“Azərbaycan məktəbi”, 2003.- №5.
Camal Məhərrəm oğlu Əhmədov
50
Təyyar Musayev
Zəhmətkeş alim
Bu yaxınlarda Ali Attestasiya Komissiyası
Camal Məhərrəm oğlu Əhmədova “Azərbaycan
ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX
əsrin əvvəlləri)” adlı əsərinə görə pedaqoji elmlər
doktoru elmi dərəcəsi verilməsi haqqında qərarı
təsdiq etmişdir. Beləliklə də, respublikamızda pe-
daqoji elmlər sahəsində çalışan yüksək elmi dərə-
cəli alimlərin sırasına daha bir elmlər doktoru
daxil olmuşdur.
Bu yüksək elmi dərəcəni alanadək Camal
Əhmədovun keçdiyi həyat yolu heç də asan, ha-
mar olmamışdır. O, elmin daşlı-kəsəkli yollarında
qarşıya çıxan bütün çətinlikləri cəsarətlə, hünərlə
aradan qaldırmış, səbr və təmkinliklə, səy və çalış-
qanlıqla irəliləmiş, qarşıya qoyduğu məqsədə çat-
mışdır.
Bu yolun başlanğıcı isə çox uzaqlara, alman
faşizminə qarşı Böyük Vətən müharibəsinin baş-
Biblioqrafiya
51
landığı o çətin, ağır, qanlı-qadalı illərə təsadüf
edir.
...Alman faşistlərinin vətənimiz üzərinə xain-
cəsinə basqın etməsi xəbəri ildırım sürətilə hər
tərəfə yayıldı. Ən ucqar dağ kəndlərindən olan
Qazax rayonunun Aşağı Əskipara kəndinin cama-
atı da bu dəhşətli xəbəri bütün ölkə ilə bir vaxtda
eşitdi. Elə həmin gün kəndin cavanları heç bir
çağırış gözləmədən vətəni müdafiə etmək üçün
cəbhəyə yola düşməyə hazır olduqlarını bildirdi-
lər. Arvadlar ərlərini, analar oğullarını doğma
Vətəni müdafiə etmək üçün yola salırdılar.
O zaman Camal orta məktəbin 4-cü sinfində
oxuyurdu. Atası Məhərrəm Əhmədov Sabir adına
kolxozun qoyunçuluq fermasının çobanı idi. O da
yaşıdları ilə birlikdə vətəni müdafiə etmək üçün
elə ilk günlərdə cəbhəyə yola düşdü.
1942-ci ildə Leninqrad cəbhəsində vuruşan
Məhərrəm Əhmədov igidliklə həlak oldu. Onun
ölüm xəbəri bütün ailəni sarsıtdı. Camalı əmisi
Səfər öz himayəsinə götürdü. Həmin günləri xatır-
layan Camal müəllim deyir:
- Ailənin ağır vəziyyətini yüngülləşdirmək
üçün əmim məni öz himayəsinə götürdü. O zaman
Camal Məhərrəm oğlu Əhmədov
52
xidməti vəzifə ilə əlaqədar olaraq əmim ailəsi ilə
birlikdə Şamxora köçmüşdü. Təhsilimi Şamxorun
Morul kəndindəki orta məktəbdə davam etdirməyə
başladım. Morul kənd məktəbində mənə dərs
deyən müəllimləri heç zaman unuda bilmərəm.
Ağır müharibə illəri olsa da, onlar necə böyük hə-
vəslə işləyir, elmlərin əsaslarını öz şagirdlərinə
necə ustalıqla, məharətlə öyrədirdilər. Biz sanki
dərsdən dərsə inkişaf edir, böyüyür, artırdıq. Yeri
gəlmişkən deyim ki, Sibir neftinin kəşfiyyatçıla-
rından biri, Lenin mükafatı laureatı, Sosialist
Əməyi Qəhrəmanı Fərman Salmanov, SSR Kənd
Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü
Yaqub Hacıyev də Morul məktəbində oxumuş,
həmin müəllimlərən dərs almışlar.
Camal Əhmədov gözəl ənənələri olan Morul
kənd məktəbini müvəffəqiyyətlə bitirəndən sonra,
1945-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil olur.
1950-ci ildə universiteti fərqlənmə diplomu ilə
bitirən Camal ədəbiyyatın tədrisi metodikası üzrə
aspiranturada saxlanılır. Gərgin axtarışlar dövrü
başlanır. “Orta məktəbdə C.Cabbarlının həyat və
yaradıcılığının tədrisi metodikası” tədqiqat möv-
Biblioqrafiya
53
zusu üzərində işləyən Camal orta məktəb müəl-
limləri ilə sıx əlaqə saxlayır, dərslərdə iştirak edir,
qabaqcıl müəllimlərin təcrübəsini öyrənir, müqa-
yisələr aparır, özünün yeni orijinal tövsiyə və tək-
liflərini hazırlayır, eksperimentlər qoyur. 1955-ci
ildə Camal Əhmədov namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edir.
Camal müəllim xeyli müddət Azərbaycan
Elmi-Tədqiqat Pedaqogika İnstitutunda işləyir.
Respublikanın məktəbləri, ədəbiyyat müəllimləri
ilə bilavasitə sıx əlaqə yaratmağa geniş imkan ta-
pan gənc alim tədqiqat işlərini daha da genişləndi-
rir, qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənir.
Pedaqoji mətbuatda tez-tez dəyərli məqalələrlə
çıxış edir, respublika Maarif Nazirliyinin tədris
metodika şurasının fəal üzvlərindən biri kimi ədə-
biyyatdan yeni proqramların və dərsliklərin tərti-
bində yaxından iştirak edir. Onun yaxından iştira-
kı ilə hazırlanmış iki hissədən ibarət “orta məktəb-
də ədəbiyyat tədrisi adlı metodik vəsait 1966-cı
ildə çapdan çıxır.
Əməksevər alim eyni zamanda “Azərbaycan
ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX
əsrin əvvəlləri)” doktorluq dissertasiyası üzərində
Camal Məhərrəm oğlu Əhmədov
54
gərgin iş aparır. Özünə tələbkar olan alim Bakı,
Leninqrad, Tbilisi, Kazan şəhərlərinin arxivlərin-
də saxlanan, vərəqləri saralmış minlərlə sənədi
nəzərdən keçirir, tədqiq edir. Uzun müddət davam
edən gərgin axtarışlar özünün gözəl bəhrəsini
verir. Camal Əhmədov qiymətli tədqiqat işini
müvəffəqiyyətlə başa çatdırır. S.M.Kirov adına
Azərbaycan Dövlət Universiteti filologiya fakültə-
sinin Elmi Şurasında doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edir. Bu əsər mütəxəs-
sislər tərəfindən Azərbaycan pedaqoji fikir
tarixində ciddi tədqiqat əsəri kimi qiymətləndiril-
mişdir. Müəllif öz tədqiqatı nəticəsində müəyyən-
ləşdirmişdir ki, Azərbaycan xalqının qədim və
zəngin ədəbiyyat tarixi olduğu kimi həm də,
maraqlı və məzmunlu bir ədəbiyyat tədrisi tarixi
olmuşdur. Giriş, on fəsil, ümumi nəticələrdən
ibarət olan bu sanballı tədqiqat əsərində o, Azər-
baycan ədəbiyyatı tədrisi tarixinin çox mürəkkəb
və maraqlı bir dövrünü – XIX əsrin sonu və XX
əsrin əvvəllərini araşdırmışdır. Əsərdə Azərbay-
can ədəbiyyatı tədrisi tarixinin qədim metodik
kökləri, XIX əsrdə Azərbaycan ədəbiyyatı tədrisi-
nin inkişaf mərhələləri, xüsusilə XX əsrin əvvəllə-
Biblioqrafiya
55
rində Azərbaycan ədəbiyyatı tədrisinin vacib
problemləri ilk dəfə geniş və elmi bir şəkildə işıq-
landırılmışdır. Müəllif Azərbaycan ədəbiyyatının
tədrisi üçün səciyyəvi olan metodik problemləri
marksist pedaqogikası və metodikasının tələbləri
səviyyəsində tədqiq etmiş, maraqlı elmi nəticələrə
gəlmişdir.
Dissertasiyada ədəbiyyat tədrisi tarixinin
dövrləşməsi, proqram və dərsliklərin tərtibi prin-
sipləri, metodik ənənələr, əlaqələr, XIX əsrin sonu
və XX əsrin əvvəllərində yaşamış görkəmli xa-
dimlərimiz S.Ə.Şirvani, F.Köçərli, N.Nərimanov,
F.Ağazadə, A.Şaiq və başqalarının zəngin və me-
todik irsi ilk dəfə tədqiqat obyektinə çevrilmişdir.
Dissertasiyanın rəsmi opponentləri: pedaqoji
elmlər doktoru, professor A.Abdullayev, pedaqoji
elmlər doktoru, professor N.Kazımov, filoloji
elmlər doktoru, professor A.Zamanov, habelə əsər
haqqında müsbət rəy söyləmiş Azərbaycan SSR
EA-nın həqiqi üzvü F.Qasımzadə, Əməkdar elm
xadimi, pedaqoji elmlər doktoru, professor
Ə.Seyidov, Azərbaycan SSR EA-nın müxbir üzvü
F.Köçərli, psixologiya elmləri doktoru, professor
Ə.Bayramov və başqaları bu dissertasiyanın təkcə
Camal Məhərrəm oğlu Əhmədov
56
metodik və fikir tariximizdə deyil, həm də ictimai
fikrimiz və Azərbaycan ədəbiyyatı tarixi sahəsin-
də irəliyə doğru atılmış faydalı və cəsarətli bir
addım hesab etmişlər.
Tədqiqat işinin nəticələri görkəmli sovet
metodist alimlərinin marağına səbəb olmuşdur.
Pedaqoji elmlər doktoru Camal Əhmədov öz
axtarışlarını bir an dayandırmır. O, təkcə metodika
ilə deyil, ədəbiyyatşünaslıq məsələləri, xüsusilə
uşaq ədəbiyyatı məsələləri ilə məşğul olur. Biz
Camal Əhmədovdan gələcək planları haqqında
soruşduq. O dedi:
- Ali məktəblərimizin filologiya və ədəbiy-
yat fakültələri tələbələri üçün “Ədəbiyyat metodi-
kası” hazırlamaq fikrindəyəm. Pedaqoji mətbuatda
ədəbiyyat tədrisinə dair silsilə məqalələrlə çıxış
edəcəyəm. Görüləcək iş çoxdur. Onları sadala-
maqla qurtarmaz.
Sizə yeni ildə, elmi-pedaqoji fəaliyyətinizdə
yeni nailiyyətlər arzulayırıq. Qoy, 1974-cü il sizin
üçün daha uğurlu olsun!
Dostları ilə paylaş: |