İdarə arxivində saxlanılan bütün sənədlər (o cümlədən təsvir edilməmiş sənədlər, istifadə fonduna məxsus sənədlər) və onların arxiv siyahıları uçota alınır. İdarə arxivinin uçot sənədlərinə arxivə daxil olan, arxivdən xaric edilən sənədlərin tərkibi və həcmi barədə məlumatları özündə əks etdirən sənədlər kompleksi aid edi- lir. Uçot sənədlərindən arxiv sənədlərinin mühafizəsinin təmin edil- məsi və mövcudluğunun yoxlanılmasında əsas vasitə kimi istifadə olunur.
Arxiv sənədlərinin əsas uçot vahidləri arxiv fondu, arxiv kolleksiyası və saxlama vahidi təşkil edir. Elmi cəhətdən təsvir olun- mamış şəxsi mənşəli arxiv sənədləri ,bir qayda olaraq vərəq və sə- nəd sayı ilə uçota alınır. Elmi-texniki cəhətdən qaydaya salınmamış (dağınıq halda olan) sənədlərin 150 vərəqi şərti olaraq bir uçot vahi- di hesab olunur.
Vahid proqram təminatlı informasiya obyektində yazılmış bir və ya bir neçə fayldan ibarət elektron qovluq və yaxud elektron qovluqların məcmusu olan elektron daşıyıcı (optik disk, disket) elek- tron sənədlərin uçot vahidi hesab edilir.
Uçot vahidlərinə arxiv şifri qoyulur, onların tərkibi və miq- darı haqqında məlumatlar arxivin müvafiq uçot sənədlərində əks et- dirilir.
Arxiv şifri – arxivdə mühafizə olunan uçot vahidlərinin hər biri- nin uçotu və identifikliyinin təmin edilməsi məqsədi ilə onun sol aşa- ğı küncündə qoyulan və müvafiq arxiv fondunun, arxiv siyahısının, saxlama vahidinin nömrələrini əks etdirən vasitədir.
Daimi dövlət mühafizəsi məqsədi ilə dövlət arxivinə ilk də- fə qəbul edilən hər bir arxiv fonduna fondların siyahısı üzrə, saxla- ma vahidlərinə həmin fondun arxiv siyahısı üzrə, arxiv siyahısına isə siyahıların reyestri üzrə nömrə verilir. Elektron sənəd daşıyıcısı-
nın arxiv şifri, onun qeydiyyata alındığı uçot-təsvir kitabı əsasında verilir və daşıyıcının yerləşdiyi qutunun üz hissəsində göstərilir.
İdarə arxivlərində sənədlərin uçotu mərkəzləşdirilmiş və vahid uçot prinsipləri əsasında aparılır. Uçot sənədlərinin varisliyi, dinamikliyi, tamlığı, dolğunluğu təmin olunur, vaxtında və operativ dəyişikliklər edilməklə onların aktuallığı qorunur.
Arxivin uçot sənədləri mühafizəxanalarda seyf və ya me- tal şkaflarda ayrıca saxlanılır. Onlara buraxılış idarə rəhbərinin əmri ilə təmin edilir.
İdarə arxivində sənədlərin uçotu əsas və köməkçi sənəd- lər vasitəsi ilə aparılır. Əsas uçot sənədlərinin tərkibi və forması bu təlimatla müəyyən edilir, köməkçi uçot sənədlərini isə arxiv özü mü- əyyən edir.
İdarə arxivinin əsas uçot sənədlərinin tərkibinə aşağıdakı- lar aiddir:
arxivə daxil olan və arxivdən xaric edilən sənədlərin uçotu kitabı (arxivə daxil olan və arxivdən xaric edilən sənədlərin miqdarı, tərkibi, vəziyyəti və tarixləri göstərilməklə uçotunun aparıl- ması üçün ( 3 №-li əlavə);
fondların siyahısı (arxivə qəbul edilən fondların, kolleksi- yaların qeydiyyatı və onlara uçot nömrələrinin verilməsi, həmçinin xaric edilmiş fondların uçotu üçün (4 №-li əlavə);
fond vərəqi (arxiv fondu və kolleksiyası daxilində arxiv siyahılarına uçot nömrələrinin verilməsi, fond daxilində sənədlərin (işlərin) miqdarı, tərkibi, onların təsvir olunma vəziyyətini müəyyən etmək və fondun, siyahının adında baş verən dəyişiklikləri qeyd etmək üçün (5 №-li əlavə) ;
sənədlərin (işlərin) arxiv siyahısı (saxlama vahidlərinin uçotu, sistemləşdirilməsi, qeydiyyatı və onların tərkibində, həcmin- də baş verən dəyişikliklərin uçotu üçün (6, 7 №-li əlavələr);
siyahıların reyestri (sənədlərin (işlərin) siyahılarının qey- diyyatı, onların tərkibi və miqdarının uçotu üçün ( 8 №-li əlavə);
arxivin pasportu (arxiv fondlarının, mühafizəxanalardakı saxlama vahidlərinin uçotu və onların saxlanma şəraitinin müəyyən edilməsi üçün (9, 9A №-li əlavələr);
fond işi (fondtəşkiledənin tarixinə və fondla bağlı görül- müş işlərə dair sənədlər kompleksinin saxlanması üçün).
Daxil olan və xaric edilən sənədlərin uçotu kitabına arxi- və birinci və təkrar olaraq daxil olan (xaric edilən) bütün sənədlər hesabat ili daxilində ardıcıl nömrə verilməklə qeydiyyata alınır və ilin sonunda müvafiq il ərzində arxivə daxil olan və xaric edilən sə- nədlərin ümumi miqdarı barədə yekun qeydlər edilir. Daxil olan və xaric edilən sənədlərin uçotu kitabından fond vərəqinin və arxivin pasportunun tərtib edilməsində əsas sənəd kimi istifadə olunur.
İdarə arxivində iki və daha artıq arxiv fondu saxlandıqda fondların siyahısı tərtib edilir. Arxiv fondunun adı fondların siyahısı- na bir dəfə, sənədlər arxivə ilk dəfə qəbul ediləndə daxil edilir və fondların siyahısında qeydə alınma ardıcıllığına uyğun ona uçot nömrəsi verilir. Bu uçot nömrəsi arxiv fondunun nömrəsi hesab olunur və onun bütün uçot sənədlərində qeydiyyatı zamanı saxlanılır.
Müstəqil nömrələr verilməklə qeydiyyata alınmış bir neçə arxiv fondunun birləşdirilməsindən yaranan birləşmiş arxiv fonduna həmin fondlardan hər hansı birinin nömrəsi verilir. Sənədlərin digər arxivlərə verilməsi, yaxud tam olaraq uçotdan çıxarılması nəticəsin- də boş qalan nömrələr başqa fonda verilmir.
Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan ida- rənin arxiv fonduna, onun sənədlərinin daimi mühafizə olunduğu dövlət arxivində uçota alındığı fond nömrəsi verilir.
Arxiv fondunun adı fondların siyahısına fondun tarixi arayışı və ya işlərin siyahısının titul vərəqi əsasında daxil edilir. Fondtəşkiledənin adı bir neçə dəfə dəyişdikdə, fondların siyahısına onun sənədlərinin arxivə qəbul edildiyi vaxtda daşıdığı adı, ləğv edilmiş idarələrin sənədləri arxivə qəbul edildikdə isə ləğv olunmuş idarənin sonuncu adı yazılır. Birləşmiş arxiv fondu ümumiləşdirilmiş adla fondların siyahısına daxil edilir. Arxiv kolleksiyasının adı onun tərtib edilmə əlamətlərinə uyğun göstərilir.
Fondların siyahısı mətbəə üsulu ilə qalın üzlü kitabda hazırlanır, vərəqlər nömrələnir və təsdiqedici vərəq tərtib olunur.
Fond vərəqi arxivə qəbul edilən hər bir fond üçün tərtib olunur. Fond vərəqində fondun sənədləri (o cümlədən təsvir edilmə- miş) və işlərin siyahıları qeydə alınır. Fond vərəqinə müvafiq arxiv fondunun nömrəsi verilir və fondların nömrələrinə uyğun ardıcıllıqla bağlı qovluqlarda saxlanılır.
Fond vərəqi bərpa olunmaz dərəcədə zədələndikdə, ya- xud fondların birləşdirilməsi nəticəsində vərəqdəki məlumatlar həqiqəti əks etdirmədikdə yenidən tərtib edilir və əvvəl tərtib olunmuş fond vərəqi fond işinə qoyulur. Hər iki fond vərəqinin yuxarı sağ küncündə vərəqin yenidən tərtib olunması barədə qeyd aparılır və səlahiyyətli şəxs tərəfindən imzalanır.
Arxiv siyahısı – arxiv fonduna məxsus sənədlərin, saxlama vahidlərinin ilkin uçot vasitəsi hesab olunur. Saxlama vahidləri siyahılarda idarənin iş nomenklaturuna, bu Təlimatın 4.7-ci və 11.17-ci bəndlərində müəyyən olunmuş qaydalara uyğun sistemləşdirilir və siyahı üzrə ardıcıl nömrə verilməklə qeydiyyata alınır. İşlərin arxiv siyahısının illik bölməsinə fond vərəqi üzrə uçot nömrəsi verilir və siyahı başa çatanadək həmin nömrə saxlanılır.
Dörd rəqəmli həddə (9999) çatmış siyahı başa çatmış hesab olunur və sonrakı işlər fondun yeni siyahısına daxil edilir. Yeni siyahıya fond vərəqi üzrə növbəti nömrə verilir. Bütün işləri xaric edilmiş siyahının nömrəsi digər siyahıya verilmir və siyahının müvafiq qrafasına “xaric edilib” ştampı qoyulur. Başa çatmış siyahı titul vərəqi və məlumat aparatı ilə birlikdə qalın üzlü qovluqda tikilir, nömrələnir və yekun qeyd yazılır.
Siyahı bir neçə hissədən ibarət olduqda, hər bir hissəyə yekun qeydi yazılır və sonuncu hissədə isə işlərin ümumi miqdarı göstərilməklə yekun qeydi aparılır. Daimi saxlanılan sənədlərin və şəxsi heyətə aid işlərin ümumi icmal arxiv siyahıları müvafiq dövlət arxivinin EYK-da təsdiq olunduqdan sonra struktur bölmələrdən təqdim olunan siyahılar fond işinə qoyulur və sənədlər daimi dövlət mühafizəsinə təhvil verilənədək arxivdə saxlanılır. Struktur bölmələrin siyahılarına uçot nömrələri siyahıların reyestri əsasında verilir.
Siyahıların reyestri idarə arxivində iki və daha artıq arxiv siyahısı olduqda tərtib edilir. İşlərin siyahıları reyestrə xronoloji ardıcıllıqla daxil edilir və reyestr üzrə ona nömrə verilir. Siyahıların reyestrinə müvafiq arxiv siyahısının aid olduğu fondun nömrəsi, siyahının nömrəsi, siyahıdakı işlərin miqdarı, siyahının nüsxələrinin və vərəqlərinin sayı qeyd olunur.
Fond işi idarə arxivində mühafizə edilən hər bir arxiv fondu üçün açılır. Fond işinə fondtəşkiledənin və fondun tarixini əks etdirən sənədlər, tarixi arayış, sənədlərin təhvil-qəbulu, məhv edilməsi, mövcudluğunun və vəziyyətinin yoxlanılması aktları, həmçinin fondun tərkibində baş vermiş dəyişiklikləri özündə əks etdirən sənədlər daxil edilir. Fond işində sənədlər xronoloji ardıcıllıqla yerləşdirilir, vərəqlər nömrələnir, işdəki sənədlərə daxili siyahı və təsdiqetmə vərəqi tərtib edilir.
Milli arxiv fonduna məxsus sənədlərin mərkəzləşmiş qaydada dövlət uçotunun aparılması məqsədi ilə idarə arxivi hər il 01 yanvar vəziyyətinə arxivdə mühafizə edilən fondların tərkibi və həcmi barədə müəyyən olunmuş formada (9 №-li əlavə) arxivin pasportunu hazırlayaraq müvafiq dövlət arxivinə təqdim etməlidir.
İdarə arxivi avtomatlaşdırılmış məlumat bazası (MB) yaratmaqla arxiv sənədlərinin uçotunu apara bilər. Bu məqsədlə tətbiq edilən avtomatlaşdırılmış məlumat bazası sisteminin strukturu müvafiq dövlət arxivində tətbiq edilən analoji sistemin strukturu ilə uyğun olmalı və məlumatların yerləşdirilməsi arxivin ənənəvi uçot sisteminə uyğun arxiv fondu, arxiv siyahısı və saxlama vahidi əsasında həyata keçirməlidir.
Arxivin əsas uçot sənədləri (işlərin arxiv siyahısı istisna olmaqla) xidməti məqsədlər üçün yaradılır və istifadəçilərə verilməsi qadağan olunur.
İdarə arxivinə daxil olan arxiv sənədlərinin qeydə alın- ması üçün aşağıdakı əsaslar mövcud olmalıdır:
struktur bölmələrdən təhvil verilən daimi, uzun müddət saxlanılan və şəxsi heyətə aid işlərin siyahıları;
idarədə (struktur bölmənin) il ərzində yaranmış və kar- güzarlıqda başa çatmış işlərin miqdarı göstərilən işlərin nomenkla- tur siyahısı;
qəbul mənbəyi olan təşkilatlardan, digər hüquqi və fizi- ki şəxslərdən sənədlərin təhvil-qəbulu aktı.
İdarə arxivindən xaric edilən arxiv sənədlərinin uçotunun aparılması üçün aşağıdakı əsaslar tələb olunur:
sənədlərin dövlət arxivinə və yaxud digər təşkilatın ida- rə arxivinə təhvil verilməsi barədə akt;
sənədlərin mülkiyyətçiyə qaytarılması barədə akt;
saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə akt;
axtarışı başa çatmış və aşkar olunmayan sənədlər ba- rədə akt;
bərpa olunmaz dərəcədə zədələnmiş sənədlər barədə
akt; akt.
uçot sənədlərində aşkar edilmiş texniki səhvlər barədə
İdarə arxivinin əsas uçot sənədlərində bu Təlimatın 6.26-
cı və 6.27-ci bəndlərində göstərilən əsaslardan hər hansı biri olduqda zəruri dəyişiklərin edilməsinə icazə verilir.
İdarə arxivində arxiv fondu ilə bağlı görülmüş işlərin nəticəsi olaraq rəsmiləşdirilən sənədlər (şəxsi mənşəli sənədlərin təsvir aktı, uçot sənədlərində aşkar edilmiş texniki səhvlər barədə akt, fonda aid olmayan sənədlərin aşkar edilməsi barədə akt, saxlanılmalı olmayan sənədlərin məhv etmək üçün ayrılması barə- də akt) müvafiq arxiv fondunun fond işinə daxil edilir.