Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respubli- kasının Qanununa uyğun olaraq, Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mühafizəsi qaydalarını müəyyən edir.
Dövlət mülkiyyətində olmayan arxiv fondları və arxiv sənəd- ləri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir.
Qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin, habelə ayrı- ayrı fiziki şəxslərin fəaliyyəti nəticəsində yaranan arxiv fondları və arxiv sənəldəri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir və həmin təşkilatların və ya şəxslərin mülkiyyətidir.
Qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəti- cəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir.
Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədləri- ni saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin müha- fizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir.
Qeyri-dövlət idarə, təşkilat və müəssisələrində arxiv üçün ayrılmış binalar və ya otaqlar sənədlərin mühafizəsi üçün xüsusi avadanlıqlarla (qəfəslərlə, rəflərlə, seyflərlə, qutularla, qovluqlarla və s.) təmin olunmalıdır.
Sənədlər saxlanılan binalar və ya otaqlar yanğından mühafi- zə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilməlidir. Sənədlər saxlanılan mühafizəxanalarda optimal tempe- ratur (rütubət) və sanitar-gigiyena rejimi yaradan texniki vasitələr- dən istifadə olunmalıdır.
Dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri- dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz.
Qeyri-dövlət təşkilatlarının arxiv fondları və arxiv sənədləri- nin Milli arxiv fonduna aid edilməsi həmin sənədlərin dəyərinin eks- pertizasından sonra Azərbaycan Respublikası arxiv xidməti təşkilat- ları ilə sənədlərin sahibləri arasında bağlanan müqavilə əsasında müəyyən olunur.
Qeyri-dövlət təşkilatları onlar üçün yeni qaydalar və nor- mativ aktlar hazırlanana qədər sənədlərin seçilməsi, qaydaya salın- ması və mühafizəsi üçün normativ və normativ-metodiki mənbə ki- mi dövlət və idarə arxivləri üçün qüvvədə olan əsas iş qaydaların- dan, təlimatlardan, saxlama müddətləri də göstərməklə nazirlik, dövlət komitələri, idarə, təşkilat, müəssisələrində yaranan sənədlər üçün nümunəvi siyahılardan və sairədən istifadə edə bilərlər.
Azərbaycan Respublikası Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçiləri öz fondları və sənədlərinin dövlət uçotuna alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanın- da Baş Arxiv İdarəsinin və ya müvafiq dövlət arxivlərinin sorğusu əsasında məlumat verməyə borcludurlar.
Milli arxiv fondunun qeyri-dövlət hissəsi mülkiyyətçilərinin xahişi ilə Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları onların arxivlərinin komplektləşdirilməsi, mühafizəsi və istifadəsi işi- nə qanunvericiliyə uyğun olaraq metodiki köməklik göstərə bilərlər.
Azərbaycan Respublikası Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçisi öz sənədlərini respublikanın dövlət arxivlə- rində mühafizə etmək üçün dövlət mülkiyyətinə verə bilər. Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyət hüququnun dövlətə veril- məsi dövlət arxivi ilə mülkiyyətçi arasında müqavilə əsasında rəsmi- ləşdirilir və lazım gələrsə, orada sənədlərin saxlanılması və istifadə- si şərtləri də göstərilir.
Milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədləri qeyri- dövlət idarə, təşkilat və müəssisələri ləğv edildikdə, yaxud sahibləri vəfat etdikdə onları qəbul etmək üçün hüquqi şəxs və ya qanuni və- rəsə olmadıqda, həmin sənədlər dövlət mülkiyyətinə keçir və müha- fizə üçün müvafiq dövlət arxivinə təhvil verilir.
Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fondunun qeyri- dövlət hissəsinin mühafizəsini müvəqqəti, həmçinin depozitar
qaydasında həyata keçirə bilər. Bu cür hallarda sənədlərin dövlət mühafizəsinə verilməsi qaydası və şərtləri həmin sənədlərin sahibləri ilə dövlət arxivi arasında bağlanan sazişlə (müqavilə ilə) müəyyən olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR