Deməli, intellektual təlim sistemləri :
1. müəyyən məqsədə yönəldilmiş olmalıdır. Məqsədin verildiyi və ya sistem
tərəfindən formalaşdırılmasının fərqi yoxdur.
2. əhatə olunmuş aləmin dəyişməsinə reaksiya verməli, yəni kriteriyanın
dəyişməsi ilə məsələni həll etməlidir.
3. bilik hüdudlarını daim genişləndirməlidir, öyrənmək və özünü öyrətməklə
modelini təkmilləşdirməlidir;
4. məntiqi nəticələri istifadə etməklə şəraiti tanımaq və qərar qəbul etmək,
həmkarları ilə ümumi dil tapmaq, lazım gələrsə gördüyü işi izah etməyi,
proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə əlaqələndirməyi bacarmalıdır və s.
Beləliklə, intellektual təlim sistemləri – müəyyən məqsədə yönəldilmiş,
fəaliyyətini vəziyyət və proqnoza əsasən planlaşdıran, aləmin modeli əsasında həssas
orqanlardan və insanla intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı
cari informasiya və özünüöyrənmə yolu ilə aldığı biliyi və “genetik” biliyi istifadə
etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik sistemdir.Sistem öyrənən
55
və ya özünüöyrədən, proqnoz, xarici aləmlə əlaqə, məqsədi formalaşdıran bloklardan
təşkil olunur.Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual təlim sistemlərinin
ağıllı fəaliyyətini təmin etmək üçün strukturda “intellektual təşkilatçı” blokunun
olması vacibdir[13,s.29-31].
Dostları ilə paylaş: |