Microsoft Word camal ehmedov doc



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/62
tarix29.11.2022
ölçüsü0,74 Mb.
#71131
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
Camal Məhərrəm oğlu Əhmədov
34
edir ki, bu, Azərbaycanda ədəbiyyatın tədrisi 
metodikası sahəsində hadisə idi… Belə ki, aspi-
rantura yolu ilə hazırlanan ilk mütəxəssis Camal 
Əhmədov olur. Ədəbiyyatın tədrisinin inkişaf 
dinamikası göstərir ki, Camal müəllimin qədəm-
ləri düşərlidir. Ondan sonra bu sahədə 4 elmlər 
doktoru, 50-dən artıq elmlər namizədi (aspirantura 
və doktorantura yolu ilə) yetişmişdir. Onu da qeyd 
etmək lazımdır ki, həmin kadrların yetişməsində 
C.Əhmədovun da rolu böyük olmuşdur”.
Ədəbiyyatın tədrisi metodikası üzrə elmi 
məktəbini yaradan pedaqoji elmlər doktoru, pro-
fessor C.Əhəmədov tədqiqat obyektinə kompleks 
və sistemli yanaşma nümunəsi göstərmiş, onun 
tamlığına nail olmuşdur. Bu, hər alimə nəsib ol-
mayan keyfiyyətdir. Belə ki, ədəbiyyatın tədrisi 
metodikasının elmi-nəzəri və praktik əsasını işlə-
yib hazırlamış, ədəbiyyatdan orta məktəb proq-
ramlarının, dərsliklərinin tərtibində iştirak etmiş, 
ədəbiyyat tədrisinin didaktik və filoloji əsaslarını, 
tərbiyəedici xüsusiyyətlərini, sinifdənxaric oxu 
metodikasının və digər onlarca məsələləri işləyib 
səmərəli elmi nəticələrə nail olmuş, pedaqoji elm-
lərin zənginləşməsinə xidmət göstərmişdir. Onun 


 Biblioqrafiya
35
“Ana dili” (4-cü sinif üçün), “Ədəbiyyat” (6-cı si-
nif üçün) dərslikləri uzun müddət işlək dərsliklər 
olmuş, zamanın sınağından uğurla çıxmışdır. Çün-
ki o, dərslikləri hazırlarkən mükəmməl bildiyi 
təlim-tədris nəzəriyyəsi və təcrübəsini əsas götür-
müşdür. Bundan əlavə, onun ədəbiyyata, o cümlə-
dən uşaq ədəbiyyatına dərindən bələdliyi dərslik-
lərin həyatiliyini, bədii-estetik təsirliyini artırmışdır. 
Professor Camal Əhmədov görünür, qeyd et-
diyim həmin keyfiyyətlərə görə fundamental təd-
qiqat əsərlərində orijinal dəst-xətti və mövzu ak-
tuallığı ilə seçilmişdir. Onun “Tərcümeyi-hal ma-
teriallarının öyrədilməsi”, “Bədii mətnin təhlili”, 
“Ədəbi janrlar”, “Yekun məşğələsi”, “Ədəbiyyat 
tədrisi və tərbiyə məsələləri”, “Ədəbiyyat dərsləri-
nin təşkili”, “Bədii əsərlərin təhlilində janr xüsu-
siyyətlərinin nəzərə alınması”, “Ədəbi yazıların 
aparılması”, “Ədəbiyyatdan sinifdənxaric işlərin 
təşkili”, “Məktəbdə ədəbiyyat işi üzrə metodik 
işin təşkili”, “Ədəbiyyatın tədrisində bədii təhlil”, 
“Altıncı sinifdə ədəbiyyat dərsləri” (Müəllim üçün 
vəsait) və digər metodik əsərləri bu gün də öz ak-
tuallığını saxlayan və tədqiqat qaynağına çevrilən 
əsərlərdir.
Camal Məhərrəm oğlu Əhmədov
36
Professor Camal Əhmədovun digər başlıca 
xidmətlərindən biri Azərbaycanda ilk dəfə olaraq 
ali məktəblərin filoloji fakültələri üçün “Ədəbiy-
yat tədrisi metodikası” (BDU nəşriyyatı, 1992) 
dərsliyini yazıb nəşr etdirməsidir. Bu dərslik ali-
min on illərlə apardığı tədqiqatları sanki yekunlaş-
dırmış, ədəbiyyatın tədrisi metodikasının sistemini 
meydana çıxarmışdır. Ona görə də, dərslikdə ədə-
biyyatın öyrədilməsində mühüm bilik amili olan 
ədəbiyyatşünaslıq məlumatlarının yeri gəldikcə 
verilməsi, ədəbiyyatın tədrisi metodikasının peda-
qoji elm sahəsi kimi əsaslandırılması və bunu 
filoloji, psixoloji, sosioloji elmlərlə əlaqəliyi, elə-
cə də metodikanın inkişaf yolunun aşkarlanması 
geniş yer tutur. Bu dərslikdə Mirzə Şəfi, A.Bakı-
xanov, M.F.Axundov, S.Ə.Şirvani, F.Köçərli, 
R.Əfəndiyev, F.Ağazadə, A.Şair, N.Nərimanov 
metodik məktəblərinin ilk dəfə təqdimatı və təhlili 
yalnız tarixilik baxımından deyil, müasir təkmil-
ləşmə yönümündən də çox əhəmiyyətli idi. 
Camal Əhmədovun ədəbi və filoloji tənqidə 
dair mətbu çıxışları da, obyektivliyi və ədalətliliyi, 
elmiliyi və öyrədiciliyi ilə seçilir. 1987-ci ildə mə-
nim “Fərhad Ağazadənin pedaqoji görüşləri” mo-


 Biblioqrafiya
37
noqrafiyam “Maarif” nəşriyyatında nəşr olunmuş-
dur. Bir gün “Azərbaycan müəllimi” qəzetindən 
professor Camal Əhmədovun monoqrafiya haq-
qında geniş rəyinin dərc olunduğunu gördüm. 
Bərk həyəcanlandım. Çünki bilirdim ki, Camal 
Əhmədov F.Ağazadənin irsinə bələddir, xətalara 
yol vermiş olaram deyə, - narahatlıq keçirdim. 
Amma mən xeyirxah niyyətli, geniş ürəkli, əsl 
alim xislətli müəllifin əsərim haqqında rəğbət və 
təqdir dolu fikirlərini oxuduqca daha da ürəklən-
dim, yeni-yeni kitablar nəşrinə həvəsləndim. 
Bu hadisədən beş il keçmişdi. 1992-ci ilin 
dekabr ayının sonları idi. “Ədəbiyyat” qəzetinin o 
zamankı məsul katibi (indi baş redaktor) Ayaz 
Vəfalı ilə redaksiyada görüşərkən mənə dedi ki, 
professor Camal Əhmədovun yeni kitabı çıxıb, gəl 
qəzetimiz üçün ona bir rəy yaz. Məmnuniyyətlə 
razılaşdım. Kitab yuxarıda adını çəkdiyim “Ali 
məktəblər üçün ədəbiyyat tədrisi metodikası” 
dərsliyi idi. İrihəcmli, fundamental əsər olan bu 
dərslik müəllifin orijinal mövqeyi, orijinal tədqi-
qatlarının nəticəsi olduğundan bənzərsiz milli 
dərslik nümunəsi idi. Mən ona çox böyük həvəslə 
geniş rəy yazdım…
Camal Məhərrəm oğlu Əhmədov
38
Camal Əhmədov uşaq ədəbiyyatına dair ədəbi 
tənqidi məqalələri və kitabları ilə diqqəti çəkən 
filoloqdur. O, Yazıçılar İttifaqının keçirdiyi müşa-
virələrdə, müzakirələrdə iştirak edər, filoloq-peda-
qoq mövqeyini nümayiş etdirərdi. Filoloji, tarixi-
metodiki və didaktik-praktik bilik və təcrübənin 
sintezindən formalaşmış Camal Əhmədov elmi öz 
ilkinliyi və orijinallığı ilə bu gün də əvəzsizdir. 
Təəssüflər olsun ki, o, yaradıcılığının ən məhsul-
dar dövründə əbədilik dünyasına qovuşdu. Amma 
təsəllimiz odur ki, məzunu olaraq çox sevdiyi 
ADU-da 1966-cı ilin sonlarından professsor kimi 
çalışaraq ədəbiyyatın tədrisi metodikasının tam 
elmi sistemini hazırladı, elmdə çoxlarının bəhrə-
ləndiyi Camal Əhmədov məktəbini yaratdı, insan-
lıq mücəssəməsi kimi qəlblərə hopdu… 
75 yaşı tamam oldu professor Camal Əhmədo-
vun. Əsərlərin uzunömürlü, övladların bəxtiyar 
olsun əziz dostumuz! Allah sənə rəhmət etsin!

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin