Biblioqrafiya
19
di. Onu belə bir doğru metodik mülahizə məşğul
edirdi ki, məktəbdə təlim materialının məzmun və
mahiyyəti dəqiq müəyyənləşdirilməlidir. O, qarşı-
ya çıxan hər faktın,
tarixi və ictimai hadisənin
məktəbdə oyrənilməsinin qəti əleyhinə idi. Bu,
onun klassiklərə münasibətində də öz ifadəsini
yaxşı tapmışdır. O, deyirdi ki, hər yazıçını, ya da
bədii parçanı öyrətmək olmaz. Şagirdin öyrəndəyi
yazıçı və ya
sənət əsəri ona yüksək ideya, nəcib
əxlaq və bədii zövq aşılamalıdır, əqidə tərbiyə
etməlidir.
***
Biz onun haqqında düşünərkən, yaradıcılığına
nəzər salarkən C.Məmmədquluzadə, Ə.Haqverdi-
yev və A.P.Çexov kimi böyük söz ustalarının
incə,
sağlam yumorunu, hekayə və novellalarını
xatırlayır, onların nəcib ənənələrini inkişaf etdirən
bir sənətkarı görürük.
Mir Cəlal hərtərəfli yaradı-
cılığa malik, məhsuldar bir sənətkardır. Onu biz
həm yazıçı, həm də bir alim kimi tanıyırıq. Bu
təvazökar alim ədəbiyyatşünaslığımızın bir sıra
nəzəri məsələləri ilə də məşğul olur.
Camal Məhərrəm oğlu Əhmədov
20
***
Dostları ilə paylaş: