıxarmaq haqqında sifarişləri daxil edilir.
Dövlət arxivlərinin oxu zallarında tədqiqatçılara yalnız onla- rın mövzularına aid olan işlər verilir.
Hər gün iş qurtardıqdan sonra tədqiqatçı sənədləri və arxiv elmi məlumat kitablarını oxu zalının işçisinə təhvil verir. Sənədlər qaytarılarkən onlarda çatışmazlıq və korlanma halları müşahidə olunarsa, bu barədə akt tərtib olunur. Əgər korlanma tədqiqatçının günahı üzündəndirsə, o, arxiv rəhbərliyi tərəfindən müəyyən edilən müddətdə sənədlərdən istifadə işindən kənarlaşdırılır. Sənədlər oğurlanarsa və onlara bilərəkdən düzəlişlər edilərsə, günahkarlar qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Dövlət arxivlərinin oxu zallarında işləyən tədqiqatçılar öz mövzuları üzrə sənədlərdən çıxarışlar edə bilər və ya öz hesabları- na sənədlərdən surətlər çıxarmağı sifariş edə bilərlər.
Dövlət arxivinin oxu zalında işləyən zaman tədqiqatçının həmin arxivin sənədlərinin tərkibi, onların axtarılması yolları barədə arxivin mütəxəssislərindən məsləhət almaq hüququ vardır.
Arxiv sənədləri elmi əsərlər və sənəd nəşrlərində istifadə edilərkən onların saxlandığı arxivin adına, fondun, siyahının, işin və vərəqin nömrələrinə mütləq istinad edilməlidir.
Arxiv sənədlərindən istifadə edən Azərbaycan vətəndaşları və xarici ölkə vətəndaşları arxiv sənədlərinin məzmununda olan məlumatları təhrif etməyə görə məsuliyyət daşıyırlar.
Dövlət arxivlərinin sənədlərindən istifadə zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR