Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


Arxiv fondu sənədlərinin təşkili



Yüklə 125,57 Kb.
səhifə34/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

Arxiv fondu sənədlərinin təşkili





    1. İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məc- musu onun sənəd fondunu təşkil edir. İdarənin sənəd fondu Azər- baycan Respublikasının kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktlarına, sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi və sahə siyahılarına, işlərin nomenklatur-

siyahısına uyğun sənədlərin sistemləşdirilməsi və işlərin formalaş- dırılması əsasında yaradılır.

    1. İdarənin sənəd fondunun Milli arxiv fondunun tərkibinə da- xil edilən elmi, tarixi, hüquqi, mədəni, iqtisadi və əməli əhəmiyyətə malik olan (həmçinin şəxsi heyətə aid və uzun müddət (10 ildən ar- tıq) saxlanılan sənədlər də daxil olmaqla) hissəsi onun arxiv fondu- nu təşkil edir və “Milli arxiv fondu haqqında” qanunla müəyyən olun- muş müddətlərdə idarənin arxivində saxlanılır.

Müvəqqəti saxlanma müddətli (10 ildən az) sənədlər saxlan- ma müddətləri başa çatanadək idarənin struktur bölmələrində sax- lanılır və bu Təlimatın 8.10-cu- 8.14-cü bəndlərində müəyyən olun- muş qaydalara uyğun məhv edilmək üçün ayrılır.

    1. Arxiv fondunun aşağıdakı növləri vardır:

      1. idarənin arxiv fondu - bir idarənin arxiv fondu sənədləri- nin məcmusu olaraq təşkil olunur;

      2. birləşmiş arxiv fondu – iki və daha artıq idarəyə məxsus, məntiqi və tarixi cəhətdən bir-biri ilə bağlı olan arxiv fondu sənədlərinin məcmusundan təşkil edilir;

      3. arxiv kolleksiyası - bir neçə əlamət üzrə (mövzu, müəllif, növ) birləşdirilmiş müxtəlif mənşəli sənədlərin məcmusundan təşkil edilir;

      4. şəxsi mənşəli arxiv fondu - bir şəxsin, ailənin, nəslin hə- yat və fəaliyyəti nəticəsində yaranan, hər hansı təşkilatın fəaliyyə- tində istifadə olunmayan sənədlərin məcmusundan təşkil edilir.

    2. İdarənin arxiv fonduna fondtəşkiledən təşkilatın rəsmi adı və müvafiq arxivin fondlarının siyahısı üzrə nömrə verilir.

    3. Sənədlər idarənin arxiv fonduna onların fond mənsubiyyə- tini müəyyənləşdirməklə daxil edilir. Arxiv sənədinin fond mənsubiy- yəti onun ünvanı, qeydiyyat ştampı, dərkənarı, məzmunu və digər əlamətlər əsasında müəyyən edilir və aşağıdakı tələblər nəzərə alınır:

      1. sənədlər daxil olduğu idarənin arxiv fonduna aid edilir;

      2. göndərilən sənədlərin surətləri həmin sənədi hazırlayan idarənin arxiv fonduna aid edilir;

      3. daxili dövriyyədə olan sənədlər onları hazırlayan idarə- nin arxiv fonduna aid edilir;

      4. ardıcıl olaraq iki idarədə kargüzarlığı aparılmış iş, kar- güzarlığı başa çatdırılmış idarənin arxiv fonduna aid edilir.

      5. idarə ləğv edildikdə kargüzarlığı başa çatmış işlər ləğv edilmiş idarənin arxiv fonduna, kargüzarlığı davam edən işlər isə varis təşkilatın arxiv fonduna daxil edilir.

    4. İdarənin arxiv sənədlərindən aşağıdakı hallarda vahid arxiv fondu yaradılır:

      1. yenidən təşkil olunmuş, lakin əvvəlki və sonrakı fəaliy- yətində, funksiyasında əsaslı dəyişiklik baş verməyən idarənin sə- nədlərindən;

      2. fəaliyyət dairəsi dəyişdirilmiş, lakin tabeliyində, struktu- runda, ştatlarında dəyişiklik baş verməyən idarənin sənədlərindən;

      3. dövlət mülkiyyətindən qeyri-dövlət mülkiyyəti formasına keçmiş, lakin nizamnamə kapitalında dövlətin payı üstünlük təşkil edən idarənin sənədlərindən;

      4. qarışıq mülkiyyət formasına malik olub, nizamnamə ka- pitalında dövlətin payı çox olan idarələrin sənədlərindən.

