Microsoft Word camal ehmedov doc



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/62
tarix29.11.2022
ölçüsü0,74 Mb.
#71131
1   ...   8   9   10   11   12   13   14   15   ...   62
 Biblioqrafiya
43
dosent idi) elmi rəhbərliyi ilə “Orta məktəbdə 
C.Cabbarlının həyat və yaradıcılığının öyrədilməsi 
üsulları” mövzusunda yazdığı dissertasiyanı 1955-
ci ildə müdafiə edərək ədəbiyyatın tədrisi metodi-
kası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcə-
si alır. Bu Azərbaycanda ədəbiyyatın tədrisi meto-
dikası sahəsində hadisə idi. Belə ki, aspirantura 
yolu ilə hazırlanan ilk mütəxəssis Camal Əhmə-
dov olur. Ədəbiyyatın tədrisi metodikası inkişaf 
dinamikası göstərir ki, Camal müəllimin qədəm-
ləri düşərlidir, ondan sonra bu sahədə 4 elmlər 
doktoru, 50-dən artıq elmlər namizədi (aspirantura 
və doktorantura yolu ilə) yetişmişdir. Onu da qeyd 
etmək lazımdır ki, həmin kadrların yetişməsində 
C.Əhmədovun da böyük rolu olmuşdur.
Camal Əhmədov namizədlik dissertasiyasını 
müvəffəqiyyətlə müdafiə etdikdən sonra Elmi-
Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ədəbiyyatın 
tədrisi metodikası üzrə baş elmi işçi işlədi. Bun-
dan sonra bu sahəni özü üçün ixtisas seçənlər, o 
cümlədən bu sətirlərin müəllifi onun ətrafına top-
laşaraq ədəbiyyat tədrisinin müxətlif problemləri 
üzrə araşdırmalar aparır və maraqlı metodik ya-
zılarla pedaqoji mətbuatda çıxış edirdilər. Etiraf 
Camal Məhərrəm oğlu Əhmədov
44
etmək lazımdır ki, Camal müəllim axtarılacaq 
səriştəsi və mətbuatda ardıcıl çıxış etmək baxı-
mından həmkarlarından fərqlənirdi. Elə bunun 
nəticəsidir ki, Azərbaycanda ədəbiyyatın tədrisi 
metodikası üzrə ilk elmlər doktoru da o oldu. 
Camal müəllim tədqiqat işində - doktorluq disser-
tasiyası üçün mövzu seçimində də hikmətli bir 
xalq deyimini əsas götürürdü: İrəliyə getmək üçün 
arxaya baxmaq lazımdır. Bu deyim elmdə daha 
böyük əhəmiyyətə malikdir. Sual olunur: söylənən 
elmi metodik fikir hansı zəmin üzərində dayanır? 
Hansı əsasa söykənir? Bunun üçün də keçmişdə 
onları üzə çıxarmaq, ona aydınlıq gətirmək ciddi 
aktuallıq tələb edir. Qarşıya çıxan bütün çətinlik-
lərə baxmayaraq C.Əhmədov problemin aktuallı-
ğını dərk edir, “Ədəbiyyatın tədrisinin inkişaf tari-
xi”ni (1920-ci ilə qədər) özü üçün tədqiqat sahəsi 
seçir, qədim dövrdən başlamış 1920-ci ilə qədər 
mövcud məktəblərdə ədəbiyyatın tədrisi vəziyyə-
tini araşdırır. M.F.Axundov, S.Ə.Şirvani, F.Kö-
çərli, R.Əfəndiyev, A.Şaiq Talıbzadə kimi gör-
kəmli şəxsiyyətlərin bu sahədəki fəaliyyətini səbr-
lə, diqqətlə öyrənib təhlil süzgəcindən keçirərək 
maraqlı nəticələr çıxarır, həmin tədqiqat əsərini 


 Biblioqrafiya
45
1971-ci ildə doktorluq dissertasiyası kimi müdafiə 
edərək ədəbiyyatın tədrisi metodikası üzrə peda-
qoji elmlər doktoru alimlik dərəcəsi alır.
Professor C.Əhmədov 60-cı illərin ikinci yarı-
sından etibarən elmi-pedaqoji fəaliyyətini daha 
geniş miqyasda – Bakı Dövlət Universitetində 
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professo-
ru kimi davam etdirir və tələbələrin sevimli müəl-
limi olur. Onun vaxtının çoxu auditoriyada dərs 
deməyə getsə də, tədqiqata, ədəbiyyat müəllim-
lərinə metodik istiqamət verməyə marağı azalmır.
Professor Camal Əhmədov məhsuldar alim 
idi. Onun çap olunmuş əsərlərini bir məqalədə 
nəinki təhlil etmək, hətta adlarını sadalamaq belə 
mümkün deyil. Onların haqqında ümumi qeyd 
etmək, ancaq bəziləri haqqında müxtəsər şəkildə 
söz deməklə kifayətlənməli oluruq. Hər şeydən 
əvvəl, qeyd etmək lazımdır ki, ədəbiyyatdan 
ümumtəhsil məktəbləri üçün proqramların hazır-
lanmasında, təkmilləşdirilməsində prof. C.Əhmə-
dovun əməyi xüsusi qeyd edilməlidir. Doğrudur, 
proqram rəsmi sənəd olduğu üçün onun kim tərə-
findən hazırlandığı sonralar aydın olmur. Proq-
ramların hazırlanması uzun və çətin bir prosesdir. 
Camal Məhərrəm oğlu Əhmədov
46
Camal müəllim bütün dövrlərdə bu prosesin çox 
fəal, aparıcı iştirakçısı olmuşdur.
O, ayrı-ayrı dövrlərdə 4-cü sinif üçün “Ana 
dili”, 6-cı sinif üçün “Ədəbiyyat” dərsliyinin mü-
əllifi olmuşdur. Həm də onun dərslikləri uzun-
ömürlü dərsliklərdir. Həmin dərsliklərin uzun-
ömürlülüyü onunla bağlıdır ki, Camal müəllim bir 
metodist alim olaraq dərsliyi məktəb təcrübəsi 
əsasında işləyirdi. Ona görə də onun qələminin 
məhsulu olan dərslik məktbədə uzun müddət 
istifadədə olur.
Professor C.Əhmədov respublikamızda ədə-
biyyatın tədrisi metodikası üzrə yaranan orijinal, 
fundamental xarakterli əsərlərin əsas müəlliflərin-
dəndir. Məsələn, “V-VIII siniflərdə ədəbiyyat 
tədrisi (C.Əhmədov və Ə.Əfəndizadə) kitabına 
(1961) nəzər salaq. Kitabda verilən “Giriş məşğə-
ləsi”, “Plan tərtibi”, “Tərcümeyi-hal materialları-
nın öyrədilməsi”, “Bədii mətnin təhlili”, “Ədəbi 
janrlar”, “Yekun məşğələsi” C.Əhmədov tərəfin-
dən hazırlanmışdır. Həmin bölmələr kitabın əksər 
hissəsini təşkil edir. 
Müəllif kollektivi tərəfindən yazılan iki hissə-
dən ibarət “Orta məktəbdə ədəbiyyat tədrisi” 


 Biblioqrafiya
47
(1966) adlı əsərin birinci hissəsində “Ədəbiyyat 
tədrisi və tərbiyə məsələləri”, “Ədəbiyyat dərsləri-
nin təşkili”; II hissədə “Bədii əsərlərin təhlilində 
janr xüsusiyyətlərinin nəzərə alınması”, “Ədəbi 
yazıların aparılması”, “Ədəbiyyatdan sinifdənxa-
ric işlərin təşkili”, “Məktəbdə ədəbiyyat üzrə 
metodik işin təşkili” bölmələri C.Əhmədov tərə-
findən işlənmişdir.
Bir cəhəti xüsusi qeyd etməyi lazım bilirik: 
əvvəlki illərdə yaranan metodik əsərlər rus meto-
dik ədəbiyyatından istifadə yolu ilə yaranırdısa, bu 
əsərlər orijinallığı, milli ədəbiyyatımıza söykən-
məsi, Azərbaycan məktəbinin təcrübəsinə söykən-
məsi ilə fərqlənir. Təsadüfi deyil ki, “V-VIII sinif-
lərdə ədəbiyyat tədrisi” kitabına ön söz yazan gör-
kəmli alim Ə.Qarabağlı bu cəhəti xüsusi qeyd 
edərək yazırdı:
“Əsər, başlıca olaraq, qabağcıl məktəb və 
müəllimlərin iş təcrübəsini öyrənmək təcrübəsində 
yazılmışdır”.
Professorun maraqlı, müəllimlər üçün faydalı 
əsərlərindən biri “Ədəbiyyat tədrisində bədii təh-
lil” adlı kitabıdır. Bu əsərdə müəllif on illiklər bo-
yu ədəbiyyat tədrisində hökm sürən quru sosioloji 
Camal Məhərrəm oğlu Əhmədov
48
təhlilin əksinə olaraq, sənətkarlıq məsələlərinə, 
bədii təhlilə daha geniş yer verməyi tövsiyə edir.
Bir daha qeyd edirik ki, onun belə əsərləri sa-
yagəlməzdir, hamısını burada əhatə etmək imkan 
xaricindədir.
Professor Camal Əhmədovun elmi, xüsusilə 
kadr hazırlığı sahəsindəki fəaliyyəti Azərbaycanla 
məhdudlaşmır. Digər türkdilli xalqlar da hörmətli 
professordan yararlanmışlar. Onun, Qırğızıstanın 
mərkəzi olan Frunzedə (indiki Bişkek şəhərində) 
və digər yerlərdə müdafiə şurasının üzvü olduğu-
nun, rəsmi opponent kimi çıxış etdiyinin şahidi ol-
muşam (birlikdə getmişik). Hazırda pedaqoji elm-
lər doktoru olan Nazarkul İşkeevin müdafiəsində 
öz xeyirxah, həm də elmi çıxışı ilə C.Əhmədov 
Azərbaycan elm ictimaiyyətinə rəğbət oyatdı.
Nəhayət, bir cəhəti də qeyd etməyi zəruri 
sayırıq: müəllimin, pedaqoq alimin şah əsəri tərbi-
yə edib böyütdüyü övladlarıdır. Camal müəllimin 
gözəl övladları var. Övladlarından Məhərrəmi 
yaxşı tanıyıram. Onun nümunəsində Camal müəl-
limin ailəsində tərbiyə sistemini təsəvvür etmək 
mümkündür və gözəl ailə başçısı olduğunu de-
məyə əsas verir.


 Biblioqrafiya
49
Professor Camal Əhmədov yaşının kamal 
dövründə aramızdan getdi. Lakin onun aydın xati-
rəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır. Allah 
rəhmət eləsin, qəbri nurla dolsun. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin