Müalicənin davametmə müddəti
Müalicə müddəti xəstəliyin müddətindən, gedişatından və formasından asılı olaraq həkim tərəfindən təyin
olunmalıdır.
Doza həddinin aşılması
Seterisin yanlışlıqla yüksək doza ilə qəbulu zamanı dərhal həkimə müraciət edilməlidir.
Doza həddinin aşılması zamanı simptomlar intensiv şəkildə artır. Çaşqınlıq, diareya, başgicəllənməsi,
yorğunluq, başağrıları, halsızlıq, midriaz, dəridə qaşınma, narahatlıq, keyləşmə, yuxululuq, taxikardiya,
tremor kimi simptomlar müşahidə edilə bilər.
Seterisin qəbulu unudulubsa
Dərmanın qəbulu yaddan çıxmış olarsa, unudulmuş dozanı əvəz etmək məqsədilə preparat ikiqat dozada
qəbul edilməməlidir.
Müalicə dayandırıldıqda
Seterislə bağlı hər hansı bir sual yarandıqda, həkim və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirlər
Digər preparatlar kimi Seterisin də istifadəsi zamanı bəzi pasientlərdə allergik reaksiyalar və angiödem (üzdə
və boğazda şişkinlik) kimi əlavə təsirlər müşahidə oluna bilər. Bu kimi reaksiyalar preparatın ilk dəfə qəbulu
zamanı və ya daha sonra yarana bilər.
Tez-tez müşahidə olunan əlavə təsirlər (10 xəstədən birində):
‐ Yuxululuq
‐ Başgicəllənmə, başağrıları
‐ Faringit, rinit (uşaqlarda)
‐ İshal, ürəkbulanma, ağızda quruluq
‐ Yorğunluq
Bəzən müşahidə olunan əlavə təsirlər (100 xəstədən birində):
‐ Oyanıqlıq
‐ Paresteziyalar
(dəridə qeyri-normal həssaslıq)
‐ Abdominal
nahiyədə ağrılar
‐ Dəridə qaşınma və səpkilər
‐ Yorğunluq, halsızlıq
Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 xəstədən birində):
‐ Allergik reaksiyalar, bəzi hallarda ağır allergik reaksiyalar (çox nadir hallarda)
‐ Depressiya, hallüsinasiya, aqressiya, çaşqınlıq, yuxusuzluq
‐ Qıcolmalar
‐ Taxikardiya
(surətli ürək döyünməsi)
‐ Qaraciyər funksiyasının pozulması
‐ Övrə
‐ Ödem
(şişkinlik)
‐ Bədən çəkisinin artması
Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 xəstədən birində):
‐ Trombositopeniya (qanda trombositlərin sayının aşağı olması)
‐ Səyrimə (adi spazm)
‐ Özündəngetmə, diskineziya (hərəkətin pozulması), distoniya (qeyri-normal uzunmüddətli əzələ
yığılması), titrəmə, disgevziya (dadbilmənin pozulması)
‐ Görmədə bulanıqlıq, akkomodasiyanın pozulması, nistaqm (göz almasının hərəkətinin pozulması)
‐ Angiödem
(üzdə və boğazda şişkinliyə səbəb olan ciddi allergik reaksiyalar), dəridə səpkilər
‐ Sidiyin anormal ifrazı (gecə yuxu zamanı sidik kisəsinin qeydi-iradi boşalması, sidiyin ifrazı zamanı
ağrı və çətinlik)
Baş vermə tezliyi məlum olmayan əlavə təsirlər:
‐ İştahanın artması
‐ İntihar fikirləri
‐ Amneziya,
yaddaşın pozulması
‐ Başgicəllənmə
‐ Sidiyin
retensiyası (sidik kisəsinin tam boşaltma qabiliyyətinin itməsi)
Hiperhəssaslığın ilk əlamətləri müşahidə olunduğu anda Seteris ilə müalicəni dərhal dayandırmaq lazımdır.
İçlik vərəqində qeyd olunmayan hər hansı bir əlavə təsir baş verərsə, həkim və ya əczaçı ilə məsləhətləşmək
lazımdır.
Əgər Seterisin qəbulu zamanı xəstədə yuxarıda qeyd edilən və ya edilməyən istənilən əlavə təsir müşahidə
olunarsa, bununla bağlı müalicə həkimi ilə məsləhətləşmək lazımdır.
Saxlanılma qaydası
Uşaqların əlləri çatmayan yerdə saxlanılmalıdır.
Karton qutu və blister üzərində qeyd olumuş yararlılıq müddəti bitdikdən sonra preparat istifadə edilməmlidir.
Otaq temperaturunda saxlanılmalıdır.
Buraxılış forması
Hər qutuda 10 və ya 30 ədəd üzərində bölünmə xətti olan örtüklü tabletlər və içlik vərəqi olur.
Marketinq üzrə səlahiyyətli sahibkar
So.Se.PHARM S.r.l
Via dei Castelli Romani, 22
Pomezia (Roma), İtaliya
İstehsalçı
SPECIAL PRODUCT’S LINE S.p.A.
Via Campobello, 15
00040 Pomezia (Roma), İtaliya
SPECIAL PRODUCT’S LINE S.p.A.
Strada Paduni, 240
03012 Anagni (Frosinone), İtaliya