    5. Arxiv fondunun təşkili zamanı aşağıdakı şərtlər nəzərə alınır:

      1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yaradılan dövlət hakimiyyəti orqanlarının sənədlərindən yeni arxiv fondu yaradılır;

      2. Azərbaycan Respublikasının icra hakimiyyəti, prokuror- luq, məhkəmə və yerli özünüidarəetmə orqanlarının sənədlərindən müstəqil arxiv fondu yaradılır;

      3. Azərbaycan SSR-nin və Azərbaycan Respublikasının dövlət orqanlarının sənədlərindən ayrı-ayrı arxiv fondları yaradılır və onların xronoloji sərhədləri müvafiq dövlət orqanının yaradılma- sı, ləğvi, birləşdirilməsi, yenidən qurulması barədə verilmiş qanun- vericilik aktı ilə müəyyən edilir;

      4. ləğv edilmiş dövlət orqanının bazasında yaradılmış yeni dövlət qurumunun sənədlərindən yeni arxiv fondu yaradılır;

      5. idarənin tabeliyi, fəaliyyət dairəsi, vəzifə və funksiyaları əsaslı surətdə dəyişdirməklə hüquqlarının genişləndirilməsi və ya məhdudlaşdırılması hallarında yeni arxiv fondu yaradılır.

      6. idarədə fəaliyyət göstərən, lakin müstəqil ictimai qurum kimi qeydiyyata alınmış təşkilatın (həmkarlar, idman) arxiv sənədlərindən müstəqil arxiv fondu yaradılır. Daimi dövlət mühafizəsinə təhvil veriləndə bu cür fondlardan birləşmiş arxiv fondu yaradıla bilər.

    6. Birləşmiş arxiv fondu tabeliyinə və fəaliyyət eyniliyinə malik idarələrin arxiv sənədlərindən, həmçinin hüquqi varis qaydasında ardıcıl olaraq bir-birini əvəz etmiş idarələrin arxiv fondlarından yaradılır. Arxiv fondları birləşdirildikdə işlərin və siyahıların yenidən sistemləşdirilməsi və şifrələnməsi aparılır. Birləşdirilmiş arxiv fonduna onun tərkibinə daxil edilmiş fondların ümumi adı verilir.

    7. Sahibi tərəfindən saxlanılmaq üçün idarə arxivinə təhvil verilmiş şəxsi sənədlərdən şəxsi mənşəli arxiv fondu yaradılır. Şəxsi mənşəli sənədlərdən təşkil olunan arxiv fonduna sənədlərdə ictimai və yaradıcılıq fəaliyyəti barədə geniş məlumat verilmiş şəxsin adı verilir. Qohumluq, peşə, yaradıcılıq əlaqələrinə görə bir- birinə bağlı iki və daha artıq şəxsin arxiv sənədlərindən birləşmiş arxiv fondu yaradıla bilər.

    8. Dağınıq halda arxivə qəbul edilmiş sənədlərin düzgün uçotunu aparmaq və onlardan səmərəli istifadə etmək məqsədilə arxiv kolleksiyası yaradılır.

    9. Arxiv fondlarının xronoloji sərhədləri fondtəşkiledən idarənin yaradılması və ləğv edilməsi tarixləri ilə, birləşmiş arxiv fondunun onun tərkibində olan ilk yaradılmış və sonuncu ləğv edilmiş idarənin tarixi ilə, şəxsi mənşəli arxiv fondunun sahibinin doğum və ölüm tarixləri və arxiv kolleksiyasında isə kolleksiyaya daxil edilmiş sənədlərin ilk və son tarixləri ilə müəyyən edilir.

    10. Arxiv fondu daxilində sənədlər sistemləşdirilmiş qaydada saxlanılır. Sənədlərin arxiv fondu daxilində sistemləşdirilmiş uçot vahidi hər hansı məsələyə aid sənəd və yaxud mənaca bağlı sənədlərin məcmusu olan işdir (bundan sonra- saxlama vahidi).

    11. Saxlama vahidi sənədlərin uçotu, axtarılması və istifadəsini təmin edə biləcək qaydada tərtib olunur, arxiv fondu da- xilində sistemləşdirilir və siyahıya daxil edilir. Saxlama vahidlərinin formalaşdırılması və sistemləşdirilməsi işlərin nomenklatur- siyahısına uyğun olaraq idarənin kargüzarlığında aparılır.




    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin