ETNOPSİXOLOGİYA 22
ilə, öz mənəvi dəyərlər aspektindən yanaşmağı və dərk etməyi daha
düzgün hesab edirlər. Relyativistlərə görə, bütün psixoloji hadisələr
mədəniyyətlə şərtlənir. Relyativist yanaşma XIX əsrdə səyyah və
etnoqrafların böyük əksəriyyətinin qeyri avropa xalqlarında hər
şeydən əvvəl varvarlıq və gerilik əlamətlərini qabartamsı və
görməsinə cavab reaksiyası kimi meydana gəlmişdir. Yeni
konsepsiyanın tərəfdarları hesab edirlər ki, texnoloji inkişaf heç də
xalqın, millətin və ya etnosun əqli və mənəvi inkişafının göstəricisi
kimi götürülə bilməz. Yaxud əksinə, texniki tərəqqinin olmaması
əqli və mənəvi gerilik, varvarlıq əlaməti hesab olunmamalıdır.
Relyativistlər etnopsixologiyada emic tədqiqatların aparılmasını
vacib hesab edirlər. Çünki, bu yanaşma ilə tədqiqatçı hətta,
kannibalizmin və ya uşaqların diri-diri basdırılmasının həmin
mədəniyyət üçün hansı məna daşıdığını başa düşməyə kömək
edəcəkdir. Relyativistlər çalışırlar ki, xalqı, milləti və ya müəyyən
etnik birliyi onların öz dili ilə onların dəyərlər sisteminə istinad
etməklə başa düşsünlər.
Məsələn: çinlilər intellektə sosial cavbdehlik və təqlidetmə
keyfiyyətlərini də daxil edirlər. Halbuki, avropa mədəniyyəti üçün
bu yaddır. Azərbaycanlılar üçün övlad borcu anlayışı, amerikan-
ların adekvat anlayışından fərqli məzmun daşıyır.
Absolyutizm tam fərqli nəzəri istiqamətdir və mədə-
niyyətlərarası fərqləri mütləqləşdirir. Absolyutizm tərəfdarları belə
hesab edirlər ki, mədəniyyətlər eynidir, amma bərabər deyildir.
Onlar etnosentrizmin mövcudluğunu qəbul etmir və mədəniyyətin
tədqiqatçıya etdiyi təsiri qəbul etmirlər. Ona görə də müqayisəli-
mədəni tədqiqatlar aparan zaman ABŞ və Qərbi Avropada istifadə
olunan metodikalardan istifadə edirlər. Ən yaxşı halda həmin
metodikaların linqvistik ekvivalentliyi yoxlanılır. Belə olan halda
intellektə eyni fenomen kimi baxmağı tövsiyyə edirlər. Əgər belə
olan halda etnomədəni fərqlər meydana çıxırsa, onda həmin faktı
həmin xalqa aid edirlər. Belə ki, bir mədəniyyətə mənsub olanlar
daha ağıllı və qabiliyyətli olurlar. Bu yanaşmada tədqiqatçı öz
mədəniyyətinin normalarına istinad etməklə tədqiqat aparırı və