Dövlət arxivlərində saxlanılan Milli arxiv fondu sənədlərin- dən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.
Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxs- lər dövlət arxivlərində saxlanılan Milli arxiv fondunun dövlətə məx- sus hissəsindən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq, dövlət arxivlərində saxlanılan sənəd- lərdən istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabi- neti və ya onun tapşırığı ilə Baş Arxiv İdarəsi tərəfindən müəyyən olunur.
Dövlət arxivlərində mühafizə olunan Milli arxiv fondunun dövlətə məxsus hissəsinin sənədlərindən istifadənin təşkili işinin forma və metodları Baş Arxiv İdarəsi tərəfindən müəyyən edilir.
Milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədlərindən möv- cud qanunvericiliyin pozulmaması şərti ilə onların mülkiyyətçilərinin müəyyən etdiyi qaydalarla istifadə olunur.
Dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında ida- rə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən
çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir.
Dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında hüquqi və fiziki şəxslərin sorğularına cavab verir, sərgilər təşkil edir, kütləvi informasiya vasitələri üçün materiallar hazırlayır, arxiv sənədləri və sənəd kolleksiyaları əsasında sənəd külliyyatları hazırlayaraq nəşr etdirir və sənədlərdən istifadə sahəsində digər tədbirləri həyata keçirir.
Dövlət arxivlərindən sənədlər yalnız müstəsna hallarda müvəqqəti istifadə üçün idarə, təşkilat və müəssisələrin yazılı sorğusu əsasında verilə bilər. Həmin işlərin qəbulu və geri qaytarıl- ması müddəti mütləq müvafiq aktlarla rəsmiləşdirilir.
Şəxsi sənədlər müvəqqəti istifadə üçün yalnız onların sahibinin yaxud varislərinin icazəsi ilə verilə bilər.
Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunverici- likdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranma- sından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.
Tərkibindədövlətsirriolanarxivsənədlərindənistifadəyə,onlarınməxfiləşdirildiyigündənməxfiməlumatlarüçün10ildən,tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlarüçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiy-yat,əks-kəşfiyyat,əməliyyat-axtarışfəaliyyətinihəyatakeçirənorqanlarınəməkdaşıolmasınıvəyabuorqanlarlakonfidensialəsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəx-siyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildənsonra icazə verilir. Həmin müddətlər Azərbaycan RespublikasınınPrezidentiyanındaDövlətSirrininMühafizəsiüzrəİdarələrarasıKomissiyanınrəyi iləuzadıla bilər. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qa- nununa müvafiq olaraq, hüquqi və fiziki şəxslər dövlət arxivlərinin
oxu zallarında Milli arxiv fondunun dövlətə məxsus hissəsinin sə- nədlərindən və onlara aid elmi məlumat bankından istifadə edə bi- lərlər.
Milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə edilə bilər.
Dövlət arxivləri sosial-hüquqi xarakterli sorğuların icrasın- dan başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını ye- rinə yetirməyə borclu deyildir. Arxivlər vətəndaşlara yalnız onları maraqlandıran məlumatların saxlandığı müvafiq arxiv fondlarının yerləri haqqında məlumat verir və sənədlərdən istifadə qaydaların izah edir.
Sənədlərdən (siyasi, iqtisadi, elmi və sosial-mədəni məq- sədlərlə) istifadə üçün dövlət arxivlərində oxu zalları fəaliyyət gös- tərir.
Tədqiqatçıların dövlət arxivlərinin oxu zallarında sənədlərdən və onlar üçün elmi məlumat bankından istifadə qaydaları Azərbay- can Respublikası dövlət arxivləri oxu zallarının iş qaydaları ilə mü- əyyən olunur.
Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılma- sı, qeydiyyatı və ya onlardan istifadə qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR