Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 29;
E-mail: contact@anl.az; URL: www.anl.az
Biblioqrafiya
5
Şəxsiyyətin və elmi xidmətin
bütövlüyü
(Ön söz əvəzi)
Azərbaycan elmi ictimaiyyəti pedaqoji elmlər
doktoru, professor Camal Əhmədovu XX əsrdə öl-
kə ədəbiyyatının tədrisi metodikası istiqamətinin
əsas yaradıcılarından biri kimi qəbul etmişdir. Be-
lə ki, məktəb və pedaqoji fikir tarixinin öyrənil-
məsi ilə məşğul olan elm adamları, həm də ana
dili və ədəbiyyatının tədrisi məsələlərinin öyrənil-
məsinə diqqət yetirsələr də, uzun zaman ərzində
konkret olaraq bu sahə üzrə mütəxəssislər barmaq
ilə göstəriləcək qədər az olmuşdur. Məlum olduğu
kimi, Azərbaycanda ədəbiyyatın tədrisi metodika-
sı üzrə müstəqil pedaqoji-filoloji tədqiqatların
aparılmasına keçən əsrin birinci yarısında tanın-
mış pedaqoq-metodist Əliyar Qarabağlı tərəfindən
başlanmışdır. Lakin Camal müəllim ölkəmizdə
ədəbiyyatın tədrisi metodikasından doktorluq dis-
sertasiyası müdafiə edən ilk alim-pedaqoq olmuş-
Camal Məhərrəm oğlu Əhmədov
6
dur. Pedaqoji elmlər doktoru, professor Camal
Əhmədov (1928-1999) həyatının yarım əsrdən ço-
xunu ümumiyyətlə ədəbiyyatın, xüsusən də Azər-
baycan ədəbiyyatının tədrisi metodikasının elmi-
pedaqoji əsaslarının hazırlanması və təcrübi baza-
sının formalaşdırılması kimi şərəfli bir işə həsr
etmişdir. O, ədəbiyyatın tədrisi metodikasını həm
ümumi nəzəri prinsiplərinin müəyyən edilməsi,
həm də praktik olaraq metodiki biliklərin və
vərdişlərin sisteminin yaradılması sahəsində əhə-
miyyətli pedaqoji təlim yaratmaq vəzifəsini mü-
vəffəqiyyətlə həyata keçirmişdir. Professor Camal
Əhmədov çoxillik araşdırmalarında xüsusən Azər-
baycan məktəblərində milli ədəbiyyatın tədrisi
metodikasının tədqiqinə üstünlük vermiş, ümumi
sovet ədəbiyyatı çərçivəsində olsa da, xalqın bədii
təfəkkürünün təzahürləri kimi meydana çıxmış
əsərlərin ölkənin yeni nəslinə mənimsədilməsinin
üsulları və vasitələrinin diqqət mərkəzinə çəkil-
məsinə ardıcıl olaraq səy göstərmişdir.
O zamankı ideoloji-pedaqoji mühitin özünə-
məxsus çətinliklərinə baxmayaraq, Camal Əhmə-
dov məsələnin siyasi tərəfinə toxunmadan ustad
bir pedaqoq alim kimi Azərbaycan ədəbiyyatının
Biblioqrafiya
7
xalqın tarixi, həyat yolu və mübarizəsi ilə əlaqəli
şəkildə tədrisinə əhəmiyyət verilməsini zəruri
şərtlərin sırasına çıxarmışdır. Məsələnin bu cəhəti
pedaqoji elmi ictimaiyyətin də diqqətini çəkmiş və
zamanında çox da qabardılmadan təqdir olunmuş-
dur. Məsələn, pedaqoji elmlər doktoru, professor
Əjdər Ağayev vaxtilə Camal Əhmədovun ali mək-
təblər üçün qəbul edilmiş “Ədəbiyyatın tədrisi
metodikası” dərsliyindən bəhs edərkən yazmışdı
ki, “dərsliyin “Metodik ənənələr və müasir mək-
təb” fəsli xüsusilə qeyd edilməlidir. Firidun bəy
Köçərlinin “o millət ki, öz tarixini, dolanışacağını,
Vətənini və dilini sevir – bu qism əsərləri kəmali-
şövq və diqqətlə cəm edib, ziqiymət və tərbiyəsini
onları öyrənməklə başlayır” – kəlamını əsas götü-
rən müəllif məhz bu yanaşmanın elmi-metodiki
aşkarlanmasını verir... Dərslikdə diqqəti cəlb edən
məsələlərdən biri də ... milli ədəbiyyatın tədrisi
zəruriliyinin həyati bir tələb kimi meydan çıxma-
sının açıqlanmasıdır”.
