Microsoft Word camal ehmedov doc


“Azərbaycan müəllimi”, 2004.- 3-8 yanvar



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix29.11.2022
ölçüsü0,74 Mb.
#71131
1   ...   7   8   9   10   11   12   13   14   ...   62
“Azərbaycan müəllimi”, 2004.- 3-8 yanvar. 


 Biblioqrafiya
39
 
Şəmistan Mikayılov, 
pedaqoji elmlər doktoru, 
 professor 
 
Elmdə öz sözü, öz izi olan alim 
Əziz dostumuz, zəhmətsevər qələm yoldaşı-
mız Camal müəllim yaşasaydı, indi 75 yaşı tamam 
olurdu. Şübhəsiz ki, “Azərbaycan məktəbi” jurna-
lının qayğıkeş, qədirbilən kollektivi yubiley mü-
nasibətilə təbrik materialı dərc edəcək. Amansız 
ölüm buna imkan vermədi. İndi kiçik də olsa, bir 
yazı ilə onun xatirəsini yad etməli oluruq (Allahın 
min rəhməti olsun Camal müəllimin ruhuna). Jur-
nalın baş redaktoru Zəhra xanım belə bir yazını 
hazırlamağı mənə sifariş edəndə ona (bacım Zəhra 
xanıma) təşəkkür etdim, özlüyümdə onun qədirbi-
lənliyinə afərin dedim. Yeri gəlmişkən qeyd et-
mək lazımdır ki, Zəhra xanım bu baxımdan fərq-
lənir, təhsil sahəsində çalışan, fəaliyyət göstərən 
və elmi xidməti olub dünyasını dəyişənləri unut-
mur, onların xidmətini oxuculara təqdim edir. 
Camal Məhərrəm oğlu Əhmədov
40
Professor Camal Əhmədov elmdə özünün 
sözü, izi olan alimdir, həm də metodist alimdir. 
Onu da qeyd etmək lazımdır ki, əsl metodist 
olmaq çətin, hər adamın gücü daxilində olmayan 
işdir, onun çətinliyi müxtəlif elmlərin qovuşuğun-
da olmasıdır: bir sahənin metodist alimi olmaq 
üçün o elmin nəzəri sahəsini (məsələn, filologiya-
nın), psixologiyanı, pedaqogikanı yaxşı bilmək 
gərəkdir. Camal müəllim bu sahələrə bələd olduğu 
üçün görkəmli metodist idi. 
Hər bir elm sahəsinin müəyyən formalaşma 
dövrü və bu formalaşma prosesində yaxından 
iştirak edən, həlledici sözü olan alimlər var. 
Məlumdur ki, Azərbaycan ədəbiyyatı çox 
zəngin və qədim tarixə malik olmasına baxmaya-
raq onun məktəblərdə öyrədilməsi metodikası bir 
elm sahəsi kimi son zamanlar formalaşmışdır. Bu 
da məlumdur ki, ayrı-ayrı dövrlərdə mövcud olan 
məktəblərdə bədii materiallardan - ədəbiyyatdan 
təlim-tərbiyə vasitəsi kimi istifadə edilmişdir. Mə-
sələn, tarixi mənbələrdən aydın olur ki, M.Füzuli-
nin “Leyli və Məcnun” əsərindən dərs vəsaiti ki-
mi istifadə edilmişdir. Akademik H.Araslı bu mü-
nasibətlə yazır: “Füzuli “Leyli və Məcnun” möv-


 Biblioqrafiya
41
zusunu o qədər məharətlə işləmişdir ki, Azərbay-
can dilində bu mövzu Füzulidən əvvəl və sonra 
yazılmış bütün “Leyli və Məcnun” poemaları köl-
gədə qoymuşdur. Bu poemada uzun müddət Azər-
baycan dili anlaşılan bütün ölkələrin məktəblə-
rində bir dərs kitabı kimi istifadə edilmişdir” (bax: 
H.Araslı. Böyük Azərbaycan şairi M.Füzuli.- 
Bakı, 1958.- S.192).
Əlbəttə, belə faktlar sistem halında olmayıb, 
demək olar ki, epizodik xarakter daşıyırdı. Azər-
baycan məktəblərində ədəbiyyat sistem halında 
1920-ci ildən sonra tədris olunub, tədris planında 
o öz sabit yerini tutub. Məktəbdə ədəbiyyatın 
səmərəli tədrisi dövrün aktual probleminə çevrilir 
və xüsusi bir elm kimi formalaşır. Bu formalaşma 
prosesində yaxından və fəal iştirak edən alimlər-
dən biri də professor Camal Əhmədov idi. Ədə-
biyyatın tədrisi metodikası qısa zaman kəsiyində 
inkişaf etdiyini və prof. Camal Əhmədovun rolunu 
aydın təsəvvür etmək üçün bu sahədə yaranan fun-
damental əsərlərə və mərhum professorun həyat 
yoluna nəzər salmaq lazım gəlir.
O, 1928-ci ildə Qazax rayonunun Aşağı 
Əskipara kəndində anadan olmuşdur. İbtidai və 
Camal Məhərrəm oğlu Əhmədov
42
orta təhsilini kənd məktəbində almışdır. Orta mək-
təbi bitirdikdən sonra, 1945-ci ildə Azərbaycan 
Dövlət Universitetinin (ADU) filologiya fakültəsi-
nə daxil olur, 1950-ci ildə oranı müvəffəqiyyətlə 
bitirib, Bakının təhsil ocaqlarında fəaliyyətə başla-
yır. Gənc filoloqda elmə olan maraq onu rahat 
buraxmır, universitet təhsili ilə kifayətlənmir, elm-
də - ədəbiyyatda arayıb-axtarmaq, elmdə və təhsil 
sahəsində xalqa daha yaxşı xidmət göstərmək 
üçün yollar axtarır, ədəbiyyatımızın təbliğini, 
onun orta məktəbdə daha səmərəli öyrədilməsi, 
gənclərə dərindən mənimsədilməsi yollarını mü-
əyyənləşdirməyi - ədəbiyyatın tədrisi metodikası 
üzrə fəaliyyət göstyərməyi daha üstün bilir. Bu 
seçim onu 1952-ci ildə Azərbaycan Elmi Tədqiqat 
Pedaqogika İnstitutuna (indiki Təhsil Problemləri 
İnstitutuna) gətirir. Camal Əhmədov həmin insti-
tutda ədəbiyyatın tədrisi metodikası üzrə aspiran-
turaya daxil olur. Bu Azərbaycanda ədəbiyyatın 
tədrisi metodikası ixtisası üzrə kadr hazırlığı sahə-
sində atılan ilk addım idi. Həm də bu addım uğur-
lu olmuşdur. Belə ki, Camal Əhmədov ədəbiyyatı-
mızın və tədris işinin gözəl bilicisi, prof. Ə.Qara-
bağlının (Ə.Qarabağlı o zaman elmlər namizədi, 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin