48
48
2.3. Rusiya və Azə rbaycan arasında investisiya ə mə kdaş lığ ının prioritet
sahə lə ri və inkiş af proseslə ri
Azərbaycan və Rusiya arasında ticarət və iqtisadi əlaqələr Rusiya
Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında 30 sentyabr
1992-ci ildə bağlanmış azad ticarət haqqında, azad ticarəti rejimindən istisnalar
haqqında (26 noyabr 1992-ci il), 29 noyabr 2000-ci il tarixli protokollarla və həmin
Sazişlə bağlı azad ticarəti rejimindən istisnalar haqqında 6 fevral 2002-cü il tarixli
Pronokolla, Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri
arasında qəlirlərə və əmlakın artırılamasına dair vergilərə ikili vergi qoyulmasına
yol verlməməsi haqqında 3 iyul 1997-ci il tarixli Sazişlə, 29 noyabr 2000-ci il
tarixli qarşılıqlı ticarətdə vasitəli vergilərin alınması prinsipləri haqqında Rusiya
Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında bağlanmış
Sazişlə, 21 yanvar 2002-ci il tarixlı iqtisadi əlaqılırin prinsipləri və istiqamətləri
haqqında Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri
arasında bağlanmış Sazişlə tənzimlənir.
2006-cı ilin mart ayından Bakıda Rusiya Federasiyasının Ticarət
nümayəndəliyi fəaliyyət göstərir.
Rusiya Federasiyanın və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığına
dair hökümətlərarası komissyası Rusiya və Azərbaycan arasındakı münasibətlərini
dövlət səviyyəsində tənzimləyən işçi mexanimidir. Komissiyanın Rusiya hissəsinə
Rusiya Federasiyasının Hökümət Sədrinin müavini, Rusiya Federsiyasının
Prezidentinin Şimali Qafqaz Federal dairəsi üzrə nümayəndəsi A.Xloponin başçılıq
edir. Komissiyanın Azərbaycan hissəsinə Baş nazirin birinci müavini Y.Əyyubov
rəhbərlik edir. 2011-ci ilin martın 18-də Moskvada komissiyanın XIII geniş iclası
keçirilmişdir. clas zamanı bir sıra məsələlər, iki ölkə arasında ticari-iqtisadi
ə
laqələrinin vəziyyəti və perspektivləri müzakirə olunmuşdur. Həmçinin tərəflər
nəqliyyat, rabitə və informasiya texnoloqiyaları, fövqaladə hadisələrin nəticələrinin
49
49
ləğvi sahələrində XII iclasında qəbul olunmuş qərarların yerinə yetirilməsini
müzakirə etdilər. clas zamanı əsas məsələrdən biri Rusuya Federasiyasının və
Azərbaycanın sərhədyanı subyektlərin əməkdaşlığın inkişafı olmuşdur. Qeyd
olunmuşdur ki, belə şəkildə əməkdaşlıq ümumiyətlə iqtisadi, elmi-texniki, mədəni
sahələrdə əməkdaşlığın genişlənməyinə təkan verir.
Azərbaycanın DGK-n məlumatına görə Rusiya və Azərbaycan arasında mal
dövriyyəsi 2828,2 mln. ABŞ dolları təşkil etmişdir. Bununla belə Azərbaycandan
Rusiyaya ixrac 53,5% artaraq 1187,4 mln. dollara çatmış, Rusiyadan idxal isə
43,3% artaraq 1640,8 mln. dollara çatmışdır.
Rusiya ixracının 90% dərin emallı məhsullar təşkil edir. xracın əsasını
maşinlar, avadanlıq və nəqliyyat vasitələri, ərzaq, ağac və selluloz kağız
məmulatları, kimya sənayəsinin malları, elektrik enerji, qara və əlvan metallar,
yayılmış metal təşkil edir.
Azərbaycanın Rusiyaya ixracat strukturunda əsasını mineral məhsullar, ərzaq
malları və kənd təsərrüfatının xammalı təşkil edir. Ərzaq mallarını və kənd
təsərrüfatının xammalı qrupuna daxıl olanlar piy və yağlar, onların fraksiyaları, ağ
qənd və təmiz saxaroza, meşə qozları, fermentləşdirilmış qara çay, tər meyvə və
tərəvəzlər, çaxır-konyak məhsullarıdır.
2011-ci ildə Azərbaycandan Rusiyaya qaz tədarükü iki dəfə artaraq 1,5 mlrd.
kub.m təşkil etmişdir. 2012-ci iln yanvarın 23-də “Qazprom” və Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti arasında qüvvədə olan azərbaycan qazının alqı-
satqı haqqında müqaviəyə əlavə imzalanmışdır. Həmin sənədə istinadən
Azərbaycandan qazın alinma həcmi 1,5 mlrd. kub. m. artaraq 3 mlrd. kub. m, 2013
–cü ildə isə 3 mlrd. kub. metrdən artıq olacaq.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı Rusiya
Federasiyasının ərazisində neftin tranziti haqqlnda 18 yanvar 1996-cı il tarixli
müqaviləyə əlavələr etmək protokolun layihəsi üzrə danışıqlar mövcud idi. Onun
imzalanması 2011-ci ildə 1996,4 min ton neft ötürülmş Bakı-Novorossiysk neft
kəmərinin ətrafındakı mübaisəli məsələləri aradan qaldırmağa imkan yarada bilər.
50
50
Azərbaycanın və Rusuyta Federasiyasının vahid enerji sistemlərinin müvazi
surətdə işləməsini təmin edən tədbirlər haqqında Rusiya Federasiyası Hökümətinin
və Azərbaycan Republikasi Höküməti arasında Sazişin layihəsi razılaşdırılmanın
son mərhələsindədir.
Ticari-iqtisadi sahəyə aidiyyəti olan Sazişlər haqqında işlər davam etdirilir. O
cümlədən Bakıda sərmayələrin həvəsləndirməsi və qarşılıqlı müdafiəsi barədə
sazişin mətninin razılaşdırılması barədə danışıqların növbəti raundu keşirilmişdir.
Azərbaycan bazarında 500-dən çox şirkət fəaliyyət göstərir, onlardan 200 kimi
100% Rusiya kapitalı ilə, 300 çoxu BM şəkilində. Bank-maliyə sektorunda
Vneştorqbank (VTB), “Rosselxozbank” və Nikoyl bank fəaliyyət göstərirlər.
Sənaye sahəsində Azərbaycanda bentonit palçığını istehsal edən Rusiya-
Azərbaycan birqə müəssisəsi fəaliyyət göstərirl.
Azərbaycanın işçi dairələrinin Rusiya tərəfdaşları ilə sərmayə
ə
məkdaşlığına maraq artır. «Azersun Holding» adlı Azərbaycan şirkəti 2010-cu
ilin sentyabr ayında Beloreçensk şəhərində (Krasnodar vilayəti) çay çəkib bölmə
fabrikini işə salmışdır. Şirkət hazırda ildə 50 mln. şərti banka gücündə meyvə-
tərəvəz məhsullarının emalı üzrə konserv zavodunun layihəsini həyata keçirir.
Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafında
regionlararası əməkdaşlıq vacib rol oynayır. Regionlararası əməkdaşlıq sahəsində
ə
laqələr intensiv meyllər kəsb etməkdədir. 2011-ci ilin oktyabr ayında Bakıya
Rusiya Federasiyasının Hökümət Sədrinin müavini, Rusiya Federsiyasının
Prezidentinin Şimali Qafqaz Federal dairəsi (ŞQFD) üzrə nümayəndəsi
A.Xloponinin başçılığı ilə nümayəndə heyəti gəlmişdir. Nümayəndə heyətinin
tərkibində Dağıstanın, nguşetiyanın, Kabardino-Balkariyanın, Şimali Osetiya-
Alaniyanın başçıları, Qaraçayevo-Çerkesiyanın hökümət başçısı və Stavropol
vilayətinin nümayəndələri var idi. Görüşlər zamanı Dağıstan, nguşetiya,
Qaraçayevo-Çerkesiya və Azərbaycan arasında ticari-iqtisadi, elmi-texniki və
humanitar səhələrdə sazişlər bağlanıb, bundan başqa Nevinomısk və Sumqayıt
51
51
şə
hərləri qardaşlaşmış şəhərlər statusunu almışlar. Rusiya Federasiyasının ŞQFD
hüdudlarında subyektlərinin sərmayə layihələrinin təqdimatı keçirildi.
Hazırda Rusiya Federtasiyasının 18 subyekti Azərbaycan Höküməti ilə
ə
məkdaşlıq haqqında hüquqi tərtib olunmuş sənədlərə malikdirlər. Tatarstanın və
Dağıstanın nümayəndəlikləri Azərbaycanda fəaliyyət göstərirlər.
Dostları ilə paylaş: |