Camal Əhmədovun “Orta məktəbdə Cəfər
Cabbarlının həyatı və yaradıcılığının öyrədilməsi
üsulları” adlı namizədlik dissertasiyasında (1954)
böyük dramaturqun zəngin irsinin yeni nəsillərə
Camal Məhərrəm oğlu Əhmədov
8
mənimsədilməsinin yolları ilə birlikdə əhəmiyyəti
də elmi-pedaqoji cəhətdən əsaslandırılmışdır.
Ümumiyyətlə, pedaqoji elmlər doktoru, pro-
fessor Camal Əhmədov Azərbaycanda ədəbiyya-
tın tədrisinin metodikası ilə yanaşı, milli ədəbiy-
yatın tarixini də elmi şəkildə hərtərəfli surətdə
öyrənib araşdırmış, bu sahədə mövcud olan milli
pedaqoji ənənəni, təkamül proseslərini tədqiq edə-
rək ümumiləşdirmişdir. Onun 1970-ci ildə “Azər-
baycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin so-
nu, XX əsrin əvvəlləri)” mövzusunda müdafiə et-
diyi doktorluq dissertasiyası həmin problemə həsr
edilmiş birinci tədqiqat işi kimi mühüm əhəmiyyət
kəsb etmişdir. Camal Əhmədov Azərbaycanda ədə-
biyyatın tədrisi metodikası üzrə ilk elmlər doktoru
olaraq ölkədə bu sahədə yüksəkixtisaslı kadrların
hazırlanması yollarında şərəflə və məsuliyyətlə
xidmət göstərmişdir. Uzun bir dövr ərzində ədə-
biyyatın tədrisi metodikası sahəsində dissertasiya
müdafiə edən, kitablar və məqalələr çap etdirən
müəlliflərin elmi rəhbəri, rəsmi opponenti, redak-
toru və rəyçisi kimi professor Camal Əhmədov
yeni nəslin formalaşmasında böyük bir missiyanı
ürək genişliyi ilə və şərəflə yerinə yetirmişdir.
Biblioqrafiya
9
Müxtəlif illərdə orta və ali məktəblər üçün çap
etdirdiyi dərslikləri, metodik vəsaitləri və məqa-
lələri ilə o, ədəbiyyat dərsləri vasitəsilə vətən-
pərvər nəsillərin tərbiyə edilməsinin əsaslarını
yaratmağa müvəffəq olmuşdur. Onun Moskvada
nəşr edilən nüfuzlu “Pedaqogika” elmi jurnalında
çap edilmiş pedaqoji əlaqələrə həsr edilmiş mə-
qaləsi elmi-pedaqoji mühitdə əks-səda doğurmuş-
dur. Bakı Dövlət Universitetindəki çoxillik və
nümunəvi pedaqoji fəaliyyəti də Camal müəllimin
elmi xidmətlərini tamamlamışdır. O, ədəbiyyatı
necə tədris etməyin yollarını elmi-metodiki cəhət-
dən göstrəməklə kifayətlənməmiş, əsl müəllim ol-
mağın da örnəyini nümayiş etdirmişdir. Bütün
bunlara görədir ki, pedaqoji elmlər doktoru, pro-
fessor Camal Əhmədov ölkəmizdə ədəbiyyatın
tədrisi metodikası məktəbini yaratmış pedaqoq
alim nüfuzu qazanmışdır.
Professor Camal Əhmədovun elmi-pedaqoji
fəaliyyətində uşaq ədəbiyyatı ilə əlaqədar məsələ-
lərin öyrənilməsi də xüsusi bir istiqamətdir. O,
ölkəmizdə uşaq ədəbiyyatı problemlərini ardıcıl
və sistemli şəkildə araşdırıb ümumiləşdirən tanın-
mış tədqiqatçılardan biri olmuşdur. XX əsr Azər-
Camal Məhərrəm oğlu Əhmədov
10
baycan uşaq ədəbiyyatının ən mühüm ideya-sənət-
karlıq xüsusiyyətləri, xüsusən də uşaq ədəbiyyatı-
nın tərbiyəvi mahiyyəti ilə əlaqədar mahiyyəti
məsələlər Camal Əhmədovun əsərlərində özünün
aydın və əsaslı elmi həllini tapmışdır. 1986-cı ildə
nəşr etdirdiyi “Uşaq və zaman” kitabı Azərbay-
canda uşaqlar üçün yazılmış ədəbiyyata həsr edil-
miş əhəmiyyətli tədqiqatları özündə cəmləşdirir.
Bu kitabda sadəcə olaraq zamanın uşaq ədəbiyyatı
deyil, bütün zamanların uşaqları üçün zəruri və
əhəmiyyətli ola bilən bədii ədəbiyyat nümunələri-
nin obyektiv elmi dəyərini müəyyən etmişdir.
Eyni zamanda, XX əsrdə uşaq ədəbiyyatının inki-
şafına xidmət etmiş görkəmli şair və yazıçılarımız
haqqında qiymətli elmi söz demək vəzifəsini də
professor Camal Əhmədov məsuliyyətlə yerinə
yetirmişdir. O, Azərbaycan uşaq ədəbiyyatının in-
kişafı yollarında xidmət etmiş sənətkarların hər
birinin əsərlərinin obyektiv elmi qiymətini vermə-
yə xüsusi diqqət yetirmiş, yazıçı və şairlərin fərqli
özünəməxsusluqlarını elmi şəkildə aydınlaşdır-
mışdır. Uşaq ədəbiyyatına həsr edilmiş əsərlərində
professor Camal Əhmədov həm də kamil bir ədə-
biyyatşünaslıq səriştəsi təqdim edə bilmişdir.
Uşaq ədəbiyyatının məktəb dərslərindəki yeri və
Biblioqrafiya
11
əhəmiyyətli məsələlərini aydınlaşdırarkən o, peda-
qoji meyarlarla filoloji yanaşmaları vahid məcrada
cəmləşdirməyi bacarmışdır.
Bir mühüm faktı da xatırlamağı əhəmiyyətli
hesab edirəm. Pedaqoji elmlər doktoru, professor
Camal Əhmədovun yazıçı Mikayıl Rzaquluzadə
ilə birlikdə hazırladığı dördüncü siniflər üçün
“Ana dili” dərsliyindən XX əsrin altmış-yetmişin-
ci illərində orta məktəblərdə ardıcıl olaraq istifadə
edilmişdir. Bundan başqa altıncı sinif üçün “Ədə-
biyyat” dərsliyinin də əsas müəlliflərindən biri
professor Camal Əhmədov idi.
Görkəmli alim-pedaqoq Camal Əhmədov bü-
töv şəxsiyyəti, əsl xalq müəllimlərinə xas olan də-
rin mənəvi keyfiyyətləri ilə müasirlərinin və yetir-
mələrinin yaddaşında dərin izlər salmışdır. Sözün
böyük mənasında o, yüksək maarifçi ziyalılıqla
pedaqoji elmin, maarifpərvər ideyaların vəhdətini
özündə əks etdirən gerçək bir insan və alim ömrü
yaşamışdır. Camal müəllimin qiymətli elmi-peda-
qoji irsi zamanında olduğu kimi, bizim günlər
üçün də ibrətamiz və əhəmiyyətlidir.
Dostları ilə paylaş: |