Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


İdarə arxivlərin arxiv fondu sənədləri ilə komplektləşdirilməsi



Yüklə 125,57 Kb.
səhifə38/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

İdarə arxivlərin arxiv fondu sənədləri ilə komplektləşdirilməsi





    1. İdarə arxivi müvafiq idarənin struktur bölmələrinin və onun komplektləşdirmə mənbəyi siyahısına daxil edilmiş təşkilatların kargüzarlığında icrası başa çatmış sənədlərin sistematik olaraq arxivə qəbul edilməsi ilə komplektləşdirilir. İdarə arxivinin komplekt-

ləşdirmə mənbələrinin siyahısına idarənin struktur bölmələri, onun tabeliyində olan təşkilatlar və müvafiq sahədə xidməti fəaliyyəti ilə fərqlənən fiziki şəxslər daxil edilir.

    1. Milli arxiv fondunun tərkibinə daxil edilən sənədlər, o cüm- lədən uzun müddət saxlanılan (10 ildən artıq) və şəxsi heyətə aid sənədlər idarənin kargüzarlığında icrası başa çatdıqdan sonra bir il- dən tez və üç ildən gec olmayaraq idarə arxivinə təhvil verilir. İstis- na hallarda mülki vəzifələrdə qulluq keçmiş və işdən azad olunmuş işçilərin kadr işinə aid sənədləri daha artıq müddətdə struktur bölmələrdə saxlanıla bilər.

    2. Müvəqqəti saxlanma müddətli (10 ildən az) sənədlər idarə arxivinə təhvil verilmir, müəyyən olunmuş saxlanma müddətləri ba- şa çatanadək struktur bölmələrdə saxlanılır. Struktur bölmələrdə bu növ sənədlərin saxlanması üçün yer məhdud olduqda istisna hal ki- mi, idarə rəhbərinin qərarı ilə işlərin siyahıları və ya işlərin nomenk- latur siyahısı əsasında idarə arxivinə təhvil verilir.

    3. İdarə arxivinə hüquqi varislik qaydasında ardıcıl olaraq bir-birini əvəz etmiş idarənin, o cümlədən tabeliyində olub ləğv edil- miş, birləşdirilmiş, yenidən təşkil olunmuş təşkilatların sənədləri qə- bul edilir.

    4. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi barədə qərarı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yaxud müəyyən olunmuş səlahiyyətlər daxilində dövlət arxiv xidməti təşkilatlarında yaradılan EYK-a verir.

    5. Sənədlər dəyərinin ekspertizası keçirildikdən sonra idarə- nin arxivinə qəbul edilir. Yazılma formasından, daşıyıcının növün- dən asılı olmayaraq idarənin fəaliyyətində yaranan bütün növ sə- nədlərin kompleks halda dəyərinin ekspertizası keçirilir.

    6. Sənədlərin dəyərinin ekspertizası onların müəyyən olunmuş prinsip və meyarlar əsasında elmi-tarixi, hüquqi və əməli əhəmiyyəti öyrənilməklə saxlanma müddətlərinin müəyyən edilməsi və Milli arxiv fondunun tərkibinə daxil edilməsi, yaxud bu tərkibdən çıxardılması məqsədilə həyata keçirilir.

    7. Sənədlərin dəyərinin ekspertizası elmi-tarixi yanaşma, sistemlilik, bütövlük prinsiplərinə əsaslanaraq aparılır.

Elmi-tarixi yanaşmada idarənin fəaliyyət göstərdiyi tarixi şəraitin qiymətləndirilməsi, sənədin yaranması səbəbinin, digər sə- nədlərlə tarixi və məntiqi əlaqəsinin öyrənilməsi, onların perspektiv- də istifadə üçün elmi-tarixi əhəmiyyətinin müəyyən edilməsi nəzər- də tutulur.

Sistemlilik-sənəddəki məlumatın digər sənədlərlə əlaqədə əhəmiyyətini müəyyən edir, ümumi sənədlər sisteminin tərkibindən daşıdığı məlumatın əhəmiyyətinə görə konkret bir sənədlərin seçilməsini və dəyərinin qiymətləndirilməsini təmin edir.



Bütövlük- idarənin müəyyən olunmuş sahədəki fəaliyyətini əks etdirən sənədlər kompleksinin tamlığını, təkrarlanmayan sənədlərin seçilməsini, informasiyanın kəmiyyətinə görə deyil, keyfiyyətinə gö- rə qiymətləndirilməsini təmin edir.

    1. Sənədlərin dəyərinin ekspertizası və qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında həyata keçirilir:

      1. yaranma mənşəyi meyarına idarənin dövlət idarəçilik sistemində yeri və rolu, onun yerinə yetirdiyi funksiyanın əhəmiyyə- ti, fiziki şəxsin cəmiyyətin həyatındakı rolu və əhəmiyyəti, sənədlə- rin yarandığı tarix və yer aiddir.

      2. məzmun meyarına sənəddə əks olunmuş hadisənin, məlumatın əhəmiyyəti, məlumatın başqa sənədlərdə təkrarlanması, sənədin növü, sənədin əsli olması və s. aiddir.

      3. xarici xüsusiyyətləri (özünəməxsusluğu) meyarına sə- nədin məzmununun təsbit edilməsi və onun forması, təsdiq edilmə- si, tərtibatı, poliqrafik, dil xüsusiyyətləri və fiziki vəziyyəti aiddir.

    2. Sənədlər Milli arxiv fondunun tərkibinə müvafiq arxiv fondunun tamlıq dərəcəsi və fiziki vəziyyəti nəzərə alınmaqla daxil edilir.




    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin