Camal Məhərrəm oğlu Əhmədov
24
***
Əliağa Kürçaylı həyat həqiqətlərinin mahiy-
yətinə, qəhrəmanların mənəvi aləminə nüfuz edən
və yüksəlişə əngəl törədən cəhətləri cəsarətlə
qamçılayan bir şairdir. Onun şeirlərində zövqsüz-
lük, ucuz və yüngül şöhrət ardınca qaçmaq, xalq-
dan uzaq düşərək yalnız öz mənfəətini güdmək,
sevgi-ailə məsələlərinə oyuncaq kimi baxmaq hal-
ları tünd bədii boyalarla tənqid olunur.
Biblioqrafiya
25
Camal Əhmədov haqqında
mətbuat səhifələrindən
Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü
Camal müəllim
Azərbaycan ədəbiyyatının tədrisi sahəsində
görkəmli mütəxəssis, Bakı Dövlət Universiteti
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profes-
soru Camal Əhmədov 50 ilə qədərdir ki, yorulma-
dan, eyni həvəs və məhəbbətlə həm müəllimlik
edir, həm də elmi-tədqiqat işləri ilə məşğul olur.
Azərbaycan filologiyasında böyük xidmətləri ha-
mı tərəfindən etiraf edilən alimin kifayət qədər
zəngin yaradıcılığının tarixçəsini vərəqləməyə, elə
bilirəm ki, yetmiş yaşının tamam olduğu günlərdə
müəyyən ehtiyac vardır.
Camal Əhmədovun elmi-pedaqoji fəaliyyəti
50-ci ilərin əvvəllərindən başlamışdır. Həmin il-
Camal Məhərrəm oğlu Əhmədov
26
lərdə respublikanın nüfuzlu nəzəri-metodiki mət-
buatında hələ gənc olan tədqiqatçı-müəllimin on-
dan artıq məqaləsi dərc edilmişdir ki, onlardan
bəzilərinin yalnız adlarını çəksək, müəllifin maraq
dairəsi barədə aydın təsəvvür yaranar: “6-cı sinif-
də C.Cabbarlının “Firuzə” hekayəsini necə keç-
məli” (“Azərbaycan məktəbi” jurnalı, 1953, №
11); “VIII-X siniflərdə inşa yazılarının aparılması
haqqında” (yenə orada, 1955 №11); “Ədəbiyyat
tədrisində bədii təhlil” (Yenə orada, 1958 №9);
“X sinifdə “Almaz” pyesinin tədrisi haqqında”
(“Azərbaycan dili və ədəbiyyat tədrisi” məcmuəsi,
1958 №4); “Romanlarımızda ailə və tərbiyə məsə-
lələri” (“Azərbaycan” jurnalı, 1958, №4) və s.
Həmin məqalələrdə müəllif orta ümumtəhsil
məktəblərində Azərbaycan ədəbiyyatının tədrisi
imkanlarını konkret mövzular əsasında genişlən-
dirməyin bir sıra yollarını nəzərdən keçirir və belə
bir qənaətə gəlir ki, əsas məqsəd bu və ya digər
əsərin ideya-məzmunu, süjetini mənimsətməkdən
(daha doğrusu, əzbərləməkdən!) ibarət olmamalı,
şagird oxuduğu bədii mətndən estetik zövq alma-
ğı, həmin mətni bütövlükdə - məzmun ilə forma-
nın üzvi əlaqəsində qavramağı, sərbəst mühakimə
yürütməyi bacarmalıdır.
Biblioqrafiya
27
C.Əhmədovun yaradıcılığı 60-cı illərdən baş-
layaraq yeni mövzularla zənginləşir: ədəbiyyatın
tədrisi məsələləri aparıcı mövqeyə malik olsa da,
artıq yetkinləşmiş alim daha bir sıra sahələrdə
ardıcıl araşdırmalar aparır. Yalnız bir faktı qeyd
etmək istərdim ki, təkcə 60-cı illərdə C.Əhmədo-
vun “Azərbaycan məktəbi”, “Azərbaycan dili və
ədəbiyyatı tədrisi”, “Azərbaycan”, “Azərbaycan
qadını”, “Sovetskaya pedaqoqika” jurnallarında,
Azərbaycan Dövlət Universitetinin, ETPEİ-nin
“Əsərləri”ndə 50-yə qədər məqaləsi, bir neçə
kitabı nəşr olunmuşdur.
70-80-ci illərdə görkəmli alim daha məhsul-
darlıqla çalışmış, Azərbaycan (indiki Bakı) Dövlət
Universitetində ədəbiyyatın tədrisi metodikası
fənnindən yüksək elmi-nəzəri səviyyədə mühazi-
rələr oxumaqla, seminar məşğələləri aparmaqla,
tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik etməklə
yanaşı, bir sıra dərsliklər, monoqrafiyalar, onlarca
elmi-metodiki məqalələr yazıb nəşr etdirmişdir.
C.Əhmədovun həmin illərdə nəşr olunmuş kitab-
larında aşağıdakıları xüsusi qeyd etmək istərdim:
“Azərbaycan ədəbiyyatının tədrisi tarixindən”
(Bakı: “Maarif” nəşriyyatı, 1971); “Ədəbiyyat” 6-
Camal Məhərrəm oğlu Əhmədov
28
cı sinif üçün dərslik (Bakı: “Maarif” nəşriyyatı,
1971. Qeyd edək ki, həmin dərslik 1989-cu ilə
qədər təkrar nəşr edilmişdir); “6-cı sinifdə ədəbiy-
yat dərsləri” (Bakı: “Maarif” nəşriyyatı, 1975);
“Ədəbiyyat tədrisində bədii təhlil” (Bakı: “Maa-
rif” nəşriyyatı, 1983); “Uşaq və zaman” (Bakı:
“Yazıçı” nəşriyyatı, 1985) və s.
Ümumiyyətlə, C.Əhmədovun yaradıcılığını
nəzərdən keçirərkən belə məlum olur ki, tədqiqat-
çının elmi maraq dairəsi kifayət qədər genişdir:
buraya ədəbiyyatın tədrisi məsələləri ilə yanaşı
onun tədrisi tarixi, ümumi pedaqogika, Azərbay-
can ədəbiyyatı tarixi, müasir ədəbi proses, ədəbi
əlaqələr, uşaq ədəbiyyaı və s. daxildir. Alim bu
sahələrin hər biri ilə, xüsusilə 70-80-ci illərdə
ardıcıl məşğul olmuş, həm ədəbi-filoloji, həm də
metodist-pedaqoji ictimaiyyətin diqqətini cəlb et-
miş, onlarca məqalə yazıb çap etdirmişdir.
C.Əhmədovun 1992-ci ildə çap etdirdiyi iri-
həcmli “Ədəbiyyat tədrisi metodikası” dərsliyi
görkəmli tədqiqatçının 50-ci illərdən bəri apardığı
araşdırmaların yekunu kimi elmi-pedaqoji aləmdə
maraqla qarşılanmaqla yanaşı, ali məktəblərin
filologiya fakültələri tələbələrinin həmin sahədə
Biblioqrafiya
29
mükəmməl bir dərsliyə olan ehtiyaclarını təmin
etmişdir.
Camal müəllim 90-cı illərdə də yorulmadan
çalışmış, çox sevdiyi müəllimlik peşəsini davam
etdirməklə yanaşı bir sıra məzmunlu məqalələr
yazmışdır. Onlardan biri “Ədəbiyyat dərslikləri
necə olmalıdır?” məqaləsi (“Ana sözü” jurnalı,
1995.- №1) təcrübəli metodist alimin hər şeydən
əvvəl on illər boyu məşğul olduğu sahəyə sədaqə-
tini, Azərbaycan məktəbi qarşısında məsuliyyətini
nümayiş etdirmək baxımından diqqəti cəlb edir.
Azərbaycan məktəbinin, orta ümumtəhsil
məktəblərində ədəbiyyat tədrisinin milli əsaslar
üzərində yenidən təşkil olunduğu bir dövrdə pro-
fessor C.Əhmədov kimi həyatını bu sahəyə həsr
etmiş tədqiqatçıların böyük təcrübəsi xüsusi əhə-
miyyət kəsb edir.
Və mən hörmətli müəllimimi 70 yaşı münasi-
bətilə təbrik edir, ona uzun ömür, cansağlığı, gör-
düyü böyük işlərdə uğurlar diləyirəm.
Dostları ilə paylaş: |