Biblioqrafiya
31
bir ölkəyə sığar oldu, elinin-obasının adını yük-
səklərə qaldırdı.
Görkəmli şəxsiyyətlər haqqında yazılarda,
onun insani
keyfiyyətlərindən adətən, sonda söz
açırlar. Camal Əhmədov haqqında danışarkən
insanın içindən gələn bir hiss səni ilk növbədə
onun insaniliyindən söz açmağa məcbur edir.
Çünki o, bir ucalığın zirvəsində insanilik ucalığını
görürdü və özü də belə idi. Olduqca sadə, səmimi,
təvazökar, safniyyətli, qayğıkeş, xeyirxah idi
Camal müəllim. İstedadlı, zəhmətə qatışan gənclə-
rə özünün
dəyərli məsləhətləri, simpatiyası ilə
həyan olardı. Mən onun ədəbiyyata, ədəbiyyatın
tədrisinə aid məqalələrini hələ tələbə ikən, sonra
isə 1960-cı illərin əvvəllərində ədəbiyyat müəllimi
işləyərkən oxuyardım. İş elə gətirdi ki, 1965-ci
ildən aspirantı olduğum Azərbaycan Elmi-Tədqi-
qat Pedaqoji Elmlər İnstitutunda
Camal müəllimlə
birlikdə çalışası oldum. O, mənim üçün şəxsən
tanıdığım örnək insana, əsərlərindən və məsləhət-
lərindən öyrəndiyim bir müəllimə çevrildi. O, zən-
gin filoloji və pedaqoji biliyə malik idi. Pedaqoji
təcrübəni məharətlə təhlil edirdi. Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsini bitir-
Camal Məhərrəm oğlu Əhmədov
32
mişdi (1950). ADU-nu bitirdikdən sonra Bakının
ümumtəhsil məktəblərində müəllim işləməsi onu
kamil pedaqoq-müəllim kimi hazırlamışdı. Bu
zaman ədəbiyyatın tədrisi metodikası üzrə yüksək-
ixtisaslı mütəxəssisə - alim-tədqiqatçıya
ehtiyac
olduğunu hiss etdi. Doğrudur, o zaman professor
Əliyar Qarabağlı kimi mahir, nüfuzlu ədəbiyyat
metodisti vardı. Amma o, özü-özünü yetişdirmiş
metodist idi və bu cür digər nüfuzlu şəxsiyyətlər
1930-cu illərdə olmuşdu. Ədəbiyyatın tədrisi
metodikası elmi məktəbini
yaratmağa, bu sahədə
ixtisaslı alim-metodistlər yetişdirməyə ehtiyac var
idi. Bəlkə də Camal müəllimin elmi məktəb yarat-
maq fikrinin əsasında onun ADU-da qazandığı
tədqiqatçılıq bacarığı dururdu. Filoloji universitet
təhsili ilə praktik ədəbiyyat müəllimliyi təcrübə-
sinin vəhdəti istedadlı adamlarda çox səmərəli –
həm əməli, həm də elmi nəticə verir. 1952-ci il
ETPEİ-də ədəbiyyatın tədrisi metodikası üzrə
aspiranturaya daxil olan Camal müəllim ixtisaslı
elmi kadrlar hazırlığı sahəsində ilk addımı atmış
oldu. Üç il sonra o, Əliyar Qarabağlının
elmi rəh-
bərliyi ilə “Orta məktəbdə C.Cabbarlının həyat və
yaradıcılığının öyrədilməsi üsulları” mövzusunda
Biblioqrafiya
33
yazdığı dissertasiyanı uğurla müdafiə edərək, ədə-
biyyat metodikası üzrə ilk pedaqoji elmlər name-
zədi dərəcəsini aldı. Bundan sonra o, Azərbaycan-
da ədəbiyyat tədrisinin
inkişaf tarixini tədqiqə
başladı. Çünki elmin inkişaf tarixini bilmədən
onun müasir mənzərəsini daha düzgün qiymətlən-
dirmək olmur. C.Əhmədov ilk dəfə olaraq Azər-
baycanda 1920-ci ilə qədərki dövrdə ümumtəhsil
məktəblərində ədəbiyyatın tədrisi vəziyyətini üzə
çıxardı, M.F.Axundov, S.Ə.Şirvani, F.Köçərli,
R.Əfəndiyev, F.Ağazadə, A.Şaiq Talıbzadə kimi
görkəmli maarifçi ədəbiyyat – söz nümayəndələri-
nin
metodik fikirlərini, xidmətlərini sistemləşdirib
elmi təhlilini verdi, ədəbiyyat tədrisində, inkişa-
fında onların xidmətlərini meydana qoydu. O,
1971-ci ildə ədəbiyyatın tədrisi metodikası üzrə
ilk pedaqoji elmlər doktoru elmi dərəcəsini aldı.
Camal Əhmədov elm məktəbi hələ 1950-ci
illərin sonlarından yaranmağa başlamışdı. Bu
məktəbin ən layiqli nümayəndəsi olan pedaqoji-
elmlər doktoru, professor Şəmistan Mikayılov
Camal müəllimin 75 illiyi münasibətilə yazdığı
“Elmdə öz sözü, öz izi olan insan” adlı məqaləsin-
də (“Azərbaycan məktəbi” jurnalı №5 2003) qeyd
Dostları ilə paylaş: