36
36
Şə
kil 4 . Rusiyaya qarşi artan sanksiyalar və investisiya mühiti
ABŞ Maliyyə nazirliyinin saytında yeni sanksiyaların tətbiq olunduğu şirkətlərin
və şəxslərin geniş siyahısı dərc olunub. Onların arasında «Qazprombank»,
«Vneşekonombank», «Rosneft», «Novatek», «Bazalt», «Kalashnikov», «Almaz-
Antey» kimi nəhəng şirkətlər və banklar var.
Bundan əlavə, Ukraynada elan olunan separatçı qurumlar və onların
liderləri, habelə Krımda fəaliyyət göstərən şirkətlər, Krımın fəaliyyətinə cəlb
olunan Moskva məmurlarına da qarşı sanksiyalar nəzərdə tutulur. Qərara əsasən,
«qara siyahıdakı» şirkət və şəxslərin ABŞ ərazisindəki bütün aktivləri dondurulur,
onlarla əməkdaşlıq ABŞ vətəndaşlarına qadağan edilir.
ABŞ prezidenti Barack Obama Rusiyanın Ukrayna ilə bağlı siyasətini tənqid
edərək , Ukrayna sərhədində gərginliyə son qoymaq haqda vədlər verən Rusiyanın
imkanlarını, təsirini və vəziyyətlə baglı perspektivdə münasibətlərin inkişafının
nəzərə almagın vacıblıyını bildirib.
Dostları ilə paylaş: