Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması



Yüklə 125,57 Kb.
səhifə30/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması



QAYDASI


  1. Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respubli- kası Qanununun müddəalarına uyğun olaraq hüquqi və fiziki şəxs- lər tərəfindən arxiv iş sahəsində beynəlxalq əməkdaşlıq məqsədi ilə Milli arxiv fondu sənədlərinin və kolleksiyalarının orijinal və ya onları əvəz edən nüsxələrinin müvəqqəti olaraq xaricə aparılması qayda- sını müəyyən edir.

  2. Milli arxiv fondu sənədlərinin orijinal və ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağandır.

  3. Beynəlxalq əməkdaşlıq məqsədi ilə Milli arxiv fondu sənəd- lərinin və kolleksiyalarının orijinallarını və ya onları əvəz edən nüs- xələri yalnız müstəsna hallarda müvəqqəti olaraq Azərbaycan Res- publikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikası- nın Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi və ya onun vəkaləti ilə hər hansı başqa dövlət arxivi tərəfindən həyata keçirilə bilər.

  4. Qeyri-dövlət təşkilatlarında və ayrı-ayrı şəxslərdə saxlanılan və dövlət uçotuna götürülmüş qiymətli tarixi sənədlər onları uçota götürən təşkilatın təqdimatı və sahibinin razılığı əsasında Azərbay- can Respublikası Nazirlər Kabinetinin icazəsi ilə müvəqqəti olaraq xaricə aparıla bilər.

  5. Milli arxiv fonduna daxil olan və müvəqqəti olaraq Azərbay- can Respublikasının xaricə çıxarılacaq sənədlərin orijinalı və ya on- ları əvəz edən nüsxələrin tarixi, vərəqələrinin sayı və fiziki vəziyyəti də göstərilməklə siyahıları tərkib edilməlidir.

  6. Milli arxiv fonduna daxil olan və müvəqqəti olaraq xaricə aparılacaq sənədlərin orijinalları və ya onları əvəz edən nüsxələri müəyyən olunmuş qaydada bütün təhlükəsizlik rejimlərinə tam əməl

edilməklə ən çoxu üç ay müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilər.

  1. Milli arxiv fonduna daxil olan və müvəqqəti olaraq xaricə aparılmış sənədlərin Azərbaycan Respublikasının ərazisinə qayta- rıldığı barədə bu işə məsul olan hüquqi və fiziki şəxslər sənədlərin ölkəyə qaytarıldığı tarixdən ən geci on gün sonra Azərbaycan Res- publikasının Nazirlər Kabinetinə yazılı şəkildə məlumat verməlidir- lər.

  2. Azərbaycan Respublikasının ərazisindən aparılan və qayta- rılan arxiv sənədlərinin orijinalları və ya onları əvəz edən nüsxələrə görə gömrük rüsumları tutulmur.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin