Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər pasiyent son zamanlar reseptli və ya reseptsiz istifadə olunan dərmanlar qəbul edibsə və ya qəbul
etməyə davam edirsə, bu haqda həkim və ya əczaçını məlumatlandırmaq lazımdır.
Setirizinin digər dərman vasitələri ilə qarşılıqı təsiri müəyyən edilməmişdir.
Qida və içki ilə qarşılıqlı təsiri
Seteris qida ilə birgə və ya qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya zamanı preparatı istifadə etmədən öncə həkimlə məsləhətləşmək lazımdır.
Digər antihistamin preparatlar kimi Seterisin də hamiləlik zamanı istifadə edilməsi tövsiyə edilmir. Hamiləlikdə
preparatın yanlışlıqla istifadəsi zamanı dölə hər hansı bir mənfi təsir müşahidə olunmasa da, istənilən halda
preparatın istifadəsi dərhal dayandırılmalıdır.
Setirizin ana südünə keçdiyi üçün laktasiya zamanı preparatın istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tövsiyə olunan dozada preparatın istifadəsi zamanı nəqliyyatı idarəetmədə heç bir təsir və ya yuxululuq
halları müşahidə olunmur. Əgər preparatın qəbulu zamanı nəqliyyat və ya potensial təhlükəli mexanizmlər
istifadə edilirsə, doza miqdarını artırmaq məsləhət görülmür. Bundan əlavə, preparatı qəbul edən şəxsin
orqaniziminin dərmanın qəbuluna reaksiyası müşahidə olunmalıdır.
Həssas orqanizmə malik olan pasientlər tərəfindən mərkəzi sinir sistemini inhibə edən dərmanlarla və
alkoholla birgə Seterisin qəbulu zamanı orqanizmin hadisələrə cavab reaksiyalarının ləngiməsi və ayıqlığın
azalması kimi halların baş verməsi mümkündür.
Diqqət: Preparatın tərkibində laktoza var. Əgər pasientin şəkərə qarşı tolerantlığı yoxdursa, preparatı
istifadə etmədən öncə həkimlə məsləhətləşmək lazımdır.
Dostları ilə paylaş: |