Əks göstərişlər
Seteris aşağıdakı hallarda istifadə olunmamalıdır:
- Böyrək çatışmazlığı olan pasientlərdə (kreatinin klirensi <10 ml/dəq olduqda);
- Seterisin tərkibində olan aktiv və ya hər hansı bir köməkçi maddəyə qarşı hiperhəssaslığı olan pasientlərdə;
- 6 yaşdan kiçik uşaqlarda.
Xüsusi göstərişlər
Seterisdən istifadə etdikdə aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır:
- Sidiyin retensiyası probleminə (onurğa beyninin zədələnməsi/prostat vəzinin hiperplaziyası nəticəsində)
meylli xəstələrdə setirizinlə müalicə zamanı bu simptomların artma riski daha çoxdur.
- Böyrək çatışmazlığı olan xəstələrdə preparatın qəbulundan öncə həkimlə məsləhətləşmək lazımdır; ehtiyac
olarsa, preparat aşağı doza ilə təyin edilə bilər. Bu doza həkim tərəfindən təyin edilməlidir.
- Epilepsiya xəstəliyindən əziyyət çəkən və ya paroksizm riski yüksək olan xəstələrdə preparatı istifadə
etmədən öncə həkimlə məsləhətləşmək lazımdır.
Preparatın alkohol ilə (qanda alkoholun miqdarı 0,5 q/l) qarşılıqlı təsiri haqqında kliniki tədqiqatlar mövcud
deyil. Digər antihistaminlərin qəbulu zamanı oluğu kimi Seterisin də alkohol ilə birgə istifadəsi zamanı
ehtiyatlı olmaq məsləhət görülür.
Setirizin allergiya üçün dəri testinin nəticələrinə təsir edə bilər, çünki allergik reaksiyalar antihistaminlər
tərəfindən inhibə olunur. Allergiya testi etməzdən öncə həkim xəstə tərəfindən Seterisin qəbulu haqda
məlumatlandırılmalıdır və müalicə həkimi hansı tədbirlərin görülməsinin lazım olduğu haqda məsləhət
verməlidir.
Seteris örtüklü tabletlər 6 yaşdan kiçik uşağlarda istifadə edilməməlidir.
10>
Dostları ilə paylaş: |