Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə37/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
38 
onun iqtisadiyyatında, adətlərində, təfəkkür və davranış tərzində, 
maddi və mənəvi mədəniyyətində dərin izlər buraxır. Məsələn, 
dağlılar adi həyatda düzənliklərin sakinlərinə nisbətən daha çox 
özünə qapanmış və lal-dinməz olurlar. Bu onların ünsiyyət 
imkanlarının məhdudluğu ilə əlaqədardır. (Бромлей Ю., 
Подольный Р., 1990)”
Təbii mühit etnosun formalaşmasında müəyyənedici rol 
oyanadığı kimi, onun tənəzzülünü də şərtləndirə bilər. Etnos təbii 
mühitin kəskin dəyişikliklərinə uyğunlaşa bilmədikdə öz subyekt 
müəyyənliyini itirmiş olur. (A.Əsədov,1997). Zaman keçdikcə 
mühit öz xassələrini dəyişir. Bəzən quru torpaq sahələri su altında 
qalır, bəzən isə dənizlər öz yerini dəyişir. Aristotel torpağın təbii 
təşəkkülünü və məhvini birkilərin və heyvanların həyatı ilə 
müqayisə edir: torpaq bir zaman “doğulur”, “yaşa dolur” və “ölür”. 
Torpaq, buna uyğun olaraq xalqların da təbii təkamülünü və təbii 
məhvini qabaqcadan şərtləndirir. Torpaq, öz məhsuldarlığını bərpa 
etdikdən sonra üzərində başqa bir xalqın məskunlaşması üçün 
müqəddəm şərt olur” (Аристотель, 1981). Bu yanaşma ilə biz də 
razılaşırıq və hesab edirik uzun əsrlər boyu bir çox xalqların
taixinin səhnəsindən köç etməsi heç də yalnız müharibələr və işğal 
nəticəsində olmamışdır. Əlimizdə bunu sübut edən tutarlı faktlar 
olmasa da belə demək olar ki, əhalinin yaşaışını, təbii tələbatlarını 
təmin edən təbii şəraitin məhv olması səbəbindən də bir çox xalqlar 
həmin ərazilərdən uzaqlaşmış, qonşu ərazilərdə yaşayan xalqların 
əarzisinə daxil olmuş, zəif oluduqları üçün, yerli əhali ilə 
assimiliyasiya olunmuş və nəticə etibarı ilə etnos və ya xalq kimi 
yox olmuşlar. Bu gün onların adlarına yalnız tarixdə rast gəlinir. 
Məsələn, şumerlər, assurilər, saklar, skiflər, xəzərlər, hunlar, 
keltlər, iberlər, kutilər tarixən movcud etnoslar, tayfalar olsalar da 
bu gün həmin etnonimlə yaşayan xalq yoxdur. Heç şübhəsiz bu 
vəziyyət bundan sonra da belə olacaqdır.
Xalqların, millətlərin və etnosların xarakteri, mentaliteti və 
ümumən psixoloji xüsusiyyətləri həm də onların yaşadıqları coğrafi 
ərazidən, təbii mühitdən asılıdır. Hər hansı etnosun psixi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin