Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi



Yüklə 125,57 Kb.
səhifə35/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi





    1. Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdiril- məsi aşağıdakı əlamətlər üzrə aparılır:

      1. struktur (aid olduğu struktur bölmələr üzrə);

      2. xronoloji (aid olduğu tarixlər və dövrlər üzrə);

      3. funksional (idarənin fəaliyyət istiqamətləri nəzərə alın- maqla mövzu, məsələ üzrə);

      4. nominal (sənəd növləri üzrə);

      5. korrespondensiyalar üzrə (idarələr və şəxslərlə aparıl- mış yazışmalar üzrə);

      6. coğrafi (inzibati ərazilər və ya yaşayış yerləri üzrə);

      7. müəlliflik (sənədin müəllifləri üzrə);

    2. Saxlama vahidlərinin fond daxilində sistemləşdirilməsi za- manı göstərilən əlamətlərdən daha məqsədə uyğun olanı seçilir və fondun arxiv siyahılarının hazırlanmasında tətbiq olunur.

    3. Struktur və xronoloji əlamətlərin birləşməsi sənədlərin xro- noloji-struktur və struktur-xronoloji əlamətlər üzrə sistemləşdirilmə- sinə imkan verir. Xronoloji-struktur sistemləşdirmə sxemi fəaliyyət göstərən və strukturu tez-tez dəyişmiş ləğv olunan idarələrin fondla- rına tətbiq olunur. Bu növ sistemləşdirmədə saxlama vahidləri ilk olaraq fond daxilində illər və dövrlər üzrə, daha sonra il daxilində struktur bölmələr üzrə qruplaşdırılır. Struktur-xronoloji sistemləşdir- mə sxemi stabil struktura malik idarələrin fondlarına tətbiq edilir. Bu sxem tətbiq olunduqda saxlama vahidləri əvvəlcə aid olduğu struk- tur bölmələr üzrə, daha sonra struktur bölmə daxilində illər üzrə xro- noloji ardıcıllıqla qruplaşdırılır.

    4. Xronoloji-funksional və ya funksional-xronoloji sistemləş- dirmə sxemləri strukturu tez-tez dəyişən idarələrin fondları üçün tət- biq olunur. Xronoloji-funksional sxem üzrə sistemləşdirmədə işlər ilk olaraq illər üzrə xronoloji ardıcıllıqla, daha sonra il daxilində idarənin funksional fəaliyyət istiqamətlərinə uyğun olaraq qruplaşdı- rılır. Funksional-xronoloji sxem üzrə sistemləşdirmə aparıldıqda isə işlər ilk olaraq funksional əlamətlər üzrə, daha sonra xronoloji ardıcıllıqla qruplaşdırılır.

    5. Xronoloji-mövzu və ya mövzu-xronoloji sistemləşdirmə sxemi həcmcə kiçik fondlara tətbiq edilir. Saxlama vahidlərin mövzular üzrə sistemləşdirilməsi aparılır. Struktur bölmələri olmayan idarələrin fondları xronoloji-nominal və nominal-xronoloji sistemləşdirmə sxemləri üzrə qruplaşdırılır.

    6. Birləşmiş arxiv fonduna daxil olan saxlama vahidlərinin sistemləşdirilməsi fondtəşkiledən təşkilatın idarəetmədə rolu, sənədlərin yaranma xronologiyası, təşkilatların əlifba sırası və digər əlamətlər üzrə aparılır. Arxiv kolleksiyalarının tərkibinə daxil olan saxlama vahidlərinin sistemləşdirmə sxemi həmin sənədlərin tərkibi və məzmununa uyğun seçilir.

    7. Saxlama vahidlərinin arxiv siyahılarında sistemləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:

      1. saxlama vahidi hansı ildə başlanıbsa həmin ilə, yaxud davam etdirmək üçün digər təşkilatdan daxil olduğu ilə aid edilir;

      2. plan, hesabat, smeta və onlara aid materiallar tərtib olun- ma tarixlərindən asılı olmayaraq hansı illər üçün tərtib olunubsa hə- min illərə aid edilir. Uzun müddətli planlar onun fəaliyyətinin ilk ilinə, bu illərə aid hesabatlar isə hesabat dövrünün sonuncu ilinə aid edilir;

      3. bir struktur bölmədə açılmış və davam etdirmək üçün digər struktur bölməyə verilmiş iş başa çatdırıldığı struktur bölməyə aid edilir;

      4. saxlama vahidinin il (dövr) daxilində yerləşdirilməsi ardı- cıllığı, onun ilk və son tarixləri, aid olduğu struktur bölmənin əhə- miyyəti nəzərə alınmaqla müəyyən edilir;

      5. saxlama vahidlərinin xronoloji ardıcıllığı gün, ay, il üzrə müəyyən olunur. Eyni tarixlə başlanan saxlama vahidlərinin

ardıcıllığı onların son tarixləri ilə müəyyənləşdirilir və daha tez başa çatmış saxlama vahidi siyahıya daha əvvəl daxil edilir.

    1. Şəxsi heyətə aid sənədlərə ayrıca siyahılar tərtib edilir və özünəməxsus qaydada sistemləşdirmə aparılır. İdarənin işçi personalının uçot-qeydiyyat sənədləri (şəxsi heyətə aid əmrlər, şəx- si uçot vərəqələri, şəxsi işlər, əmək müqavilələri, şəxsi hesablar, qeydiyyat kitabları və s.) şəxsi heyətə aid sənədlərin siyahılarına daxil edilir. Şəxsi heyətə aid sənədlər əsasən xronoloji əlamətlər üzrə sistemləşdirilir, böyük sayda işçi personalı olan idarələrdə struktur-xronoloji sxem tətbiq olunur. Şəxsi heyətə aid işlərin il daxi- lində sistemləşdirilməsi bu Təlimatın 11.17-ci- və 11.19-cu bənd- lərində müəyyən olunmuş qaydalara uyğun aparılır.




    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin