Microsoft Word camal ehmedov doc


Camal Məhərrəm oğlu Əhmədov 24 ***  Əliağa Kürçaylı



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix29.11.2022
ölçüsü0,74 Mb.
#71131
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
 
Camal Məhərrəm oğlu Əhmədov
24
*** 
Əliağa Kürçaylı həyat həqiqətlərinin mahiy-
yətinə, qəhrəmanların mənəvi aləminə nüfuz edən 
və yüksəlişə əngəl törədən cəhətləri cəsarətlə 
qamçılayan bir şairdir. Onun şeirlərində zövqsüz-
lük, ucuz və yüngül şöhrət ardınca qaçmaq, xalq-
dan uzaq düşərək yalnız öz mənfəətini güdmək, 
sevgi-ailə məsələlərinə oyuncaq kimi baxmaq hal-
ları tünd bədii boyalarla tənqid olunur. 


 Biblioqrafiya
25
Camal Əhmədov haqqında 
mətbuat səhifələrindən 
 
Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü
 
 
Camal müəllim 
 
Azərbaycan ədəbiyyatının tədrisi sahəsində 
görkəmli mütəxəssis, Bakı Dövlət Universiteti 
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profes-
soru Camal Əhmədov 50 ilə qədərdir ki, yorulma-
dan, eyni həvəs və məhəbbətlə həm müəllimlik 
edir, həm də elmi-tədqiqat işləri ilə məşğul olur. 
Azərbaycan filologiyasında böyük xidmətləri ha-
mı tərəfindən etiraf edilən alimin kifayət qədər 
zəngin yaradıcılığının tarixçəsini vərəqləməyə, elə 
bilirəm ki, yetmiş yaşının tamam olduğu günlərdə 
müəyyən ehtiyac vardır.
Camal Əhmədovun elmi-pedaqoji fəaliyyəti 
50-ci ilərin əvvəllərindən başlamışdır. Həmin il-
Camal Məhərrəm oğlu Əhmədov
26
lərdə respublikanın nüfuzlu nəzəri-metodiki mət-
buatında hələ gənc olan tədqiqatçı-müəllimin on-
dan artıq məqaləsi dərc edilmişdir ki, onlardan 
bəzilərinin yalnız adlarını çəksək, müəllifin maraq 
dairəsi barədə aydın təsəvvür yaranar: “6-cı sinif-
də C.Cabbarlının “Firuzə” hekayəsini necə keç-
məli” (“Azərbaycan məktəbi” jurnalı, 1953, № 
11); “VIII-X siniflərdə inşa yazılarının aparılması 
haqqında” (yenə orada, 1955 №11); “Ədəbiyyat 
tədrisində bədii təhlil” (Yenə orada, 1958 №9); 
“X sinifdə “Almaz” pyesinin tədrisi haqqında” 
(“Azərbaycan dili və ədəbiyyat tədrisi” məcmuəsi, 
1958 №4); “Romanlarımızda ailə və tərbiyə məsə-
lələri” (“Azərbaycan” jurnalı, 1958, №4) və s.
Həmin məqalələrdə müəllif orta ümumtəhsil 
məktəblərində Azərbaycan ədəbiyyatının tədrisi 
imkanlarını konkret mövzular əsasında genişlən-
dirməyin bir sıra yollarını nəzərdən keçirir və belə 
bir qənaətə gəlir ki, əsas məqsəd bu və ya digər 
əsərin ideya-məzmunu, süjetini mənimsətməkdən 
(daha doğrusu, əzbərləməkdən!) ibarət olmamalı, 
şagird oxuduğu bədii mətndən estetik zövq alma-
ğı, həmin mətni bütövlükdə - məzmun ilə forma-
nın üzvi əlaqəsində qavramağı, sərbəst mühakimə 
yürütməyi bacarmalıdır. 


 Biblioqrafiya
27
C.Əhmədovun yaradıcılığı 60-cı illərdən baş-
layaraq yeni mövzularla zənginləşir: ədəbiyyatın 
tədrisi məsələləri aparıcı mövqeyə malik olsa da, 
artıq yetkinləşmiş alim daha bir sıra sahələrdə 
ardıcıl araşdırmalar aparır. Yalnız bir faktı qeyd 
etmək istərdim ki, təkcə 60-cı illərdə C.Əhmədo-
vun “Azərbaycan məktəbi”, “Azərbaycan dili və 
ədəbiyyatı tədrisi”, “Azərbaycan”, “Azərbaycan 
qadını”, “Sovetskaya pedaqoqika” jurnallarında, 
Azərbaycan Dövlət Universitetinin, ETPEİ-nin 
“Əsərləri”ndə 50-yə qədər məqaləsi, bir neçə 
kitabı nəşr olunmuşdur. 
70-80-ci illərdə görkəmli alim daha məhsul-
darlıqla çalışmış, Azərbaycan (indiki Bakı) Dövlət 
Universitetində ədəbiyyatın tədrisi metodikası 
fənnindən yüksək elmi-nəzəri səviyyədə mühazi-
rələr oxumaqla, seminar məşğələləri aparmaqla, 
tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik etməklə 
yanaşı, bir sıra dərsliklər, monoqrafiyalar, onlarca 
elmi-metodiki məqalələr yazıb nəşr etdirmişdir. 
C.Əhmədovun həmin illərdə nəşr olunmuş kitab-
larında aşağıdakıları xüsusi qeyd etmək istərdim: 
“Azərbaycan ədəbiyyatının tədrisi tarixindən” 
(Bakı: “Maarif” nəşriyyatı, 1971); “Ədəbiyyat” 6-
Camal Məhərrəm oğlu Əhmədov
28
cı sinif üçün dərslik (Bakı: “Maarif” nəşriyyatı, 
1971. Qeyd edək ki, həmin dərslik 1989-cu ilə 
qədər təkrar nəşr edilmişdir); “6-cı sinifdə ədəbiy-
yat dərsləri” (Bakı: “Maarif” nəşriyyatı, 1975); 
“Ədəbiyyat tədrisində bədii təhlil” (Bakı: “Maa-
rif” nəşriyyatı, 1983); “Uşaq və zaman” (Bakı: 
“Yazıçı” nəşriyyatı, 1985) və s.
Ümumiyyətlə, C.Əhmədovun yaradıcılığını 
nəzərdən keçirərkən belə məlum olur ki, tədqiqat-
çının elmi maraq dairəsi kifayət qədər genişdir: 
buraya ədəbiyyatın tədrisi məsələləri ilə yanaşı 
onun tədrisi tarixi, ümumi pedaqogika, Azərbay-
can ədəbiyyatı tarixi, müasir ədəbi proses, ədəbi 
əlaqələr, uşaq ədəbiyyaı və s. daxildir. Alim bu 
sahələrin hər biri ilə, xüsusilə 70-80-ci illərdə 
ardıcıl məşğul olmuş, həm ədəbi-filoloji, həm də 
metodist-pedaqoji ictimaiyyətin diqqətini cəlb et-
miş, onlarca məqalə yazıb çap etdirmişdir. 
C.Əhmədovun 1992-ci ildə çap etdirdiyi iri-
həcmli “Ədəbiyyat tədrisi metodikası” dərsliyi 
görkəmli tədqiqatçının 50-ci illərdən bəri apardığı 
araşdırmaların yekunu kimi elmi-pedaqoji aləmdə 
maraqla qarşılanmaqla yanaşı, ali məktəblərin 
filologiya fakültələri tələbələrinin həmin sahədə 


 Biblioqrafiya
29
mükəmməl bir dərsliyə olan ehtiyaclarını təmin 
etmişdir. 
Camal müəllim 90-cı illərdə də yorulmadan 
çalışmış, çox sevdiyi müəllimlik peşəsini davam 
etdirməklə yanaşı bir sıra məzmunlu məqalələr 
yazmışdır. Onlardan biri “Ədəbiyyat dərslikləri 
necə olmalıdır?” məqaləsi (“Ana sözü” jurnalı, 
1995.- №1) təcrübəli metodist alimin hər şeydən 
əvvəl on illər boyu məşğul olduğu sahəyə sədaqə-
tini, Azərbaycan məktəbi qarşısında məsuliyyətini 
nümayiş etdirmək baxımından diqqəti cəlb edir. 
Azərbaycan məktəbinin, orta ümumtəhsil 
məktəblərində ədəbiyyat tədrisinin milli əsaslar 
üzərində yenidən təşkil olunduğu bir dövrdə pro-
fessor C.Əhmədov kimi həyatını bu sahəyə həsr 
etmiş tədqiqatçıların böyük təcrübəsi xüsusi əhə-
miyyət kəsb edir.
Və mən hörmətli müəllimimi 70 yaşı münasi-
bətilə təbrik edir, ona uzun ömür, cansağlığı, gör-
düyü böyük işlərdə uğurlar diləyirəm. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin