Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi
QAYDASI
Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarını məhv edilməsi qaydalarını müəyyən edir.
Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi işi mövcud prinsip və meyarlar əsasında sənədlə- rin elmi və əməli dəyərinin ekspertizası nəticəsində müəyyən olunur.
Azərbaycan Respublikası ərazisində sənədlərin elmi və əməli dəyərinin ekspertizası işi bilavasitə idarələrin kargüzarlığında, idarə arxivlərində və dövlət arxivlərində həyata keçirilir.
Dövlət və qeyri-dövlət idarə, təşkilat, müəssisələrində sə- nədlərin ekspertizasını həyata keçirmək, onların elmi-əməli əhəmiy- yəti olanlarını daimi saxlanılmaq məqsədi ilə dövlət arxivlərinə vermək, elmi-əməli əhəmiyyəti olmayanlarını isə məhv etmək üçün seçib ayırmaq və bu işləri rəsmiləşdirmək məqsədi ilə həmin qurumlarda daimi fəaliyyət göstərən Ekspert Komissiyaları (EK), tərkibində geniş təşkilat şəbəkəsi olan nazirlik, komitə, şirkət, kon- sern və birliklərdə isə sənədlərin ekspertizasını həyata keçirmək, habelə tabe təşkilatlarda ekspert işinə rəhbərlik və metodiki kö- məklik göstərmək məqsədi ilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası (MEK) yaradılır.
Nazirlik, komitə, şirkət, konsern, birlik, idarə, təşkilat və müəssisələrdə MEK (EK) işlərini tənzimləmək və onlara nəzarət et-
mək üçün dövlət arxivlərində Ekspert-Yoxlama Komissiyaları (EYK) yaradılır.
Milli arxiv fondunun komplektləşdirmə mənbələrinin müəy- yən edilməsi, onlardakı sənədlərin tərkib və dəyərinin ekspertizası və dövlət mühafizəsinə qəbul üçün seçilməsi, habelə dövlət arxiv xidməti təşkilatlarının EYK-nın fəaliyyətinə metodiki rəhbərlik və nəzarət işini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində yaradılmış, arxiv işçiləri və müvafiq sahə mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən Mərkəzi Ekspert- Yoxlama Komissiyası həyata keçirir.
MEK və EK arxivlərin, arxiv fondlarının və sənəd kolleksiya- larının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi məsələlərinə baxarkən Baş Arxiv İdarəsi tərəfindən hazırlanmış müvafiq təlimat və metodiki göstərişlərə, saxlama müddətləri də göstərilməklə nümunəvi siyahı və sahə siyahılarına əsaslanırlar.
İdarə, təşkilat və müəssisələrin struktur hissələri kargüzarlıq sahəsində qurtarmış işləri idarə arxivlərinə təhvil verir. İdarə arxivlərində daimi saxlanılmaq üçün dövlət arxivlərinə verilməli olan və idarə arxivində saxlanılacaq şəxsi heyətə aid olan işlərin ayrı- ayrılıqda siyahısı tutulur. Əməli əhəmiyyətini itirmiş sənədlər məhv edilmək üçün ayrılır, bu zaman onlar haqqında “İdarə arxivlərinin əsas iş qaydaları”nda müəyyən edilmiş forma üzrə akt tərkib olunur.
MEK (EK) idarənin daimi saxlanılmaq üçün dövlət arxivlərinə veriləcək işlərinin siyahısını və şəxsi heyətə aid idarənin arxivlərində daimi saxlanılacaq işlərin siyahısını hər il nəzərdən keçirir və həmin siyahıları sənədlər saxlanılacaq dövlət arxivinin EYK-ya təqdim etmək haqqında qərar çıxarır. MEK (EK)-in qərarı idarənin rəhbərliyi tərəfindən təsdiq edilir.
İdarə arxivləri daimi sazlamaq üçün dövlət arxivlərinə verilməli olan işlərin siyahısını iki nüsxədə təsdiq üçün onları qəbul edəcək dövlət arxivinə göndərir. Təsdiq edildikdən sonra həmin siyahıların bir nüsxəsi nəzarət üçün dövlət arxivində saxlanılır, ikinci nüsxəsi isə idarənin arxivinə qaytarılır. Dövlət arxivinə daimi saxlanılacaq işlərin siyahısı ilə yanaşı nəzarət üçün şəxsi heyətə
aid işlərin siyahısı və əməli əhəmiyyətini itirmiş sənədlərin saxlama müddətləri də göstərilməklə məhv edilmək üçün 8-ci maddədə göstərilən məhv edilmək üçün 8-ci maddədə göstərilən forma üzrə tərtib olunmuş ayırma aktları da təqdim edilir.
Əməli əhəmiyyətini itirmiş sənədləri məhv etmək haqqında aktları idarənin MEK (EK) komissiyasının sədri və üzvləri imzalayır və idarə rəhbəri tərəfindən təsdiq olunur. Akt müvafiq dövlət arxivi tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilə və ya təkrar xammal emalı müəssisələrinə verilə bilər.
İdarə arxivlərindən daimi saxlanılmaq üçün dövlət arxivlərinə veriləcək işlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddət başa çatdıqdan sonra dövlət arxivlərinə təhvil verilməlidir.
Ləğv edilmiş dövlət, idarə, təşkilat və müəssisələrinin varisi olmadıqda, onların arxiv fondları da qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət arxivlərinə təhvil verilir.
Elmi-əməli dəyəri olmayan sənədlərin Milli arxiv fondunun tərkibindən çıxarılması və məhv edilməsi işi bilavasitə idarənin kargüzarlığında və idarə arxivlərində aparılır. Dövlət arxivlərinə isə elmi-ədəbi cəhətdən daimi saxlanılmalı olan işlər qəbul edilir. İdarələrdən sənədlər dövlət arxivinə həmin dövlət arxivinin ekspert- yoxlama komissiyasının təsdiq etdiyi siyahılar üzrə qəbul olunur. Sənədlərin dövlət arxivinə qəbulu iki nüsxədə tərtib olunan təhvil- qəbul aktı ilə rəsmiləşdirilir.
Dövlət arxivlərində sənədlərin ekspertizası nadir hallarda, dəyəri olmayan, dublet, ümumiləşdirilmiş sənədlər çox olduqda fondda (fondlarda) aparılır. Dövlət arxivlərində ekspertiza bir qayda olaraq kompleks şəkildə, yəni bir sistemin yuxarı və tabe təşkilatla- rının fonları üzrə onların fəaliyyətinin müəyyən bir dövrü üzrə aparı- lır.
Dövlət arxivlərində arxiv fondlarındakı işlər yenidən siyahıya alınarkən və ya onların siyahıları yenidən işlənərkən dublet sənəd- lər hesabına da ekspertiza keçirilə bilər.
Dövlət arxivlərində sənəd zədələndikdə (yanğın, təbii fəlakət və s. nəticəsində) və onun bərpası qeyri-mümkün olduqda, məhv
etmək üçün ayrıla bilər. Bu cür sənədlər “Saxlanılması mümkün olmayan, yaxud dəyərsiz sənədləri məhv etmək üçün ayırma aktı” ilə rəsmiləşdirilir, baxılmaq və t
Dostları ilə paylaş: |