Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilənə qədər dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur.
İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplekt- ləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür.
İdarə arxivi sənədlərin həcmindən asılı olaraq müstəqil struk- tur bölmə kimi və yaxud idarənin kargüzarlıq xidmətinin tərkibində sənədlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və istifadəsini həyata keçirən qurum kimi təşkil edilir.
İdarənin struktur bölməsi olaraq, arxiv mühafizəxana otaqları, lazımi inventar və avadanlıqlar, o cümlədən zəruri sayda işçi personalı ilə təmin edilir.
Arxiv idarənin səlahiyyət və funksiyalarına, sənədlərin tərkibinə müvafiq olaraq aşağıdakı struktura uyğun təşkil edilə bilər:
tabeliyində geniş təşkilatlar şəbəkəsi olan dövlət orqan- larının, idarələrin, səhmdar cəmiyyətlərin, şirkətlərin və onların ta- beliyində olan təşkilatların sənədlərinin saxlanılması üçün - mərkəzi arxiv ;
yerləşdiyi ərazidən asılı olmayaraq vahid idarəetmə sis- teminə aid olub konkret bir sahə üzrə fəaliyyət göstərən dövlət or- qanlarının və onların tabeliyində olan qurumların sənədlərinin sax- lanması üçün- sahə arxivi;
eyni növ fəaliyyətlə məşğul olub tabelik sisteminə görə bir-biri ilə əlaqəli olan iki və daha artıq idarənin sənədlərinin saxlan- ması üçün-birləşmiş arxiv;
bir idarənin struktur bölmələrinin və hüquqi varislik qay- dasında ardıcıl olaraq bir-birini əvəz etmiş idarələrin sənədlərinin saxlanması üçün-idarə arxivi.
İdarə sənəd daşıyıcılarının növlərinə müvafiq olaraq elmi-tex- niki, kino, foto, fono, video və elektron sənədlərinin saxlanması üçün arxivlər yarada bilər.
Dövlət arxivinin komplektləşdirmə mənbəyi olan idarədə yaradılan arxivin vəzifə və funksiyaları həmin idarənin rəhbəri tə- rəfindən təsdiq edilmiş və müvafiq dövlət arxivi ilə razılaşdırılmış əsasnamə ilə tənzimlənir. Arxivin əsasnaməsinə onun vəzifə və funksiyaları, hüquqları, işin təşkili qaydaları, qəbul edilən sənədlərin tərkibi və digər məsələləri ehtiva edən müddəalar daxil edilir.
Azərbaycan Respublikasının dövlət arxiv xidməti təşki-lat- ları öz səlahiyyətləri çərçivəsində komplektləşdirmə mənbələri olan idarələrdə yaradılan arxivlərdə Milli arxiv fondu sənədlərinin forma- laşdırılması, uçotu və mühafizəsi işinin müvafiq sahə üzrə qanunve- ricilik aktlarının tələblərinə uyğun təşkilinə elmi-metodiki rəhbərlik və nəzarət edir.
Dövlət arxiv xidməti təşkilatları idarə arxivlərinə elmi-me- todiki rəhbərliyi və nəzarəti idarələrdə yaranan Milli arxiv fondu sənədlərinin seçilməsi, dövlət mühafizəsinə təhvil verilməsi, şəxsi heyət üzrə sənədlərin qaydaya salınması, onların mühafizəsi, eks- pert komissiyaların işinin qarşılıqlı əlaqədə təşkili, MAF-a məxsus sənədlərin dövlət uçotunun aparılması, idarə arxivinin pasportunun tərtib edilməsi, arxiv işçilərinin ixtisaslarının artırılması və digər isti- qamətlər üzrə həyata keçirir.