Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma
QAYDASI
Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respubli- kası Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respubli- kası ərazisində və onun hüdudlarından kənarda Azərbaycan xalqı- nın tarixinə və mədəniyyətinə aid qiymətli arxiv sənədləri aşkar edən və ya tapan şəxslərin mükafatlandırılması qaydalarını müəy- yən edir.
Azərbaycan xalqının tarixinə və mədəniyyətinə aid qiymətli arxiv sənələrini aşkar edən və ya tapan Azərbaycan Respublikası vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, o cümlə- dən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar tərəfindən bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinə yaxılı və ya şifahi surətdə məlumat verilir.
Aşkar edilmiş və ya tapılmış arxiv sənədləri Azərbaycan xal- qının tarixi və mədəniyyəti üçün qiymətli sənədini Baş Arxiv İdarəsi tərəfindən müəyyən olunmuş qaydalarla dövlət uçotuna alınaraq daimi mühafizə üçün müvafiq dövlət arxivinə təhvil verilir.
Aşar edilmiş və ya tapılmış arxiv sənədlərinin tərkibi və məzmunu ilə tanış olan Azərbaycan Respublikasının Nazirlər Kabi- neti yanında Baş Arxiv İdarəsinin mütəxəssisləri və ya dəvət olun- muş ekspertlər aşkar edilmiş və ya tapılmış sənədlər, onların xalqı- mızın tarixi və mədəniyyətini öyrənmək sahəsində əhəmiyyəti haq- qında ilkin rəylərini bildirirlər.
Aşkar edilmiş və ya tapılmış arxiv sənədləri Baş Arxiv İdarə- sinin mütəxəssisləri və ya dəvət olunmuş ekspertlərin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində idarənin və dövlət arxivlərinin, habelə arxiv sənədlərinin
tarixi və elmi əhəmiyyətini qiymətləndirməyi bacaran respublikanın görkəmli tarixçi mütəxəssislərinin və mədəniyyət xadimlərinin iştira- kı ilə yaradılmış Ekspert-Qiymətləndirmə Komissiyasının iclasında ətraflı şəkildə baxılaraq səs çoxluğu ilə həmin tarixi sənədlərin də- yəri haqqında qərar qəbul edir. Komissiyanın qərarı tarixi sənədləri və sənəd kolleksiyalarını aşkar edən və ya tapan şəxsə elan edilir.
Xalqımızın tarixinə və mədəniyyətinə aid qiymətli arxiv sə- nədlərini aşkar edən və ya tapan şəxsləri həvəsləndirmək məqsədi ilə aşkar edilmiş və ya tapılmış sənədlər üçün Ekspert-Qiymətlən- dirmə Komissiyasının müəyyən etdiyi qiymət tam məbləğində hə- min sənədləri aşkar edən və ya tapan şəxsə mükafat kimi təqdim olunur.
Arxiv sənədlərini aşkar edən və ya tapan şəxslərə mükafat- lar Baş Arxiv İdarəsi tərəfindən bu iş üçün büdcədə nəzərdə tutul- muş fonddakı vəsait hesabına ödənilir.
Vətənpərvərlik və xeyriyyəçilik məqsədi ilə həmin şəxs veri- lən mükafatdan dövlət xeyrinə imtina edərsə, onu aşkar edən və ya tapan şəxsə təşəkkür məktubu yazılır və mətbuatda bu barədə mə- lumat verilir və ya hər hansı bir ictimai-siyasi təşkilata bağışlamaq haqqında təşəbbüs qaldırarsa, onda bu məsələ müvafiq əlavə sənədlərlə rəsmiləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR