Microsoft Word camal ehmedov doc



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix29.11.2022
ölçüsü0,74 Mb.
#71131
1   2   3   4   5   6   7   8   9   10   ...   62
Əliqulu Qəmküsar XX əsr Azərbaycan ədəbiyya-
Camal Məhərrəm oğlu Əhmədov
22
tında mühüm yer tutan, orijinal yaradıcılığa malik 
sənətkarlarımızdan biridir. Xalq düşmənlərinin 
xəyanətinin qurbanı olmuş Əliqulu Qəmküsar az 
yaşamış, amma mənalı, şərəfli bir həyat və yaradı-
cılıq yolu keçmişdir. Əliqulu Qəmküsar irihəcmli 
əsərlər yazmamış, cildlərlə iz qoyub getməmiş, 
onun yaradıcılığı da həyatı qədər qısa, yığcam, 
lakin mənalıdır. 
*** 
Uşaqların məktəb həyatı, təlim-tərbiyə sahə-
sində Mehdi Seyidzadənin əsərləri uşaq ədəbiy-
yatımızda məktəb həyatı mövzusunda yaradılmış 
ən dəyərli nümunələrdir. Müəllif əsasən süjetli 
yazdığı bu bədii parçalarda təsvir etdiyi obrazların 
hiss və həyəcanlarını, mənəvi aləmini ümumiləş-
dirmiş, canlı və yaddaqalan lövhələr yaratmışdır. 
*** 
Sabir Rəhman ədəbiyyatımıza görkəmli bir 
satira ustası kimi daxil olmuşdur. Onun satirik he-
kayələrində və komediyalarında Anton Çexov, 
Cəlil Məmmədquluzadə kimi yazıçıların yaradıcı-
lığına xas olan xüsusiyyətlər özünü göstərir. Sabir 


 Biblioqrafiya
23
Rəhmanın komediyalarında gülüş islahedici, tərbi-
yəedici bir vasitədir. Elə bunun nəticəsidir ki, bu 
görkəmli yazıçının “Toy”, “Xoşbəxtlər”, “Nişanlı 
qız” kimi komediyaları tamaşaçılarımız tərəfindən 
böyük rəğbətlə qarşılanan sənət nümunələridir. 
*** 
Otuz ildir ki, sənətkar düşüncələrindən ayrıla 
bilmir, öz qəhrəmanlarından uzaqlaşmağı bacar-
mırdı. Otuz ildir ki, o, qələmə aldığı hadisələr içə-
risində dolaşır, qəhrəmanları ilə yaşayıb mübarizə 
edir, yüz yol, bəlkə daha artıq təsvir etdiyi hadisə-
lərin planını cızır, onları xəyalında canlandırır, xa-
rakterlər yaradır, yazır, hey yazırdı. Süleyman 
Rəhimovun “Şamo” əsəri belə yaranmış, belə 
böyümüş və haqlı olaraq ədəbiyyatımızın ən gözəl 
nümunələri sırasında öz yerini tutmuşdur. Xalqı-
mızın adət-ənənələrinin dolğun və realist təsviri, 
Azərbaycan təbiətinin füsünkar gözəllikləri, ailə 
və məişətdəki ən tipik və səciyyəvi cəhətlər, xalq-
lar dostluğu “Şamo” romanı üçün ən səciyyəvi 
xüsusiyyətlərdir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin