ETNOPSİXOLOGİYA 30
kateqoriyadır və bütün ictimai hadisələr “irq ruhunun” müxtəlif
vəziyyətləri ilə əlaqədardır. “Xalqın taleyi onun xarakteri ilə
bağlıdır. İnsanların fərdi taleylərini, irqin dəyişməz ruhu toxuyur.
Nə inqilablar, nə konstitutsiya, nə də despotizm, heç bir xalqa
olmayan xarakteri verə bilməz. Eyni zamanda ala bilməz. Hər bir
xalq yalnız özünə layiq olan idarəetmə forması əldə edir. Millət öz
irqi xüsusiyyətlərindən doğan bəlalardan əl çəkə bilsəydilər və
idrakın səsini əcdadların amiranə səsi boğmasaydı, xalqlar və
insanlar nə qədər səhvlərdən və fəlakətli çevrilişlərdən xilas ola
bilərdilər”. Q. Le Bonun əsərində ən çox istifadə istifadə etdiyi
“irq ruhu” anlayışı, müasir psixologiyada “xarakter” anlayışına
uyğun gəlir. Görkəmli psixoloqun “Kütlə psixologiyası” əsərində
“irq ruhunun”, yəni milli, etnik xarakterin xalqın həyatında
oynadığı rolu belə ifadə edir: Xalqın ağlı yox, xarakteri onun
tarixdə inkişafını müəyyən edir. Mənəviyyat şüurun yox, xarakterin
törəməsidir.
Klod Levi-Strossun konsepsiyası təfəkkürün strukturunun
universallığı haqqında olmuşdur. Ona görə də o, etnoloji
struturalizm məktəbinin yaradıcısı hesab olunur. Levi Stross
xalqların ekzotik xüsusiyyətləri deyil, ümumiləşmiş keyfiyyətləri
maraqlandırırdı. Onun fikrinə görə hər bir zahiri müxtəliflik, xarici
bənzərsizliyin əsasında universallıq, eynilik, oxşarlıq dayanır. Bu
mənada insan təfəkkürünün strukturu universaldır. K.Levi-Stross
hesab edir ki, “obyekti dərk etməni insanın universal tələbatıdır.
Fransız antropolqu qeyd edir ki, istənilən cəmiyyətdə dünya fikir
obyekti olduğu qədər, həm də tələbatları ödəmə vasitəsidir.
K.Levi-Stross ikinci universal keyfiyyət olaraq insan təfəkkürünün
nizamlılığı, kateqoriyallaşdırmanı tələb etməsidir. Yəni, insan
təfəkkürü həmişə nizamlanma, təsnifat aparmağı tələb edir, ona
meyillidir. Məsələn, neqritos, onun üçün heç bir iqtisadi əhəmiyyəti
olmayan 600 yaxın bitki adını bilir. Yaxud navaho hindliləri
canlıları danışan və danışmayan olmaqla iki qrupa bölürdülər.
Rusiyada etnopsixologiyanın inkişafı əsasən K.D.Kavelin,
Q.Q.Şpet, Q.İ.Çelpanovla bağlıdır. Rus Coğrafiya cəmiyyəti