Biblioqrafiya
39
Şəmistan Mikayılov,
pedaqoji elmlər doktoru,
professor
Elmdə öz sözü, öz izi olan alim
Əziz dostumuz, zəhmətsevər qələm yoldaşı-
mız Camal müəllim yaşasaydı, indi 75 yaşı tamam
olurdu. Şübhəsiz ki, “Azərbaycan məktəbi” jurna-
lının qayğıkeş, qədirbilən kollektivi yubiley mü-
nasibətilə təbrik materialı dərc edəcək. Amansız
ölüm buna imkan vermədi. İndi kiçik də olsa, bir
yazı ilə onun xatirəsini yad etməli oluruq (Allahın
min rəhməti olsun Camal müəllimin ruhuna). Jur-
nalın baş redaktoru Zəhra xanım belə bir yazını
hazırlamağı mənə sifariş edəndə ona (bacım
Zəhra
xanıma) təşəkkür etdim, özlüyümdə onun qədirbi-
lənliyinə afərin dedim. Yeri gəlmişkən qeyd et-
mək lazımdır ki, Zəhra xanım bu baxımdan fərq-
lənir, təhsil sahəsində çalışan, fəaliyyət göstərən
və elmi xidməti olub dünyasını dəyişənləri unut-
mur, onların xidmətini oxuculara təqdim edir.
Camal Məhərrəm oğlu Əhmədov
40
Professor
Camal Əhmədov elmdə özünün
sözü, izi olan alimdir, həm də metodist alimdir.
Onu da qeyd etmək lazımdır ki, əsl metodist
olmaq çətin, hər adamın gücü daxilində olmayan
işdir, onun çətinliyi müxtəlif elmlərin qovuşuğun-
da olmasıdır: bir sahənin metodist alimi olmaq
üçün o elmin nəzəri sahəsini (məsələn,
filologiya-
nın), psixologiyanı, pedaqogikanı yaxşı bilmək
gərəkdir. Camal müəllim bu sahələrə bələd olduğu
üçün görkəmli metodist idi.
Hər bir elm sahəsinin müəyyən formalaşma
dövrü və bu formalaşma prosesində yaxından
iştirak edən, həlledici sözü olan alimlər var.
Məlumdur ki, Azərbaycan ədəbiyyatı çox
zəngin və qədim tarixə malik olmasına baxmaya-
raq onun məktəblərdə öyrədilməsi metodikası bir
elm sahəsi kimi son zamanlar formalaşmışdır. Bu
da məlumdur ki, ayrı-ayrı dövrlərdə mövcud olan
məktəblərdə bədii materiallardan - ədəbiyyatdan
təlim-tərbiyə vasitəsi kimi istifadə edilmişdir. Mə-
sələn, tarixi mənbələrdən aydın olur ki, M.Füzuli-
nin “Leyli və Məcnun” əsərindən
dərs vəsaiti ki-
mi istifadə edilmişdir. Akademik H.Araslı bu mü-
nasibətlə yazır: “Füzuli “Leyli və Məcnun” möv-
Biblioqrafiya
41
zusunu o qədər məharətlə işləmişdir ki, Azərbay-
can dilində bu mövzu Füzulidən əvvəl və sonra
yazılmış bütün “Leyli və Məcnun” poemaları köl-
gədə qoymuşdur. Bu poemada uzun müddət Azər-
baycan dili anlaşılan bütün ölkələrin məktəblə-
rində bir dərs kitabı kimi istifadə edilmişdir” (bax:
H.Araslı. Böyük Azərbaycan şairi M.Füzuli.-
Bakı, 1958.- S.192).
Əlbəttə, belə faktlar sistem halında olmayıb,
demək olar ki, epizodik xarakter daşıyırdı. Azər-
baycan məktəblərində ədəbiyyat sistem halında
1920-ci
ildən sonra tədris olunub, tədris planında
o öz sabit yerini tutub. Məktəbdə ədəbiyyatın
səmərəli tədrisi dövrün aktual probleminə çevrilir
və xüsusi bir elm kimi formalaşır. Bu formalaşma
prosesində yaxından və fəal iştirak edən alimlər-
dən biri də professor Camal Əhmədov idi. Ədə-
biyyatın tədrisi metodikası qısa zaman kəsiyində
inkişaf etdiyini və prof. Camal Əhmədovun rolunu
aydın təsəvvür etmək
üçün bu sahədə yaranan fun-
damental əsərlərə və mərhum professorun həyat
yoluna nəzər salmaq lazım gəlir.
O, 1928-ci ildə Qazax rayonunun Aşağı
Əskipara kəndində anadan olmuşdur. İbtidai və
Camal Məhərrəm oğlu Əhmədov
42
orta təhsilini kənd məktəbində almışdır. Orta mək-
təbi bitirdikdən sonra, 1945-ci ildə Azərbaycan
Dövlət Universitetinin (ADU) filologiya
fakültəsi-
nə daxil olur, 1950-ci ildə oranı müvəffəqiyyətlə
bitirib, Bakının təhsil ocaqlarında fəaliyyətə başla-
yır. Gənc filoloqda elmə olan maraq onu rahat
buraxmır, universitet təhsili ilə kifayətlənmir, elm-
də - ədəbiyyatda arayıb-axtarmaq, elmdə və təhsil
sahəsində xalqa daha yaxşı xidmət göstərmək
üçün yollar axtarır, ədəbiyyatımızın təbliğini,
onun orta məktəbdə daha
səmərəli öyrədilməsi,
gənclərə dərindən mənimsədilməsi yollarını mü-
əyyənləşdirməyi - ədəbiyyatın tədrisi metodikası
üzrə fəaliyyət göstyərməyi daha üstün bilir. Bu
seçim onu 1952-ci ildə Azərbaycan Elmi Tədqiqat
Pedaqogika İnstitutuna (indiki Təhsil Problemləri
İnstitutuna) gətirir. Camal Əhmədov həmin insti-
tutda ədəbiyyatın tədrisi metodikası üzrə aspiran-
turaya daxil olur. Bu Azərbaycanda ədəbiyyatın
tədrisi metodikası ixtisası üzrə kadr hazırlığı sahə-
sində atılan ilk addım idi. Həm də bu addım uğur-
lu olmuşdur. Belə ki, Camal Əhmədov ədəbiyyatı-
mızın və tədris işinin gözəl bilicisi, prof. Ə.Qara-
bağlının (Ə.Qarabağlı o zaman elmlər namizədi,